Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıb
Sosial
Oxunub: 904
7 in 2017 | 16:12
Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıb














İyun ayının 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi açılıb.

5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunan sərgidə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olunub.

Tədbirdə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin direktoru Leyla Baxşıyeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin təşkil edilməsində məqsəd tullantılara ikinci həyat vermək, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. 70-dək əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilib. Bir sözlə, lazımsız əşyalar sərgidə nümayiş edilən əsərlər vasitəsi ilə yenidən canlandırılıb”, - deyə L. Baxşıyeva söyləyib.

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bu tip sərgilərin təşkilini yüksək qiymətləndirib. Gülarə Verdiyeva ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini bildirilərək dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.Vurğulanıb ki, hər il Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ölkəmizdə və dünyada ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının birinci müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi bu sahəyə diqqəti daha da artırıb. “Ekologiya İli” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. O bildirib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” və “Məktəb bağları” layihələri də bu sahəyə böyük töhfələr verib. Sərginin önəmini vurğulayan natiq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Nəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıbNəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıbNəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıbNəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıbNəsimi rayonu 44 nömrəli tam orta məktəbin şagirdlərinin “Tullantıdan incəsənətə” adlı sərgisi açılıb


Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR