Ziya Məmmədovla böyük hesablaşma - ailə şirkəti əldən gedir
Sosial
Oxunub: 591
7 in 2017 | 10:49
Ziya Məmmədovla böyük hesablaşma - ailə şirkəti əldən gedir

















Sabiq nazirin oğlu ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb; villalar da satışa çıxarılır, Məmmədovların biznes imperiyası sürətlə çökməkdədir....

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun və ailəsinin biznesinin tezliklə çökəcəyi barədə məlumatlar təsdiqlənir. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra ölkə iqtisadiyyatında ağırlıq təşkil edən biznes strukturlarını təhvil verməyə razılaşıb. Hətta iddia olunur ki, oğlu Anar Məmmədov ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb. Görünür, bu yasaqda məqsəd Məmmədovları tamamilə iqtisadi sferadan kənarlaşdırmaqdır.

Çünki keçmiş nazirin ailəsi uzun illər hüdudsuz səlahiyyətləri nəticəsində ölkə iqtisadiyyatının neft daşımaçılığından tutmuş “fast-fud” fəaliyyətinədək, böyük bir spektrində hökmranlıq edə biliblər. 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası “Garant-Holdinğ”ə çevriləndən sonra da təsir imkanlarını daha da artırdı.

“Garant Holdinq”in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, “ Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir...

Holdinqə daxil olan şirkətlər istehsal, tikinti, logistika, hotel və daşınmaz əmlak, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərirdi. Hələ Z.Məmmədov nazir olanda bu şirkətlərdən fəaliyyətini dayandıranlar var idi (məsələn, “Qarant Sığorta”). Amma bu, Məmmədovlar imperiyası üçün “dənizdən bir damla” hesab olunurdu.

İndi isə ailə biznes imperiyası sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək. Məlumata görə, Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada “Garant Holding”in fəaliyyəti tam sıxışdırılıb. İş orasındadır ki, Məmmədovların ölkənin səfalı yerlərində böyük villaları da var ki, indi onları satmaq problemə çevrilib. Məmmədovlar isə Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək, satmaq niyyətindədirlər. Aydındır ki, bir müddət hakimiyyətdən hətta kiçik də olsa vəzifə gözləyən Z.Məmmədov Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü artıq anlayıb.

Bugünlərdə “Garant Holding”in bir hissəsini təşkil edən, ən iri quş əti istehsalçılarından olan “Ucar Aqro”nu itirən Məmmədovlar daha bir “xırda” bizneslərindən əllərini çəkiblər.

“Garant Holding”in nəzarətində olan KFC restoranlarının mülkiyyətçisi rəsmən dəyişib. Virtualaz. org xatırladır ki, məşhur KFC “fast-fud” restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə “Garant Holding”ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan, “28 May” metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran “başqa ünvana köçmək” adı ilə bağlanıb.

“Garant Holdinğ” şirkətinin rəsmi web saytı sonuncu dəfə 2014-cü ilin oktyabrında yenilənib. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb. Belə görünür ki, Məmmədovlarla böyük hesablaşma hələ qarşıdadır. Uduzan tərəfin kimliyi isə indidən məlumdur... (musavat.com)
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub