Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq - Nazir əmr verdi
Sosial
Oxunub: 709
29 in 2017 | 13:57
Tələbələr üçün yeni qaydalar bu yaydan tətbiq olunacaq - Nazir əmr verdi

















Nazirlər Kabineti tərəfindən yenidən təsdiqlənmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq

Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr verib.

Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” qaydaların 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etməlidirlər.

Qeyd edək ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na əsasən, akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb.

Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb. Eyni zamanda, əyani təhsilalma formasının yeni növləri – tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub.

Tədrisə tam cəlb olunma – ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə – ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrdən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq. (Trend)
9-04-2024, 16:00
Azərbaycanda biabırçı mənzərə: İti avtomobilin arxasına bağladı, maşını sürdü - VİDEO
9-04-2024, 14:13
İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
9-04-2024, 14:01
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
9-04-2024, 13:57
Gəncə şəhər stadionunun təməli qoyulub
9-04-2024, 13:32
Prezident Gəncə İdman Sarayının açılışında iştirak edib
9-04-2024, 13:27
İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub
9-04-2024, 13:22
Prezident Gəncədə Ulu Öndərin abidəsini ziyarət edib
9-04-2024, 13:18
Prezident Hacıqabulda suvarma qurğuları kompleksi ilə tanış olub - FOTO
9-04-2024, 13:11
Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə birgə bəyanatlarla çıxış edib - YENİLƏNİB
9-04-2024, 12:43
İrəvanda azərbaycanlının həbs edilməsi ilə bağlı Ermənistan DİN-dən AÇIQLAMA
9-04-2024, 11:59
Qriqoryan və Mirzoyan Azərbaycana görə növbədənkənar iclasa çağırıldı
9-04-2024, 11:53
“ASAN xidmət” bu tarixlərdə işləməyəcək – RƏSMİ
9-04-2024, 11:15
Prezident Hacıqabul rayonunda olub
9-04-2024, 10:43
Sabahdan Ramazan tətili başlayır
9-04-2024, 10:36
Ağ Ev İrəvan-Bakı danışıqlarının Vaşinqton prosesinin yenidən bərpasına aydınlıq gətirdi
9-04-2024, 10:33
Azərbaycanda məşhur biznesmen vəfat etdi - FOTO
9-04-2024, 10:06
“Yekə-yekə kişilərdi, medal taxırlar, çıxırlar şəhərə...” - Polkovnik qazilərdən gileyləndi
9-04-2024, 10:01
Azərbaycanın xarici işlər nazirinin qırğızıstanlı həmkarı ilə görüşü başlayıb
9-04-2024, 09:55
Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib
9-04-2024, 09:50
Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...
9-04-2024, 09:35
İran-İsrail müharibəsi... - Bakı Zəngəzur planını işə salacaq
9-04-2024, 09:31
Laçında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
9-04-2024, 09:19
Qərbin qalmaqallı “gizli planı” ifşa olundu: Ukrayna əraziləri Rusiyaya satılacaq
9-04-2024, 09:00
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
8-04-2024, 16:00
SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı - Molla rejimi BAŞINI İTİRİB...
8-04-2024, 15:30
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək - GƏLİŞMƏ
8-04-2024, 14:49
Xankəndi məhkəməsinə hakim təyin olunan Abdullayev kimdir? - DOSYE