Onlar evsiz qaldı, kənar şəxslər ev aldı
Sosial
Oxunub: 634
20 in 2017 | 16:42
Onlar evsiz qaldı, kənar şəxslər ev aldı









Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) evsiz qalan sakinləri qurumun prezidenti Akif Əlizadə ilə görüşmək üçün binanın qarşısına yığılıb. Sakinlər Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsindən şikayətçidirlər

Yasamal rayonu Şərifzadə-12 ünvanında yerləşən "Aspirantlar" yataqxanasında yaşayan 50-dən çox ailə ev bölgüsündən narazıdır.

Məlumat üçün bildirək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin müraciətindən sonra ölkə başçısının göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.

Həmin podrat müqaviləsinin 1.3 maddəsində qeyd olunur: "Podratçı" Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla sifarişçiyə təhvil verməyi öz üzərinə götürür”.

Müqavilədə açıq şəkildə yazılıb ki, tikinti şirkəti öz hesabına bu yataqxanadakı sakinlər üçün mənzillər tikib AMEA-ya təhvil verəcək.

Narazı sakinlərin sözlərinə görə, məsələ ilə bağlı iyun ayının 14-də Prezident Aparatına müraciət ediblər:

"Biz ayın 14-də Prezident Apratının qarşısında yığıldıq. Orda bizi dinlədilər və Akif Əlizadəyə zəng edib dedilər ki, sakinləri dinləsinlər. Bizi AMEA-nın İşlər İdarəsinin rəisi Fətəli Abdullayev qarşılamalı idi. Lakin Sərdar müəllim qarşıladı. O da qarşımıza şərtlər qoydu və həmin şərtlər bizə uyğun olmadığı üçün yenidən Prezident Aparatına müraciət etdik. Bunun da heç bir nəticəsi olmadı. Burda yığışmağımızın məqsədi Akif müəllimi binanın qarşısında görüb şikayətimizi dinləməsini xahiş etməkdir".

Sakinlərin sözlərinə görə, Akif Əlizadə ilə görüşmək üçün 5 dəfə rəsmi müraciət edilib, lakin onlara cavab verən olmayıb.

Qeyd edək ki, sakinlər artıq ikinci dəfədir binanın qarşısında toplaşaraq Akif Əlizadə ilə görüşmək istəyir. İlk cəhddə akademiya rəhbərini görsələr də, heç bir nəticəsi olmayıb.

Yataqxana sakinlərindən Natəvan Həsənova bildirir ki, Akif Əlizadə onlara özünün hər şeydən xəbərsiz olduğunu deyib:

"Biz axşam saat 8-ə kimi binanın qarşısında Akif müəllimi gözlədik. Nəhayət o binanı tərk edəndə bizi gördü və "Siz kimsiniz burda yığışmısınız" deyə reaksiya verdi. Suallarımızı ünvanlayanda isə "mənim heç nədən xəbərim yoxdu" dedi. Hazırda akademiyada çalışan və maaş alan işçilərə də ev verilmir".

Yataqxananın digər sakini, Cəbrayıl rayonundan məcburi köçkün Südabə Məmmədova bildirir ki, bəzi kənar şəxslər qeyri-qanuni şəkildə yataqxanaya qeydiyyata salınıb:

"20 ildən çox akademiyada işləyən insanları işdən çıxardıblar. İndi də deyirlər ki, "siz burda işləmirsiniz, sizə ev düşmür". Özlərinin yaxın adamlarına ev vermək üçün onları yataqxananın zibil yığılan otağında qeydiyyata salıblar. Hansı ki, o insanlar heç yataqxananın yerini bilmir. Mən özüm Cəbrayıl qaçqınıyam. Biz məhkəməyə müraciət etməmişdən qabaq Akif müəllimlə danışmaq istəyirik. O yetərincə dünya görmüş adamdır. Evsizliyin nə olduğunu da bilir. Amma bunu ən yaxşı biz bilirik. Mən 23 il əvvəl Cəbrayıl rayonunun işğalı zamanı evsiz qalmışam. Sonra akademiyada işə düzəlmişəm. Mən ora qapını sındırıb girməmişəm. 18 ildir burda yaşayıram və işləyirəm. Əgər mənə də ev düşmürsə, hansı ədalətli bölgüdən söhbət gedə bilər? O ev verdikləri adamların bir əşyası belə yoxdur, həmin yataqxanada. Komissiyanın işi şəffaf deyil".

AMEA-nın prezidenti Akif Əlizadənin məsələ ilə bağlı mövqeyini öyrənmək istədik. Lakim katibəsi hazırda AMEA prezidentinin naharda olduğunu bildirdi. Nahardan sonrakı zənglərimiz isə cavabsız qaldı.

Sözügedən yataqxanada neçə nəfərin qeydiyyatda olmasını dəqiqləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin nə İcra Hakimiyyətinin rəsmi saytındakı nömrələrə cavab verən oldu, nə də qurumun mətbuat katibi Nailə Məmmədova dəstəyi qaldırdı.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. (Qaynarinfo)

Onlar evsiz qaldı, kənar şəxslər ev aldı
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb