Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildi
Sosial
Oxunub: 4 714
17 iy 2017 | 17:10
Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildi








Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Bəs xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir? Krım-Konqo hemorragik qızdırma xəstəliyinin əlamətləri hansılardır?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz-ın suallarını cavablandırıb.

Şöbə müdiri Səhiyyə nazirinin əmri ilə Dövlət Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində tibbi müşahidə gücləndirildiyini deyir: “Yüksək hərarətli xəstənin dərhal hospitallaşdırılması və nəzarətə götürülməsi tapşırılıb. Belə xəstələrdən analizlər götürülərək Respublika Taun Əleyhinə Stansiyaya göndərilməlidir. Yalnız analizlərin nəticələrinə uyğun dəqiq diaqnoz qoymaq mümkündür. Amma analizin nəticələri bəlli olana qədər xəstə müşahidə altında saxlanılmalıdır.

Tibb müəssisələri bir-biri ilə əlaqələnmiş şəkildə işləyir. Şübhəli şəxs və ya xəstə aşkarlanarsa, onların yerləşdirilməsi üçün 2 tibb müəssisəsi ayrılıb. Böyüklər Klinik Tibbi Mərkəzə, uşaqlar isə 1 saylı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriləcək. Bu xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, həkimlər, tibb heyəti məlumatlandırılıb”.

E.Əliyeva indiyədək Azərbaycanda Krım-Konqo xəstəliyinin aşkarlanmadığını və sərhəd-keçid məntəqələrində yoxlamalara başlandığı gündən indiyədək bu xəstəliyi daşıyanın qeydə alınmadığını bildirib.

Xəstəlik necə keçir?

Krım-Konqo hemorragik qızdırma xəstəliyi gənələr vasitəsilə yoluxur. Amma xəstəliyə bir neçə yolla yoluxmaq mümkündür. Gənə vəhşi və ev heyvanlarını, xüsusilə də iri və xırdabuynuzlu heyvanları yoluxdura bilər. Xəstə və ya ölmüş heyvanın qanı və ifrazatından virus insana keçə bilər. Buna görə də, qəssablar və fermerlər risk qrupuna daxildilər. Bundan başqa, insanlar gənə dişləməsi nəticəsində bu xəstəliyə tutula bilərlər. Yəni gənə insanı dişləməklə virusa yoluxdurur. Həmçinin xəstə insandan yoluxma da qan və ifrazat vasitəsilə mümkün olur. Buna görə də gigiyenik qaydalara riayət etmək mütləqdir. Əlləri tez-tez yumaq, xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır. İyul xəstəliyin gərgin dövrü olur.

Xəstəliyin ilkin əlamətləri nədir?

Xəstəlik 14 gün çəkir, ilk mərhələdə yüksək hərarət müşahidə edilir. Bununla yanaşı, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, ishal, sarılıq əlamətləri, qaraciyərin böyüməsi də ola bilər. Xəstəliyin sonrakı dövründə ağız boşluğunda, boğazda, dəridə, mədədə qansızmalar əmələ gəlir. İmmun sistemi zəif olanlarda xəstəlik ağırlaşmaya və ölümə səbəb olur. Ümumilikdə isə, yoluxmaların 30 faizi ölümlə nəticələnir. Nəzərə almaq lazımdır ki, xəstəlik bütün bədənə təsir edən virus xəstəliyidir. Krım Konqo gənə dişləməsindən 3-7 gün sonra ortaya çıxır. Verilən məlumatlarda xəstəliyə yoluxanların 5-15 faizinin nisbətən ağır keçirdiyi göstərilir.

Xəstəlikdən qorunma yolları

Xəstəliyi yayan gənələrdən qorunmaq lazımdır. İlk növbədə təbiət qoynunda dincələnlər dəri üçün qoruyuculardan istifadə edə bilərlər. Bundan başqa, geyim seçərkən bədənin qorunması nəzərə alınmalıdır. Gənə dişləməsi zamanı gənəni çıxarmaq və dərhal həkimə müraciət etmək lazımdır. Özbaşına müalicə və ya tədbirlər görülməsi yanlış nəticələrə səbəb ola bilər. Şübhəli əlamətlər və gənə dişləyənlər həkimə müraciət etməlidirlər.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ