"Azəriqaz" böyük dəyişiklik astanasında - Birliyin loqosu dəyişdi, SOCAR-ın adı götürüldü
Sosial
Oxunub: 539
11 iy 2017 | 09:54
"Azəriqaz" böyük dəyişiklik astanasında - Birliyin loqosu dəyişdi, SOCAR-ın adı götürüldü

















Prezident İlham Əliyevin 1 iyul 2009-cu il tarixli 366 nömrəli "Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti (QSC) İstehsalat Birliyinə çevriləndən sonra gözləntilərin doğrulmaması qurumla bağlı böyük dəyişikliyin xəbərçisiidir

Maraqlıdır ki, baş direktor Əkbər Hacıyev idaretmədə çevikliyi artırmaq, qurumun rəhbərliyinə yaxın olan şəxslərin hazırda rəhbərlik etdiyi artıq ştatları ləğv etmək, izafi xərclər və qaz itkisinin qarşısını almaq əvəzinə, "Azəriqaz"ın loqosunu büsbütün dəyişiib.

Ulus.Az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O, ironik formada "Bu gündən "Azəriqaz"ın loqosu dəyişildi. Artıq loqoda SOCAR göstərilməyəcək. Dedilər, nəsə yaman qızğın iş gedir", - deyə, bildirib.

Maraqlıdır, "Azəriqaz"ın loqosundan "SOCAR" sözünün də çıxarılması birliyin müstəqilləşdiriləcəyi planından xəbər verir, yoxsa?

Bu barədə sayta məlumat verən informasiyalı şəxs deyir ki, SOCAR-da "Beynəlxalq standartlara keçid” adı altında aparılan islahatlar zəminində bəzi müəssisələrin birləşdirilməsi, işçilərin ixtisara salınması və ya onların çoxunun dərəcələrinin aşağı salınması planlanıb. O cümlədən "Azəriqaz”da d a eyni halın təkrarlanacağı qaçılmazdır:

"Bildiyiniz kimi, hazırda SOCAR-ın tabeliyində olan və birbaşa neft hasilatı ilə məşğul olan müəssisələrdə bu proses gedir. "Beynəlxalq Standartlara keçid”in SOCAR-ın özündə bu ilin sonuna qədər yekunlaşdirilması gözlənilir. Sizə deyim ki, bu proses təkcə SOCAR-ın neft sənayesi üzrə olan müəsssisələrində deyil, qurumun strukturuna daxil olan 26 idarə və istehsalat birliyinin hamısında aparılcaq. Hətta bəzi müəssisələrin birləşdirilməsi gözlənilir. Hal- hazirda struktur dəyişikliyi üzrə "Azneft” İstehsalat Birliyində son planlanma aparılır. Böyük ehtimalla iyul ayının 20-dən etibarən "Azəriqaz” İstehsalat Birliyində prosesə start veriləcək”.

Müsahibimizin sözlərinə görə, islahat pərdəsi altında "Azəriqaz”da xeyli işçilər ixtisara düşəcək: "Hazırda hansı ştatların birdəfəlik ixtisara salınacağı, kimlərlə bağlanmış müqavilələrə xitam veriləcəyi məxfi saxlanılır ki, indidən birlikdə qalmaqal və səs-küylü hadisələr alovlanmasın. Amma fakt odur ki, SOCAR və ona bağlı olan digər müəssisələrdə tətbiq edilmiş variant "Azəriqaz”da da təkrarlanacaq. Yəni ixtisara salınacaq işciyə əmək haqqının 5 misli qədər maaş təklif ediləcək. Bundan əlavə, struktur bölmədə çalışan orta təhsilli şəxslər 5-ci dərəcəyədək düşürüləcək. Orta ixtisas təhsilli və mühəndis vəzifəsi adı altında çalışan şəxslərin dərəcələri 7-8-ci dərəcələrdək endiriləcək. İxtisası mühəndis olmayan ali təhsilli şəxslərin isə vəzifələrə uyğun olaraq 8-10-cu dərəcəyədək olan ştatlara yerləşdirilməsi aparılacaq. Bundan sonra isə qurumla bağlı daha bir qərarın veriləcəyini gözləmək olar".

Məlumatlı şəxs deyir ki, "Azəriqaz"ın SOCAR-ın tabeliyindən çıxarılaraq, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi variantı gündəmdədir:

"Güman ki, bu gün qurumun loqosunun dəyişdirilməsi və oradan "SOCAR" sözünün çıxarılması da buna dəlalət edir. Yəni gözlənilir ki, İstehsalat Birliyi SOCAR-ın tabeliyindən çıxarılacaq. Bu planın qurumun daxilində yuxarıda qeyd edilən "islahat"ların başa çatmasından dərhal sonra baş verəcəyi ehtimalı realdır. Bu isə ilin sonuna qədər prosesin bitməsi deməkdir".

Uus.Az "Azəriqaz"ın bu günə qədər olan və bu gün isə tamam ilə yenilən hər iki loqosunu da təqdim edir:

Əvvəlki LOQO
"Azəriqaz" böyük dəyişiklik astanasında - Birliyin loqosu dəyişdi, SOCAR-ın adı götürüldü
"Azəriqaz" böyük dəyişiklik astanasında - Birliyin loqosu dəyişdi, SOCAR-ın adı götürüldü
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ