Bir molla, 5 manat pul, 1 kəllə qənd: "Kəbin əməliyyatı"nın sonu gəlir?
Sosial
Oxunub: 869
26 in 2017 | 16:07
Bir molla, 5 manat pul, 1 kəllə qənd: "Kəbin əməliyyatı"nın sonu gəlir?













Tural İrfan: “20-30 manat pul alırlar və heç soruşmurlar ki, şəxs necənci dəfə dini nikah kəsir”

Ölkədə erkən nikah problemi hələ də qalmaqdadır. Xüsusən, bəzi bölgələrdə qızlar erkən yaşlarda ərə verilir ki, bunun da çox ziyanlı tərəfləri var.

Müşahidələrə görə qızların erkən yaşda ailə qurması dəb halını alıb. Bəziləri isə bunu adi hal kimi qəbul edir. Hətta bu “dəblə” ayaqlaşmağa çalışırlar. Sirr deyil ki, bu gün ölkədə kifayət qədər qeyri-rəsmi fəaliyyət göstərən din xadimləri var. Erkən nikaha rəvac verən bu kimi din xadimlərinin cəzalandırılmasının şahidi olmamışıq. Düzdür, erkən nikahın baş tutmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Amma din xadimlərinin də bu məsələdə payı az deyil. Din xadimlərinə cəza... Erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşaması deməkdir.

UNİSEF-in məlumatında Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurduğu bildirilir. Bu elə də az rəqəm sayılmır. Çox hallarda maddiyyat güdən bəzi “din xadimləri” azyaşlıların nikaha girməsinə özləri təşəbbüskar olurlar. Təəssüf ki, onlar bu məsələdə cinayət məsuliyyətindən yaxalarını da asanlıqla qurtara bilirlər. Bu mənada məsələnin qanuniləşdirilməsi gündəmə gəlib. Belə ki, erkən nikahlara rəvac verən din xadimlərinin cəzalandırılması məsələsinin qanunvericiliyə salınması təklif olunur. Mütəxəssislər hesab edir ki, sözügedən məsələ qanuniləşdirilsə, ölkədə erkən nikahın qarşısı xeyli azalmış olacaq. Bununla belə cəzalandırılacaq din xadimləri məsuliyyətini dərk edəcək.

Dini ekspert Tural İrfan “Cümhuriyət” qəzetinə bildirib ki, erkən nikahda payı olan din xadimlərinin cəzalandırılması çoxdan olmalı idi:

“Qafqaz Müsəlmanları İdarəsinin Dini Komitəyə bağlı olmayan sərbəst fəaliyyət göstərən ruhaniləri var ki, onlar özlərinə məxsus qaydada fəaliyyət göstərirlər. Onların alt qatda düşündükləri var. İslam ölkələrinin maraqları ilə burada fəaliyyət göstərən bəzi din xadimlərinə görə hətta dövlətin qanunları ikinci mərhələdədir. Onlar üçün əsas şəriət qanunlarıdır. Bu baxımdan dövlətin qanunlarına əhəmiyyət verməyərək, şəriətin hökmünü əsas tuturlar və saymazlıq edərək addım atırlar. İslamda qızlarda həddi-buluğa çatma yaşı 9, oğlanlarda isə 14 yaşdır. Həmin din xadimləri məhz bu yaşlardan sonra nikahın oxunmasını məqbul hesab edirlər. Təbii ki, Azərbaycan Respublikasının qanunlarına, milli adət-ənənələrinə, yetkinlik yaşının müəyyən olunmasına görə nikah qurmaq üçün öz yaş həddi var. Həmin yaşdan erkən olaraq nəinki dini nikaha, rəsmi nikaha da yol verilmir. Bu da təbiidir ki, bəzi problemlər ortaya çıxır. Bəzi ruhanilər rəsmi nikah olmadan dini nikah oxuyurlar, sonra həmin şəxslər boşananda və ya başqa problemlər ortaya çıxanda onun hüquqi tərəfini ruhani, qazi bilmir. Azərbaycan dövləti islam respublikası deyil ki, həmin ruhani və ya qazi boşanan şəxsin problemini həll etsin. Ona görə sonra yaranacaq problemləri hansı orqan həll edəcəksə, o nikahı da o bağlamalıdır. Ruhaninin də nikah bağlaması dinimizə hörmət əlaməti olaraq həyata keçirilir. Bu İslamda vacib bir hökmdür. Amma cəzalandırma məsələsini dəstəkləyirəm”. Ruhanilərin cəzalandırılması qanuniləşir? Ekspertin dediyinə görə qeyri-qanuni olaraq nikah oxuyan ruhanilər cəzalandırılmalıdır: “Əksəriyyəti bu işi maddiyyata görə edir. Yəni nikah bağlayandan 20-30 manat pul alırlar və heç soruşmurlar, araşdırmırlar ki, şəxs necənci dəfə dini nikah kəsir. Dəfələrlə belə bir faktlarla qarşılaşmışıq ki, evli adama təzədən ikinci nikah bağlayıblar.

Ərdə olan qadını sınamaq üçün kimsə gəlib mollaya nikah oxutdurub, sonra məlum olub ki, qadın ərdəymiş. Bu kimi məsələlərin qarşısını almaq üçün ilk növbədə rəsmi nikahın kəsilməli, daha sonra isə dini nikah bağlanmalıdır. Bu da yaxşı olar ki, Qafqaz Müsəlmanları İdarəsinin ruhanilərindən olsun ki, müəyyən cavabdehlik ortaya çıxan zaman buna dəlil gətirmək mümkün olsun. Bu baxımdan qeyri-qanuni işlərə qalxan din xadimlərinin cəzalandırılması vacibdir və özü də bu sərt şəkildə həyata keçirilməlidir”. Tural İrfan hesab edir ki, həddi-buluğa çatmayan qızlara rəsmi nikah olmadan dini nikah kəsən ruhanilərin cəzalandırılması məsələsi qanunvericilikdə də tənzimlənməlidir:

“Bu qanunvericiliyə mütləq salınmalıdır. Hələ gecikmiş məsələdir. Gərək indiyə kimi öz həllini tapardı. Bununla mışğul olan qeyri-hökumət təşkilatları da dəfələrlə məsələ qaldırıblar. Çünki həmin məsələ ilə bağlı çoxlu problemlər yaşanıb. Bəzi ruhanilər insanlarımızı aldadırlar. Hətta bölgələrimizdə savadı dayaz olan şəxslər aldadılaraq dini nikah kağızının məhz rəsmi nikah sayıldığına inandırılır. Bu mənada cəzalandırılma məsələsi qanuni qüvvəyə minməlidir”.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb