Axirətdən öncə... - Hacı Şahin Zəhradan yazır
Sosial
Oxunub: 529
8 iy 2017 | 09:37
Axirətdən öncə... - Hacı Şahin Zəhradan yazır

















İyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə ana və 2 yaşlı Zəhra bala qətlə yetirildilər. Bu körpə qətlini hansı insaniyyətlə, hansı mənəviyyatla, hansı əsgər qeyrəti ilə əsaslandırmaq olar? Kin və qorxaqlıq insanı necə vəhşiləşdirməlidir ki, bu cinayətə əl atsın və ya bu cinayətə qələbə kimi baxsın? Bu cinayəti törədən rejimin başçılarından soruşmaq gərəkdir ki, davanız torpaq davasıdırsa, o zaman o körpənin günahı nə idi? Məqsədiniz intiqam idisə, dilsiz qızcığaz sizə nə edib? Bu günə kimi "müharibədə hər şey ola bilər, kompromis yol tapın” deyə yol göstərən havadarlarınızın bundan sonra sözü nə olacaq?

Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq proses 25 ildir ki davam edir. Beynəlxalq hüququn imperativləri, BMT başda olmaqla müxtəlif beynəlxalq qurumların bəyannamələri, dünya qüdrətlərinin vasitəçiliyi, fərqli danışıq formatları, vətəndaş cəmiyyətlərinin bir birini əvəzləyən təşəbbüsləri ortada ola-ola, bir münaqişənin 25 il davam etməsi təəccüb doğurur. Daha doğrusu, mövcud beynəlxalq proses məyusluq yaradır.

Namərdcəsinə dinc sakinlərə gecə vaxtı həmlə etmək, məsum bir körpəni qətlə yetirmək vəziyyətin gərginliyini və dözülməzliyini göstərir. Məsələyə yanaşmada emosiyaları kənara qoysaq belə, qarşı tərəfin heç bir insani qanun tanımadığını görəcəyik. Belə bir halda onlardan beynəlxalq qanunlara riayət etməyi gözləmək mümkün deyil. Sülh prosesində durğunluğun davam etməsi, status-kvonu qorumaq cəhdləri meydanı uşaq qatillərinə vermək anlamına gələcək. Azərbaycan isə dəfələrlə bildirib ki, buna razı olmayacaq. Aydındır ki, yeni müharibə bütün regionu zorakılıq alovuna alacaq, ona görə də beynəlxalq ictimaiyyət ciddi ölçülər götürməlidir. Əks təqdirdə Azərbaycanın düşmənə layiqli cavab verməyi üçün kifayət qədər qətiyyəti və gücü var.

Son dövrdə cəbhə bölgəsində baş verən hadisələr bir gerçəyi üzə çıxardı: Azərbaycan xalqı və dövləti torpağının bir qarışını belə düşmənə güzəştə gedən deyil. Bu prinsipial mövqeyi xüsusilə gənclərimizdə görəndə fərəhlənməməyə bilmirsən. Gənc nəsil 30 il öncə müharibənin başlamasının şahidi olmayıb. O hadisələrdən sonra yeni nəsil formalaşıb və onlar üçün təbii görünən indiki şərait bizim üçün yenidir. Yeni dövlət, yeni tarix, yeni amallar, yeni ümidlər. Bizimlə onlar arasında böyük fərqlər var və bu fərqlər gənc nəslin xeyrinədir. Onların zehniyyəti totalitar rejimin propaqandası və yalanları ilə zəhərlənməyib. Fəqlənmək, özün kimi olmaq, azad yaşamaq, seçim etmək kimi ibtidai istəklər onların təfəkkürünə bir cinayət, cəzaya layiq günah kimi həkk olunmayıb. Bizim nəsil bu qorxunc zindandan çıxdıqdan sonra öz azadlığı ilə necə davranacağını bilmirdi. Biz buna hələ təzə-təzə alışmağa, taleyimizə görə məsuliyyətimizi dərk etməyə başlamışıq. Onlar isə dünyaya müstəqillik dövründə göz açıblar. Bu müstəqilliyi bizə qazandıranlardan daha çox, onu yaşadanlar məsuliyyət altındadır.

Onların bizdən bir üstünlüyü də var – onlar Qarabağı görmədən onun dərdini çəkirlər. Onlar Qarabağsız Vətəndə dünyaya göz açdılar, lakin Qarabağsızlığa heç cür alışmadılar. Özü də buna alışmamaq elə də asan iş deyil. Yad mədəniyyətlərin var gücü ilə təlqin etməyə çalışdığı təslimçilik ruhiyyəsi gənclərimizin qəlbində görmədikləri, gəzmədikləri, ətrini duymadıqları bir Vətən parçasının həsrətini boğa bilmədi. Bu mədəniyyətlər düşüncələrə nələri yeritmədi ki?! "Həyatını yaşa, başqalarından sənə nə?”, "bir dəfə verilən ömrü bir parça torpağa qurban vermə, heyifdir!”, "düşmənini sev, o da səni sevir”, "cibini düşün, hər şeyi pul həll edir”... Gənclərimiz ayıq oldu, bu tələlərə düşmədi. Son illərdə canlarını bizə fəda edən şəhidlərimiz bunun bariz nümunəsidir. Onların mütləq əksəriyyəti Qarabağı heç zaman görməyənlər idi. Gənclərimiz sağlam yetişib, deməli cəmiyyətimiz də sağlamdır. Deməli, hadisələr düzgün məcrada cərəyan edir.

"Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman...” Zəhranın qatilləri Haqq məhkəməsində mütləq cavab verəcəklər. Lakin Axirət məhkəməsindən öncə qatillər etdikləri cinayətlərin hesabını mütləq bu dünyada verəcəklər xalqımız qarşısında... İndiki gənclərimizin sayəsində.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...