“Təhsil haqqında” Qanunda şok dəyişiklik! - Universitetlərə imtahansız qəbul aparılacaq!
Sosial
Oxunub: 20 224
10 in 2017 | 19:43
“Təhsil haqqında” Qanunda şok dəyişiklik! - Universitetlərə imtahansız qəbul aparılacaq!















Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir

Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.

Deputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb: “Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.

Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

“Təhsil haqqında” Qanunda belə dəyişikliyin edilməsi bir müddətdir ki, müzakirə olunur. Buna səbəbi kimi, Azərbaycandan imtahansız qəbul həyata keçirən Türkiyə və Ukrayna universitetlərinə kütləvi axının olması göstərilir. Hökumət təhsil üçün ölkədən külli miqdarda valyutanın xaricə çıxarılmasından narahat olduğundan, universitetlərə imtahansız qəbul aparmaq üçün “yaşıl işıq” yandırmaq niyyətindədir.

Qeyd edək ki, universitetlərin nəzdində yaradılacaq müvafiq hazırlıq kursları pullu olacaq. Ona görə də, bu hazırlıq kurslarından əsasən imkanlı ailələrin övladları yararlana biləcək.

Belə bir dəyişikliyin həyata keçirilməsi universitetlərin maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir etsə də, bu prosesin ölkədə ali təhsilə ağır zərbə vuracağından ehtiyatlananları haqsız saymaq mümkün deyil. Xüsusən imkanlı ailələrin övladlarını hazırlıqda “oxudaraq” universitetlərə yerləşdirib, sonra da diplom alacaqlarını istisna etmək olmaz. Ona görə də, belə bir dəyişiklik həyata keçirilərsə, şəffaflığın necə təmin olunacağı da ictimaiyyətə açıqlanmalıdır. (azpolitika.info)
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO