“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
Sosial
Oxunub: 646
17 in 2017 | 12:57
“Medika Hospital”da qəssabxana havası - FOTOLAR











Azərbaycanda daha bir xəstə həkim səhlənkarlığının qurbanı olub.

AZXEBER.COM-a müraciət edən Şaiq Şirinov adlı şikayətçi anasının “Medica Hospital”da müayinəyə getdiyini, daha sonra isə ayağını itirmək təhlükəsi ilə üz-zə gəldiyini deyir. Cərrah travmatoloq Emin Kazımdan şikayətçi olan Şaiq Şirinov deyir:

“Anam ayağındakı ağrılara görə 2017-ci ilin yanvarın 4-də “Medica Hospital” xəstəxanasına müraciət edib. Həmin gün anam müayinə olundu. Həkim bildirdi ki, diz qapağında qığırdağ yiyilib. Əməliyyat olunmalıdır. Həkimə dedim ki, anamın 64 yaşı var, acı fəsadlar ola bilər. Həkim təkidlə bildirdi ki, heç bir problem yoxdur. Əməliyyatdan 3 gün sonra yeriyəcək. Ödənişi də 7 min manat tələb etdi. Biz də dərhal ödədik. Ayın 7–si əməliyyat olundu. Əməliyyat zamanı anamın sinir sistemi kesilib. Həkim sinirin ötəri hal olduğunu bildirdi. Dedi ki, müəyyən müalicələrdən ötüb keçəçək. Biz 1 aydan sonra gördük ki, sinir tərpənmir. Biz mərkəzi klinikaya apardıq, orada Lalə xanım diaqnoz qoydu ki, ayaq siniri kəsilərək tam məhv edilmişdi”.

Şikayətçinin sözlərinə görə, həkim onlara əməliyyatdan bir həftə sonra anasının ayağını tərpədə biləcəyini deyib:

“Həkim bildirmişdi ki, əməliyyatdan 1 gün sonra ayaq işləyəcək. Amma olmadı. Həkimə vəziyyəti bildirdik. Həkimə siniri kəsdiyini dedik. Qətiyyətlə təkzib etdi. Bizi xəstəxananın rəhbərliyinin yanına qalxmağa da imkan vermədi. Sonra ayağın günü-gündən çürüyüb, şişdiyin gördük”.

Şikayətçi deyir ki, bütün həkimlər eyni sözü deyib: “Daha sonra başqa həkimlərə müraciət etdik. Dedilər ki, ayağa qoyulan implant keyfiyyət baxımından zəifdi. Ona görə ayaqda çürümə baş verib. Həkimə dedim ki, qoyduğun sinir çürümə verir, siniri də kəsmisən. Həkim cavabında “gedin nə istəyirsiz edin” dedi. Daha sonra anamı Türkiyəyə apardıq, çünki Azərbaycanda bildirmişdilər ki, ayaq kəsilməlidir. Anam Türkiyədə əməliyyat olundu. Hazırda ayağın kəsilmə təhlükəsi keçib, burada qoyulan keyfiyyətsiz implant çıxarılıb. Amma diz qapağı bir müddət qapanmayacaq. 1-2 gündən sonra sinir əməliyyatı olunacaq. 10 gün qaldıqdan sonra Azərbaycana gətirəcəyik. Oktyabr ayında bir dəfə də müayinə olunacaq. Daha sonra rahat yeriyə biləcək.”

Şikayətçi həkim Emin Kazım bağlı Xətai rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini bildirib. O, həkimin onlara dəymiş 40 min manatı ödəməsini tələb edir.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan həkim iddiaları qəbul etmir:

“Sinirin kəsilməsini yalnız Şaiq deyir. Sinir kəsilə bilməz. Protest qoyulanda mən vəziyyəti onlara dedim. 1000 xəstədən 14-də bu hal yarana bilər. Biz təkcə sol tərəfi əməliyyat etməmişik. Sağ ayağında hər şey normaldır. Birinci gün bəzi hərəkətlər oldu. Xəstə yaxınları səhlənkarlıq edib, fizioterapiyaya aparmayıblar. Nəticədə sinir ölüb”.

Həkimin sözlərinə şikayətçilər ondan Türkiyədə çəkilən xərcin ödənilməsini tələb ediblər:

“Məndən əməliyyatın pulunu tələb edirlər. Xaricdə əməliyyat etdiriblər. Buna mənim gücüm çatmaz. Amma Azərbaycan daxili edəcəkləri müalicələrə müəyyən köməklik edərəm. Ümumilikdə, 7 min manat ödəniş olunub. Onun da 5 mini protezə, 1000 AZN-də klinikaya verilib. Mənə cəmi 1000 AZN qalıb. Onu da xəstəyə bir oğlu kimi verə bilərəm. Xəstənin yaxınları mənə qarşı təhqiramiz ifadələr işlədirlər. Mən özüm onlara dedim ki, gedin aidiyyatı qurumlara şikayət edin. Yox əgər onlar belə təhqirlərə davam edəcəklərsə, mən özüm onlardan şikayət edəcəm”.

“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
“Medika Hospital”da qəssabxana havası - FOTOLAR
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər