Nazir direktoru işdən çıxardı, idarədə yoxlama başladı - Nazirlikdən sərt açıqlama
Sosial
Oxunub: 720
21 in 2017 | 09:41
Nazir direktoru işdən çıxardı, idarədə yoxlama başladı - Nazirlikdən sərt açıqlama

















"Bir sıra, özünü elektron informasiya portalı adlandıran saytlarda və sosial şəbəkədə Şabran meşəsində qırıntı olması ilə bağlı video görüntü yayılıb

Əfsus ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məsələnin araşdırılması üçün rəsmi olaraq müraciət olunmayıb".

Bu sözlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, nazirlik bu görüntülərlə bağlı dərhal araşdırmalara başlayıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, həmin görüntülər 16 iyun 2017-ci il tarixində Şabran meşə müdirinə yönələn ittihamlarla birlikdə yerləşdirilib və sonradan saytdan çıxarılıb:

"Bir neçə gündən sonra isə həmin görüntülər, artıq bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yerləşdirilib. Məlum olub ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində məqsəd Nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət imiş. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri onun ünvanına yönələn və yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını hansı yollasa ala bilib. Amma görünür, bu, məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, şər-böhtan və şantajla xarakterizə olunan başlıqlardan istifadə etməklə saytlarda və sosial şəbəkədə Nazirliyin rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.

Belə böhtanlara dərhal ETSN-dən reaksiya verilib. Nazirlikdə görüntülərdə əks olunan qırıntılarla bağlı qrup yaradılıb. Həmin qrup çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu Şabran meşələrində aparılan araşdırmada iştirak etmək üçün dəvət edib. Həmin şəxs görüntülərin çəkildiyi ərazini göstərəcəyinə söz versə də, sonradan araşdırmada iştirakdan yayınıb. Komissiya üzvlərinə məlum olub ki, bu şəxs rayon meşə müdirinin yanında olub, onunla görüşəndən sonra araşdırmada iştirakdan imtina edib.

Bu görüşün məzmununun nədən ibarət olduğu o qədər birmənalı görünür ki, bu kontekstdə Nazirlik, faktiki olaraq qanunsuz təzyiq yolu ilə meşə rəhbərini özünə tabe etdirən qrupun qarşısında təslim olan müdirin vəzifəsində qalmasını mümkünsüz hesab edib. Prinsipiallıq göstərmədiyinə görə Şabran meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub".

Məlumatda qeyd edilib kİ, Şabranın meşə ərazisində araşdırma davam etdirilir:

"Video görüntünü yayanlar araşdırmada iştirakdan imtina etdikləri və yuxarıda göstərilən səbəbdən istəklərinə nail olduqları üçün Şabran meşə müəssisəsində başdan-başa yoxlama həyata keçirilir.

Yoxlamanın nəticələrinə görə, toplanmış sənədlər hüquq mühafizə orqanlarına təqdim olunacaq. Nazirliyin rəhbərinin ünvanına, guya parket sexinin mövcudluğu barədə söylənilən təsdiqi və sübutu olmayan fikirlərlə bağlı isə bildiririk ki, bu, birmənalı olaraq həqiqətə uyğun deyil, böhtandır. ETSN adından bəyan edirik ki, əgər Ekologiya Nazirliyi rəhbərliyinin mülkiyyətində olması ehtimal edilən istənilən meşə materialı ilə bağlı müəssisə barədə məlumatı olan varsa, həmin obyekt o şəxsə sənədli əsaslarla hədiyyə olunacaq". (mia.az)
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO