Bakıdakı "Qul bazarı"nda insan dramı yaşanır
Sosial
Oxunub: 620
27 in 2017 | 11:40
Bakıdakı "Qul bazarı"nda insan dramı yaşanır

















Ucuz kafedə gündə cəmi bir dəfə borca yemək yeyən, 2 manatlıq zirzəmilərdə gecələyən kim, uşaqları ilə 4 kvadratmetrlik karton daxmada kirayənişin kimi yaşayan kim...

Artıq uzun illərdir ki, Bakıda, düz üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində "qul bazarı" adlandırılan işçi bazarı mövcuddur. Sputnik Azərbaycan-ın məlumatına görə, öz evini təmir etdirməyə, yaxud yüklərini, mebelini daşıtmağa ucuz işçi qüvvəsi axtaranlar bura üz tuturlar. Yüzlərlə kişi hər gün səhər tezdən hətta səhər yeməyini yemədən öz alətləri ilə birlikdə avtonəqliyyat körpüsünün altında dayanaraq ümidlə gözləyirlər ki, məhz bu gün kimdənsə yaxşı sifariş qəbul edəcək və uşaqlarına bir qədər ərzaq alacaq.

Rəngsazlar, elektriklər, parketçilər, bənnalar və digər işçilərin də şikayət etdiyi kimi, sifarişlər elə də çox deyil. Hər 100 nəfərdən sadəcə 30 nəfər axşamlar evlərinə cüzi vəsaitlə gedə bilirlər. 47 yaşlı Məmməd Səmədovun sözlərinə görə, artıq ikinci həftədir ki, onun işi yoxdur. O, daşdöşəyəndir, keçmişdə sürücü olub. Öz vəziyyətindən çox narahatdır, çünki onun Bakıda yaşamağa yeri yoxdur. Hər gecə gecələmək üçün Papaninə gecəsi 2 manat olan hücrəyə gedir. "Mənim ailəm Qəbələdə yaşayır. İki uşağım var. Hər ikisi Gəncə Dövlət Universitetinin pullu fakültəsində oxuyurlar. Yoldaşım da işləyir və 120 manat maaş alır" — deyə Səmədov şikayətlənir.

Qazancı olandan olana kişi evinə pul göndərir. Hərdən elə olur ki, evinə 50 manat göndərir, hərdən də 500 manat. Hər şey işdən asılıdır. Amma son vaxtlar iş, demək olar ki, yoxdur. Ona görə də borc hesabına qidalanır və gecələyir. Səmədov yalnız gündə bir dəfə, axşamlar yemək yeyir. Qüvvəsini itirməmək üçün sutkada bir dəfə ucuz kafedə nisyə yemək məcburiyyətindədir. İş düşəndə isə Səmədov borcunu ödəyir.

Onun həmkarı, məcburi köçkün Binnət Məmmədov da eyni vəziyyətdədir. Yaşının az olmasına baxmayaraq, o, 65-70 yaşlı qoca kimi görünür. Onun vəziyyətini ağırlaşdıran səbəblərdən biri də budur ki, başının üstündə damı və daimi gəliri yoxdur. Üstəlik üç uşaqdan birinə də aliment ödəməlidir: "Məhkəmə icraçıları deyirlər ki, əgər alimenti ödəməsəm, məni həbs edəcəklər. Mən nə edim, oğurluq edim?" İşçilər həm də ondan narahatdırlar ki, ilbəil yaşa dolduqca, onlara tələbat da aşağı düşür. Gələn müştərilər də cavan ustaları seçirlər. Hesab edirlər ki, onlar işi daha tez başa çatdıracaqlar. Baxmayaraq ki, onların təcrübəsi elə də çox deyil. İşin və yaşayış yerinin olmamasından demək olar ki, hamı şikayət edir. Məhz buna görə də onların çoxu fəhləlik etmək qərarına gəlib, çünki başqa sahədə onlara iş yoxdur. Onların çoxu ali təhsilli olsa da, özlərinin dediyi kimi, tanışları olmadığı üçün daimi iş tapa bilməyiblər.

Eyni vəziyyətə Ağdam rayonundan məcburi köçkün düşmüş Ədalət Vəliyev də düşüb. Bütün bu illər ərzində cavan kişi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək mənzil almağa ümid edib. Axırıncı dəfə 2013-cü ildə etdiyi müraciət indiyə qədər cavabsız qalıb. Vəliyev artıq doqquzuncu ildir ki, körpünün altında dayanır. Ümidlə gəlib-gedən maşınlara baxır ki, bəlkə onlardan hansısa biri dayanacaq və o, heç olmasa, müvəqqəti iş əldə edəcək. Əvvəllər o, pirojki və tum da satıb. Heç bir işdən qorxub-çəkinmir. Bu gün Vəliyevi evdə iki uşaq və həyat yoldaşı gözləyir. O, yaşadığı yeri ev adlandırmağın çətin olduğunu etiraf edir. Bu, kartondan qurulmuş 4 kvadratmetrlik bir sığınacaqdır. Amma başqa çarə yoxdur, bu, ən ucuz kirayə mənzillərdən biridir.

Devalvasiyadan sonra onların əməyinə tələbat da xeyli aşağı düşüb. Gün-gündən onlar daha az sifariş alırlar. Çünki adamlar artıq mənzillərini təmir etdirmək istəmirlər.

İbrahim İbrahimov isə deyir ki, o, boş divarları saraya çevirmək qabiliyyətinə malikdir. Elektrik sistemini qurmağı, divarları suvamağı, kafel qoymağı, santexnika işlərini bacarır. Dediyinə görə, özü də bu işləri baha görmür: "Rəngsazlıq işlərinin kvadratmetrini 5 manata edirəm. Kafelin kvadratmetrini 8-10 manata qoyuram. Bir otağa elektrik çəkməyə görə 100-150 manat alıram".

Amma çoxprofilli usta olmasına baxmayaraq, digər yüzlərlə ustalar kimi o da içində drel və digər avadanlıqlar olan çemodanı ilə birlikdə körpünün altında oturur.

Ustalar arzu edirlər ki, gözəl günlərin birində məmurlar onların yanına gəlsin, onlarla maraqlansın və onları daimi iş və normal əmək haqqı ilə təmin etsin.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ