Kolbasasından tük çıxan “Best Beef” firması Şeyxin imiş - İddialar
Sosial
Oxunub: 704
12 in 2017 | 09:26
Kolbasasından tük çıxan “Best Beef” firması Şeyxin imiş - İddialar

















Azərbaycanda ət məmulatları istehsal edən “Best Beef” firması vətəndaşlara saqqallı kolbasalar satır. Bu məlumatı Qafqaznews.az-la jurnalist Rüfət Əhmədzadə bölüşüb

O, ötən gün “Araz Market”in “Masazır 2” filialından alınan “Best Beef”in servelat kolbasasından qalın tüklərin çıxdığını bildirib. Jurnalist Qafqaznews.az-a deyib ki, kolbasanın içindən çıxan tüklər o qədər qalındır ki, simə də bənzəyir:

“Sadəcə əməkdaşlıq etdikləri şirkətin nəzərinə çatdırsınlar deyə marketə apardım, qalan çəkinin məbləğini hesablayıb 1 manat 60 qəpiyi özümə qaytardılar”.

Bildirildi ki, “Araz Market” yalnız məhsulun tarixinə görə məsuliyyət daşıyır, lakin müvafiq tədbirlər görüləcək.

Prinsipcə, market işçilərindən hər hansı narazılığım yoxdur. Bu məhsulu istehsal edən şirkətin rəhbərliyi isə utanmalıdır. Yerli sahibkarlıq inkişaf edir deyə ümidlənirik, onlar isə bizə saqqallı kolbasa satırlar”.

Ulus.Az-ın media üzərindən araşdırması zamanı məlum olub ki, Bakıda kolbasa və sosislərin istehsalı ilə məşğul olan “Best Beef” firmasının qanuna zidd əməlləri haqda məlumatlar yayılıb.

Firmanın adının çəkilməsini istəməyən sabiq işçisinin məlumatına görə, Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işində “halal” qadağasından sonra ciddi problemlər yaranmağa başlayıb.

Bir müddət öncə Bakıda “Best Beef” kolbasalarını saxtalaşdıran və “Halal” sosislərin tərkibinə donuz piyi vuran istehsalçı aşkarlanmışdı.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda bildirilirdi ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir.

Ulus.Az-ın media üzərindən əldə etdiyi xəbərə görə, “Best Beef” firmasını uzun müddət Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükr Paşazadə himayə edib.

Ancaq Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Halal” standartına əl qoyduqdan sonra vəziyyət dəyişib.

R.Həsənov Şeyxin çətiri altında olan şirkətləri təqib etməyə başladı. Son vaxtlara qədər “Halal” qarantiyasını Şeyxin idarəsi verirdi.

Ancaq R.Həsənov bu funksiyasını Şeyxdən aldı və onun himayəsində olan şirkətləri bazardan çıxartmağa başladı.

“Best Beef” də bu firmalardan biri idi. Təbii ki, şeyx himayə etdiyi firmanın bazarda qalmasına çalışır. Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?