Prezidentdən fərman - Hökumətə 6 ay vaxt verildi
Sosial
Oxunub: 645
20 in 2017 | 09:50
Prezidentdən fərman - Hökumətə 6 ay vaxt verildi

















Prezident İlham Əliyev "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb

Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 4.0.19-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 18.2.10-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 14.2-ci, 23.3-cü və 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü, 4.0.4-cü, 4.0.7-ci, 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını və işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.14-cü, 4.0.15-ci, 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki: "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə) və 4.0.2-ci maddəsində (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Qanunun 5.2-ci, 5.4-cü, 8.2-ci maddələrində, 8.5-ci maddəsinin ikinci cümləsində, 8.8-ci, 9.1-ci, 9.3-cü, 14.1-ci, 14.3-cü, 14.5-ci, 15.8-ci, 18.2.10-cu, 20.2-ci, 21.5-ci, 22.2-ci, 22.3-cü, 23.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.2-ci (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, o cümlədən səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.9-cu maddələrində, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək üzrə) və 4.0.19-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Nazirlər Kabineti həyata keçirir;

Qanunun 4.0.11-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri İqtisadiyyat Nazirliyi həyata keçirir;

Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.5-ci, 4.0.13-cü və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Ədliyyə Nazirliyinə tapşırlır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək