Mikayıl Cabbarov daha 3 kolleci birləşdirir - Siyahı
Sosial
Oxunub: 758
17 in 2017 | 12:56
Mikayıl Cabbarov daha 3 kolleci birləşdirir - Siyahı

















Azərbaycanda daha 3 təhsil müəssisəsi birləşdiriləcək

Təhsil Nazirliyində bununla bağlı artıq müzakirələr başlayıb.

Gələn xəbərlərə görə, Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci birləşdirilir. Bildirilir ki, ilkin mərhələdə Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci ilə Xırdalanda yerləşən Sosial-Humanitar kollec birləşdiriləcək. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci də bu tərkibə qatılacaq.

Kolleclərin birləşdirilməsinə səbəb kimi hər üç təhsil ocağının ayrı-ayrılıqda fəaliyyətinin səmərəsizliyi, izafi xərclərə gətirib çıxarması, deputat Zahid Orucun dediyi kimi "karton” istehsal edən təhsil müəssisələrinə çevrilməsi, tədrisin keyfiyyətinin aşağı olması göstərilir.

Buna görə də hər üç kollecin profili müəyyən qədər fərqli olsa da, onların vahid bir təhsil mərkəzi altında birləşdirilməsi məqsədəuyğun hesab edilib. Çünki bu kolleclər mütəxəssis yetişdirilməsi siysətində tələblərə cavab vermir.

Hazırda texniki hazırlıqların getdiyi və yaxın vaxtlarda rəsmi qərar qəbul olunacağı xəbər verilir. Ancaq təhsil ocaqlarının birləşdirilməsi prosesinin bununla məhdudlaşacağı gözlənilmir.

Prezidentin qəbul etdiyi "Strateji Yol Xəritəsi” sənədində də təhsil sektorunda reformalarla bağlı mühüm müddəalar yer alır və onlardan biri də tədris keyfiyyəti aşağı olan müəssisələrin birləşdirilməsidir.
Bu mərhələdə adıçəkilən üç kollecin də birləşməsi nəzərdə tutulur. Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.

Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. (bakupost.az)
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi