“Maşın şou”da reklamı gedən “Carabao” haqda şok faktlar: "Sağlamlığınıza ziyandır"
Sosial
Oxunub: 652
12 in 2017 | 10:32
“Maşın şou”da reklamı gedən “Carabao” haqda şok faktlar: "Sağlamlığınıza ziyandır"

















"Maşın şou” verilişində aparıcı Murad Dadaşovun reklam etdiyi "Carabao” energetik içkisi ilə bağlı ağır ittihamlar səslənməkdədir

Ölkə mediası reytinqli şou proqramda piarı gedən içki haqda inanılmaz məlumatlar yaymaqdadır.

Ulus.Az-ın verdiyi məlumata görə, bu içkilərin mənşəyi və istehsal tarixi barədə informasiyalar gizlədilir.

Medianın məlumatına görə, bu içkinin üzərində Azərbycan dilində bircə kəlmə də yoxdur. Digər tərəfdən istehsal tarixi və yararlıq müddəti də içkinin üzərində qeyd olunmayıb.

Bütün bunlardan əlavə satıcıdan içkinin gigiyena sertifikatını tələb edəndə məlum olub ki, belə bir sənəd yoxdur.

Məsələ ilə bağlı bütün ekspertlər, mütəxəssislər və dövlət məmurları birmənalı olaraq bildiriblər ki, gigiyena sertifikatı olmadan məhsulun satışı qadağandır.

"Carabao” içkisini Azərbaycana "Nep future” şirkəti idxal edir. Deməli bu məhsulun sənədləri hələ də Sanitar-karantin müfəttişliyində araşdırılır. Cavabın necə olacağı da hələ bəlli deyil. Ancaq M.Dadaşov məhsulları reklam edir.

Bəlkə də bu içki insanların zəhərlənməsinə səbəb ola bilər. Hər gün milyonlarla insan şouda "Carabao” içkisinin reklamını görür.

Ulus.Az-ın verdiyi məlumata görə, vaxtilə Murad Dadaşovun şouda reklam etdiyi "GEN” MMC tikinti şirkəti də fırıldaqçı çıxdı, yüzlərlə insanın pulu mənimsənildi.

Ancaq şoumeni kommersiya maraqları düşündürür və onu hansısa xəbər saytlarında gedən informasiyalar, bu məhsulların karantində araşdırılacağı haqda açıqlamalar maraqlandırmır.

365info.az-a daxil olan məlumata görə, "Carabao” içkisini Azərbaycana Oman dövlətinin vətəndaşı olan ər-arvad gətirir. Xanımın adı Ranadır. Və bu biznes işində ər-arvadın Azərbaycan tərəfdən şəriki Cavid Ağayevdir.

Cavid Ağayev həm də "AKKORD”un baş direktorunun müavinidir. Ərəbəsilli ər-arvadla cənab Cavid Ağayevin arasında 5 milyon dollarlıq qalmaqal ortaya çıxıb.

Ər-arvad iddia edir ki, Cavid Ağayevin bu şərikli biznesdə 5 milyon dollarlıq "kəsiri” var və pulu AKKORD-un direktor müavinindən tələb edirlər.

Cavid Ağayev isə ər-arvada təklif edib ki, biz 3 şərikik: mən, ər və arvad. Ona görə də 5 milyonu 3 nəfərin arasında bölmək lazımdır.

İndi məlum olur, kimin və neçə milyonun hesabına "Carabao” içkisi qanunsuz olaraq Azərbaycan bazarına, hətta telekanallara, şou proqlamlara yol tapıb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE