Keçid balı müəmması: Universitetlərə kimlər qəbul olacaq?
Sosial
Oxunub: 611
23 iy 2017 | 10:18
Keçid balı müəmması: Universitetlərə kimlər qəbul olacaq?














Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisaslar üzrə keçid balının 150 bala endirilməsi gündəmin əsas mövzusuna çevrilib

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub. Ekspertlər hesab edir ki, keçid balının 150-dən az olmamaqla müəyyənləşməsi gələcəkdə savadsız kadrların yetişməsinə xidmət edəcək. Eyni zamanda təhsil sistemində məsuliyyətliliyi və tədris keyfiyyətini azaldacaq.

Təhsil ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 26 ildir ölkədə hər şeyin səviyyəsi qalxır, hətta futbolumuzun reytinqi belə bir çox inkişaf etmiş ölkələri geridə qoyur, amma qəbul imtahanlarında keçid balı qalxmır ki, qalxmır:

“1992-ci ildə də 150 bal ali məktəblərə qəbul olmaq, tələbə adını qazanmaq mümkün idi, 2017-ci ildə də... 26 ildə bu sahədə heç bir irəliləyiş, artım yoxdur. Gözlənilirdi ki, bu abituriyentlərin nəticələrində artımlar müşahidə olunacaq. Lakin məlum oldu ki, bu heç də belə deyil. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar əvvəlki illərdə olduğu kimi aşağı səviyyədədir. Yəni yenə də qəbul imtahanlarında iştirak etmək hüququ qazanmış şəxslərin 52 faizi keçid balını toplaya bilmədi. Buna görə də, Dövlət İmtahan Mərkəzi ali məktəblərin plan yerləri boş qalmasın deyə, əvvəlcədən müəyyən olunmuş 200 ballıq keçid balını bütün ixtisas qrupu üzrə müəyyən ixtisarlar da 150 bala endirdi. Bu ilk növbədə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarının qarşısını almaq və Azərbaycan universitetlərində boş plan yerlərinin qalmaması məqsədi daşıyır. Halbuki, DİM rəhbərliyi israrla deyirdi ki, bu il qəbul imtahanlarında keçid balı əvvəl elan olunduğu səvviyyədə, yəni 200 balda qalacaq. Amma elə ilk imtahandan sonra məlum oldu ki, müəyyən olunmuş keçid balı şərtləri saxlanılsa, 12 minə qədər ali məktəbin plan yeri boş qalacaq. Bu da əlbəttə ki, ali məktəblərin fəaliyyətini ciddi şəkildə təhlükə altına alır. Bütün bunların baş verməməsi üçün DİM keçid balını 150-yə saldı. Amma nəzərə alsaq ki, maksimum bal 700-dür və 150 bal toplayan 5 ballıq qiymətləndirmə şkalasında 1 qiymət alır, gələcəkdə əmək bazarına hansı kompitensiyalara malik şəxsləri qəbul etdiyimiz müəmmalıdır”.

Ekspert əlavə edib ki, keçid balının aşağı salınması savadsız kadrlar yetişməsinə gətirib çıxaracaq: “Əslində kadrları universitet yetişdirir. Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz. Yəni xammal bir şey olmaldır. Amma heç nə bilməyəndən nəsə düzəltmək olmur. Universitetlərimiz də ki, göz önündədi. 26 ildir, ancaq adları var. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirilmir”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO