Yardım almaq üçün də gərək pulun ola... - 200 manatlıq müavinətə görə vətəndaşdan 500 manatlıq rüsum istənilir
Sosial
Oxunub: 679
16 in 2017 | 13:34
Yardım almaq üçün də gərək pulun ola... - 200 manatlıq müavinətə görə vətəndaşdan 500 manatlıq rüsum istənilir

















Ünvanlı dövlət sosial yardımı ilə bağlı şəffaflıq artsa da, problemlər bitib- tükənmir. Qanunvericilikdə olan bəzi süni əngələr faktiki olaraq ehtiyac və səfalət içində yaşayan ailələrə bu dövlət yardımını almaq imkanı vermir.

DİA.AZ bildirir ki, Salyan rayonunun Arbatan kəndində yaşayan Taleh Oktay oğlu Babayev üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cəlim Müslümova müraciət edib. Surəti redaksiyamıza göndərilən həmin müraciətdə Salyan sakini bu yardımı almaq üçün rəsmilərdən əlavə yardım istəyib:

“Mən 7 nəfərdən ibarət ailəmlə yuxarıda göstərilən ünvanda yaşayıram, himayəmdə 2-si xəstə və əlil olmaqla 5 azyaşlı uşaq var. 2017-ci ilin may ayınadək hər ay 200 manat olmaqla ünvanlı dövlət sosial yardımı alır və bununla minimal səviyyədə yaşayışımızı təmin edirdik. Bu yardımın kəsilməyi bizi ehtiyac və məhrumiyyət içərisində qoyub.

Ünvanlı dövlət sosial yardımı almaq üçün yenidən müraciət etmək istədikdə, bürokratik əngəllə üzləşmişəm. Belə ki, mənim adım 1998-ci ildə atamın adına işlənmiş pay torpağı verilməsinə dair dövlət aktında keçir. Həmin aktla 12 nəfərdən ibarət ailəyə ümumilikdə 2,87 ha torpaq sahəsi verilib ki, onun da 1/12 hissəsi, yəni 0,24 ha mənim payıma düşür. Məndən tələb olunur ki, öz payıma düşən torpağı ayrıca olaraq dövlət reyestrindən keçirim və onun çıxarışını təqdim edim. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli idarəsindən bildirirlər ki, bu sənədi əldə etmək üçün 1 ay vaxt və azı 500 manat pul lazımdr. Yeni “çıxarış”ı almaqdan ötrü əvvəlcə aktın özünün “çıxarış”ı olmalıdır. Bundan ötrü DƏDRX-yə 130, notariusa 110 manat rüsum ödəməliyəm. Sonrakı mərhələdə mənim və yerdə qalan 11 nəfərin adına ayrıca olaraq çıxarış hazırlanmalıdır ki, bu sənədlərin hər birinə 120 manat rüsum ödəməliyəm.

Hörmətli Mehriban xanım! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı bu bürokratik əngəl mənə və ehtiyacı olan xeyli sayda digər vətəndaşa dövlət yardımını əlçatmaz edib. Faktiki qazancı yaşayış minimumundan aşağı olan ailə, lüzumsuz sənədləşməyə görə bu qədər pulu haradan, necə əldə edə bilər? Dövlət əgər doğrudan da ehtiyacı olan insanlara kömək etmək istəyirsə, ya bu “çıxarış oyunu”nu kənara qoysun, ya da sənədlərə görə yaranan xərci (rüsumları) öz boynuna çəksin.
Sonuncu dəfə mənim ailəmə təyin edilmiş yardımın aylıq məbləği 200 manat idi. Tutaq ki, “çıxarış” üçün tələb olunan 500 manatı kimdənsə borc aldım və mənə yenə 200 manatlıq aylıq yardım təyin edildi. Belə çıxır ki, mənim azyaşlı uşaqlarım 2 ay yarım ac qalmalıdır ki, borcu qaytarım. Maddi imkansızlığa görə “çıxarış” ala bilməyənlərin taleyi necə olmalıdır- bunu düşünürsünüzmü? Axı bu ailələrin “çıxarış”a yox, yardıma ehtiyacı var. “Çıxarış” əldə edə bilmirsə, acından ölməlidirmi?

Bəzi insanlar bu mənasız sənədə görə risq edib xərc çəkə bilmir, ehtiyat edir ki, hətta “çıxarış” alsa belə, hansısa digər səbəbdən yardım təyin edilməyə, nəticədə onsuz da yaxşı olmayan vəziyyəti daha da pisləşə bilər. Dövlət orqanları tərəfindən bu, bir pis yanaşmadır ki, faktiki ehtiyacı olan, lakin imkansızlığa görə tələb olunan bütün sənədləri toplaya bilməyən vətəndaşlar taleyin ümidinə buraxılır. Bu isə onları normal qidalanmadan, sosial xidmətlərdən məhrum etmək, intihara, cinayətkarlığa, dələduzluğa sövq etməkdir.

Konstitusiyamızda yazılıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Hazırkı vaxtda ünvanlı dövlət sosial yardımı ilə bağlı şərtlər, dövlət rüsumlarının məbləği elədir ki, bu yardımı almaqdan ötrü əlavə yardıma ehtiyac var. Xahiş edirəm mənə kömək edin ki, dövlət yardımından istifadə edib ailə üzvlərimin maddi təminatını ödəyə və müalicəsini təşkil edə bilim.”

Qarşı tərəfi də dinləməyə hazırıq...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi