“Qara” siyahıdakı ağ “ləkələr”: “Vitrin” jurnalistlərlə “qara siyahı”lar ağarmaz...
Sosial
Oxunub: 511
8 iy 2017 | 11:00
“Qara” siyahıdakı ağ “ləkələr”: “Vitrin” jurnalistlərlə “qara siyahı”lar ağarmaz...

















Jurnalistlərə ev bölgüsü üçün zaman daralır. Məlumata görə, ev üçün müraciət edən həmkarlarımızın sayı 850 nəfər olub

Bu barədə mətbuata açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli siyahını artıq Prezident Aparatına təqdim etdiklərini də gizlətməyib. Deməli, bu prosesin tamamlanmasında bircə mərhələ qalır: 22 iyunda –Azərbaycan mətbuatının yaranmasının növbəti ildönümündə həmkarlarımıza ev verilməsi.

Veriləcək evlə namizədlər arasındakı fərqə baxanda hər 3 iddialıdan yalnız birinin sevinəcəyi indidən bəllidir. Bu mənada hakimiyyətin jurnalistləri mükafatlandıraraq rəğbətlərini qazanmaq təşəbbüsü əksinə nəticədə verə bilər. 255 qələm əhlinin könlünü qazandığı halda, 600-ə yaxın jurnalistin tənqid hədəfinə çevrilmək ehtimalı da istisna edilməməlidir. Odur ki, hökumət qurumları bu qədər məsuliyyətli işin altına girdikləri üçün ədalət ölçüsünü maksimum qorumağa çalışmalı, ev almaq ümidi doğrulmayan jurnalistlərin də daxilən razılaşdığı insanlar üzərində dayanmalıdır.

Düzünü desəm, müvafiq komissiyaya yalnız 850 nəfərin müraciət etməsi bu yazının müəllifini xeyli təəccübləndirdi. Zira bəndəniz minlərlə iddiaçının ortaya çıxacağını gözləyirdi. Görünür, ev bölgüsü barədə gətirilən sərt şərtlər bir çox jurnalist kimi görünənləri bu yarışdan uzaqlaşdırıb və onlar müraciət etmək qərarlarından birdəfəlik geri çəkiliblər. İnsafən, etiraf edək ki, son bir aydan artıqdır davam edən prosesdə hələlik ilk sevindirici hal da elə budur. Ən azı ona görə ki, jurnalistlərin adına ev sahibi olacaq təsadüfi adamların bir xeyli qarşısı alınıb.

Bununla belə, ev almaq haqqı qazanmaq üçün qoyulan şərtlərin tam ədalətli olduğunu da demək çətindir. Etiraf edək ki, bir çox həqiqi qələm sahibləri komissiyanın qoyduğu standartlara cavab verəcək özəllikdə deyillər. Nədən ki, bu standartlar və şərtlər yaradıcı insanların xarakterinə uyğun formalaşdırılmayıb. Xüsusilə, söz azadlığının məhdudlaşdırıldığı, hökumətin maliyyələşdirdiyi media orqanlarında tətbiq olunan ağır senzura şəraitində bir yerdə 3 il işləmək şərti yaradıcı insanların əyninə dar gələcək qaydadır. Başbilənlərimizin ən azı jurnalistika sahəsinə spesifik yanaşması, azad fikirli insanların xarakterini nəzərə alması tələb olunurdu. Əfsuslar olsun ki, ev bölgüsündə bu məsələyə də barmaqarası baxıldı. Görünür, bir çoxlarımızda “bəy verən atın” “sus payı” kimi assosasiya yaratması da bu amildən qaynaqlanır.

Etiraf edim ki, jurnalistlərə hakimiyyət tərəfindən ev verilmısinə məhz bu səbəbdən qarşı çıxanlardan biri mən olmuşam və öz mövqeyimi çox açıq şəkildə dəfələrlə dilə gətirmişəm. Qələm adamlarının heç kim qarşısında minnətdarlıq hissi duymadan insan oğlunun ən təməl ehtiyaclarından hesab edilən mənzilə sahib olmasını arzuladığımdan bir çox hallarda dilə gətirdiyim fikirlər həmkarlarımız tərəfindən süngüylə qarşılanıb.

Amma o da var ki, irəli sürdüyümüz fikirlərə qarşı çıxanların da arqumentlərində həqiqət payı var və bunu etiraf etməmək ədalətsizlik olardı. İstəsək də, istəməsək də, cəmiyyətimizin, ölkəni idarə edən monopolist rejimin ən ağır zərbə vurduğu sahələrdən biri də jurnalistikadır. Həm cəmiyyətimizdə demokratik dəyərlərin tam oturuşmaması, həm alternativ fikir daşıyıcılarının iqtisadi imkanlardan məhrum edilməsi, həm də inhisarçı anlayışın yaratdığı rəqabətsizlik mühiti medianın maliyyələşdirilməsini hökumətdən asılı vəziyyətə salıb. Hökumətin bir tərəfdən bağladığı qapını digər tərəfdən açmasını bu mənada vurulan zərbənin kompensasiyası kimi qiymətləndirmək olar. Fəqət, bir şərtlə; jurnalistlərə veriləcək evlər həqiqi sahiblərinə çatsa...

Nə yazıq ki, Azərbaycan jurnalistikasında bütün imtiyazların seçilmiş insanlara verilməsi, onların isə həmin avantajdan indiyə qədər öz şəxsi mənfəətləri üçün faydalanması və ev paylamaq səlahiyyətinin də onlara həvalə edilməsi cəmiyyətimizdə bu bölgünün ədalətli aparılacağına ciddi şübhələr yaradır və ortaya çıxan narazılıqların başlıca səbəbi elə budur. Odur ki, hökumət nümayəndələri və onların imtiyazlı sözçüləri bu həqiqəti nəzərə alıb şübhəçiləri yox, özlərini qınamalıdırlar.

Jurnalistlər arasında gəzən söz-söhbətlər imtiyazlı qələm əhlinin təbirincə desək, yalnız mənim kimi qərəzli adamların deyil, hətta ölkə rəhbərinin də kiminsə ümidinə buraxılmış bölgünün ədalətli aparılacağına inanmadığından xəbər verir. Bildirildiyinə görə, ölkə rəhbəri bu dəfəki ev bölgüsünü şəxsən öz nəzarətində saxlamaq niyyətindədir və bu səbəbdən də bir çox imtiyazlılar əl-ayağa düşüblər. Açığı, bu informasiyanın nə qədər həqiqət olub-olmadığını da deyə bilmirəm. Əgər həqiqətən də belədirsə, bu, jurnalistlərə ev bölgüsündə indiyə qədər qarşılaşdığımız ikinci sevindirci hadisədir.

Sirr deyil ki, bu gün jurnalistika sahəsində meydana gətirilmiş bəzi maneələr bir çox söz əhlinin fəaliyyət sahəsini daraltdığı kimi, təsadüfi adamların da bu meydanda at oynatmasına şərait yaradıb. Bu arzuolunmaz vəziyyətin qarşısını almaq naminə hökumətimiz peşəkar jurnalistlərin daha çox imtiyazlardan yararlanmasını təşviq etməli, təsadüfi adamları media adından faydalanmasına yol verməməlidir. Məsələyə bu aspektdən yanaşanda ev bölgüsünə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin məqsədə nə qədər qulluq edib-etməməsi müzakirəyə açıqdır.

Hökumət sözçüsü qismində çıxış edən həmkarlarımın ötən dəfə ev alan jurnalistlər arasında bir neçə müxalif düşüncəli qələm adamını göstərib bölgünün obyektiv aparıldığını iddia etməsi də, açığını desəm, məni qane etmir. Axı adətən, bazar fırıldaqçıları da “yeşiy”in altına zay, üstünə isə üzü parıldayan məhsul qoyub satırlar. Məhz o saf məhsulların hesabına alıcıları aldada bilirlər. Bütün “yeşiy”i zay məhsulla doldursan, kim sənin saf, keyfiyyətli mal adına satdığın nəsnəni alar? Markentinq elmində buna vitrin məhsulları deyirlər. Odur ki, təklif olunan məhsulun üzünə deyil, tamamına baxıb ona qiymət vermək mümkündür. Bir-iki vitrin jurnalistlərimizi etiraz edənlərin gözünə soxmaq isə əsl həqiqəti dəyişmədiyi kimi, haqqı olanlara verilən evi onların başına çırpmaqdan başqa bir şey deyil. Bir də unudulmamalıdır ki, “vitrin” jurnalistlərlə “qara siyahı”nı ağartmaq olmaz. Uzaqbaşı, “qara siyahı”lara ağ “ləkələr” düşər.

Əlbəttə, bu dəfəki kampaniyada da böyük ehtimalla vitrinə çıxarılacaq bir-iki jurnalist tapılacaq. Amma mənzərənin tamamına baxanda isə hökumətin ev bölgüsü üçün tətbiq etdiyi standartlar azadruhlu və peşəkar qələm adamlarını siyahıdan kənarda saxlamağa hesablanıb. Uzun müddət mediada işləyən və bir çox həmkarlarına yaxından bələd olan bir adam kimi mənim tanıdığım bəzi həqiqi jurnalistlərin ya mənzil bölgüsü üçün qoyulan standartlara cavab verməməsi, ya da nədənsə, işlədikləri qurumun rəsmi siyahısına salınmaması da bu ehtimalı qüvvətləndirir. Halbuki, siyahıdan kənarda qalan həmkarlarımın peşəkarlığına kiminsə şübhəsi olduğuna da inanmıram. Üstəlik, hökumətin jurnalistlər üçün ayırdığı mənzillərin kifayət qədər olmasına baxmayaraq (Hər halda Mətbuat Şurasının üzvü dəyərli ziyalı Azər Həsrətin özü belə, bu yaxınlarda paylaşdığı statusunda Azərbaycanda günün günorta çağı əldə çıraqla axtarsan, 100 jurnalist tapılmayacağını açıq şəkildə etiraf etmişdi), həmin şəxslərin gözdən uzaqda qalması başadüşülən deyil və tətbiq olunan qaydaların adilliyinə kölgə salır.

Mən buna misal olaraq bir neçə həmkarımın adını çəkmək istəyirəm. Bunlardan biri Ləman Əliəşrəf qızıdır. Uzun illər müxtəlif qəzetlərdə, daha sonra ANS-də işləyən Ləman xanım məlum telekanalın bağalanmasından sonra istər-istəməz 3 il davamlı bir yerdə işləmək şansını itirdi. Amma bu, onun yaxşı jurnalist olmadığına dəlalət edərmi, Allah eşqinə?

Yaxud, Azərbaycan ictimaiyyətinin yaxından tanıdığı Elxan Şükürlü son 3 il ərzində sərasər hansısa media qurumunda işləməyib. Özünün açdığı Strateq.az portalının yaşı isə hökumətin müəyyənləşdirdiyi standartlara cavab vermir. Amma şəxsən mən elə adamlar tanıyıram ki, 10 ildən artıqdır hansısa media qurumunda işləməsinə rəğmən, bir cümləlik xəbəri belə yaza bilmirlər. Evləri-eşikləri də, sağlıqlarına qismət, var. Hökumətin standarlara görə isə, həmin adamlar Elxan Şükürlüdən daha çox ev almaq hüququna malikdirlər. Üstəlik, yaxın dostum olduğuna görə, Elxan Şükürlünün indiyə qədər kirayədə yaşadığını da bilirəm. Eyni sözləri Əvəz Zeynallı, Zaur İbrahimli, Fazil Əhməd, üzünü belə görməsəm də qələminə hörmət bəslədiyim Cəlil Cavanşir, ölkənin aparıcı saytlarından birinin təsisçisi olmasına, jurnalistikada 20 ildir külüng vurmasına baxmayaraq baxmayaraq, kirayədə ömür sürən Moderator.az saytının rəhbəri Zülfüqar Hüseynzadə və indi ağlıma gəlməyən bir çoxları haqqında da demək olar.

Bəziləri məni işlədiyim və yaxın təmaslarda olduğum saytın işçilərinin adını xüsusilə qabartmaqda, başqa sözlə desək, tərəfkeşlikdə ittiham edə bilərlər. İnanın ki, belə bir niyyətim yoxdur. Mən sadəcə fikirlərimi əsaslandırmaq üçün tanıdıqlarımı misal gətirirəm və düşüncəmə görə, kim daha layiqdirsə və evsizdirsə, imtiyazlardan da o, yararlanmalıdır.

Məsələn, belə şəxslərdən biri mənə qətiyyən yaxın olmayan bir mötəbər informasiya portalında işləyir. Uzun illər mətbuat aləmində ən müxtəlif orqanların rəhbəri vəzifələrində çalışan bu adamın çox nəfərli ailə üzvüylə qaynının 3 otaqlı evində yaşadığını, yəqin ki, işlədiyi saytın rəhbərliyi də bilmir. Bilsəydi, adı redaksiyalarının təqdim etdiyi rəsmi siyahısına düşərdi. Mənim bildiyinə görə, həmin adam bu siyahıdan deyil, şəxsən komissiyaya müraciət edib. Onun adının Mətbuat Şuarsının PA-ya təqdim etdiyi 850 nəfərin arasında olub-olmadığı isə bilinmir.

Bax, mənim də jurnalistlərin ev bölgüsünə qarşı çıxmağımın başlıca səbəblərindən biri elə bu subyektivizmə yuvarlana bilmə xüsusiyyətindən irəli gəlir. Məncə, qaydalar elə tətbiq olunmalıdır ki, orda nə 3 il eyni yerdə işləyə bilməyənlər, nə də abrına qısılıb sosial vəziyyəti barədə yaxın ətrafına belə, məlumat verənlər kənarda qalsın.

Təəssüf ki, jurnalistlərə son ev bölgüsü bu çatışmazlıqlardan da münəzzəh deyil.

P.S: Məni xaricilərə satılmışlar siyahısına aid etmədiklərinə görə tənqidçilərimə təşəkkür etməyi özümə borc bilirəm. (moderator)
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb