Nəvəsinin müalicəsi üçün dilənən şəhid anasının acı taleyi - Fotolar
Sosial
Oxunub: 618
3 avq 2017 | 17:04
Nəvəsinin müalicəsi üçün dilənən şəhid anasının acı taleyi - Fotolar















Bir neçə gün əvvəl yanından keçəndə tələsdiyimdən sadəcə ona sədəqə verib keçmişdim

Bu günsə günəşin yerə od ələdiyi günortanın vədəsində asfalt üzərində oturmuş bu qocanı söhbətə tutmaqdan vaz keçə bilmədim.

"20 Yanvar"dan Qələbə meydanına doğru uzanan magistral yolun kənarında, hasara söykənib oturmuş ağbirçəyin dərdi başından aşır. İnsan ürəyində nə qədər əzablar gəzdirərmiş? "Kimsən, hardan gəlmisən, ay nənə?" - deyə soruşanda bir anlıq gözləri alacalandı. Deyəsən, indiyə qədər yanından ötüb-keçən adamlar ona bu sualı verməmişdi. Diksinən kimi oldu, sanki kiminsə onu bu zülmlərdən xilas edəcəyinə ümidi artdı. Suallarıma göz yaşı içərisində cavab verdi söhbət boyu.

“Balam Tərtərin Marquşevan kəndində şəhid oldu”-deyəndə düzü, qulaqlarıma inanmadım. Təkrar soruşdum. Təsdiqləmək üçün əlini atıb çantasından sənədlərini çıxartdı. Biri şəxsiyyət vəsiqəsi, digəri şəhid ailəsi üzvünün vəsiqəsi... Sifət cizgilərinə, əllərinin, qırışına, qabarına baxanda azı 90 yaş vermək olar. Amma demə, yanılmışam.

İlyasova Sultan Bəylər qızı 1938-ci ildə Kəlbəcərin Zar kəndində anadan olub. Atası əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.

“Allah ermənilərin bəlasını versin, o vaxt lənətə gəlmiş ermənilər kəndimizə təpilib, ara qarışanda atamgil Şərurdan didərgin düşüblər və Kəlbəcərə köçüblər. Anamsa Qazaxdan Mirmehdi ağanın qızıdır” - deyir. Şəhid olan ciyərparalarından da göz yaşı içində danışır: “Aslan, Asim, Akif, Mehdi, Arif Xankişi oğlu... 40 günə 5 oğul itirdik... Balamı bomba göyə uçurtdu, heç meyiti tapılmadı. İndiyə qədər gözləyirəm ki, qayıdacaq”-deyib hönkürür.

Ətrafdan keçənlərin də diqqəti bizə yönəlir. Ağbirçəyi birtəhər sakitləşdirməyə çalışıram.

Davam edir: “Qızım qardaşımın dağına dözmədi, öldü. İki balası qaldı. Nəvəmin də başında qəlpə yarası var. Şəhid balamın Asimin balası Elşad 26 yaşındadır. Qaraciyəri yaman gündədir. Burada dilənirəm ki, bəlkə balamın dərmanlarını almağa köməyim dəydi”.

Kəlbəcərin işğalından sonra isə özü Bərdədə, hərbi şəhərciyə yaxın ərazidə yaşadığını deyir. Ardınca bildirir ki, nəvəsinin vəziyyəti ağır olduğundan Hikmət müəllim həkimlərə müraciət edib və onu dərhal xəstəxanaya qaldırıblar: “Mənə general Hikmət Həsənov çox böyük kömək olub. Allah da ona kömək eləsin, içi sən qarışıq!”

Günəş şüası altında dayanmağın mümkünsüz olduğunu görüb nənəni kölgəlik bir yerə aparmaq istəyirəm, ancaq razılaşmır: “Bax, əllərimi də gün yandırıb. Amma nə edim? Əlacım yoxdur. Deyirəm bəlkə nəvəmin müalicəsi üçün mən də beş-on manat yığa bildim. Amma daha dözə bilmirəm, özümün ağciyərimdə yara var”.

Söhbət boyu dəfələrlə nəfəsinin daralması, öskürəkdən boğulması da dediklərini təsdiqləyir...

-Nənə, nə vaxtdan burdasan?

-8 gündür.

-Şəhid anası olduğunuz üçün təqaüd alırsan?

-100-cə manat. Onu da ailəsi alır.

- Burada camaat sizə gündə nə qədər kömək edir?

-30-40 manat.

-Bəs, gecələr harada qalırsan?

-Hər gecə birinin evində.

- İstəyirəm sizin vəziyyətinizlə bağlı əlaqədar təşkilatları, imkanlı adamları xəbərdar edim. Nə sözünüz, müraciətiniz varsa, buyurun! Kimdən kömək istəyirsiniz?

- Kim kömək edə bilərsə...

Ayrılarkən yenə dua edir: “Qurbanın olum, bala, yaz, bəlkə mənim dərdimə yanan tapıla. Başına dönüm...”

Şəhid anasının belə ağır durumda olması ikiqat faciəvi haldır. Amma istənilən halda, bir anaya, onun xəstə övladına sahib çıxmaq çox böyük savab iş olardı. Adı Sultan olan nənə bu gün acınacaqlı tale yaşayır çox təəssüf ki...

Mövzunu diqqətdə saxlayacağıq və bu ailənin taleyi ilə bağlı müvafiq qurumların mövqeyini öyrənməyə çalışacağıq. (musavat.com)
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?