Qaçqın pulları ilə alınan "Gelandewagen"in yasa boğduğu ailələr
Sosial
Oxunub: 637
5 avq 2017 | 11:56
Qaçqın pulları ilə alınan "Gelandewagen"in yasa boğduğu ailələr














“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə

Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!”

Ölkə başçısı İlham Əliyev məmur və onların övladlarına bu çıxışla sərt şəkildə xəbərdarlıq edərkən 2013-cü il idi. Onda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cəmi 18 yaşı var idi. Dünən isə məhz Nailə məxsus olan “Gelandewagen”in Heydər Əliyev prospektində törətdiyi dəhşətli qəza və onun ağır nəticələri bütün ölkə gündəmini zəbt edib.

18 yaşım olanda xəyallarım, gerçək həyatım tamam fərqli idi. Ağdamdan məcburi köçkün olan bəndəniz kirayələrdə bir çox gənc kimi yaşaya-yaşaya gələcəklə bağlı xəyallar qururdu. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, vətənə borcumu ödəyib, daha sonra ixtisasıma görə işə düzələcəkdim, düzəldim də. Amma aylıq 225 manatlıq müəllim maaşıyla “Qaçkınkom” sədrinin nəvəsinin 18 yaşında ikən sürdüyü “BMW X6” markalı maşının təkərini belə ala bilməyəcəyimin fərqində idim.

Düzdü, 19-20 yaşında gənc, dəyəri yüz minlərlə ölçülən maşınlarda gəzə, bahalı həyat tərzi sürə bilər. Amma bunun üçün o, ya müğənni, ya da futbolçu olmalıdır. Nail Allahverdiyevdə də sadaladığım bacarıqlar olmadığından, deməli, ona bu şəraiti yaradan babasının vəzifəsi olub. Hər halda 1995-ci ildə anadan olmuş nəvənin şəxsi biznesinin olması, “Soho” kimi məşhur gecə klubuna yiyələnməsi təsadüfi ola bilməz. Təbii ki, “Qaçkınkom” sədrinin nəvəsi lotereyadan külli miqdarda pul udmayıbsa…

Məsələ burasındadır ki, Əli Həsənov Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875 manat maaş alır. Bu isə ümumilikdə heç 4000 manat etmir. Belə durumda ağlınızdan keçən sualın mən də fərqindəyəm. “Görəsən, bu dəyirmanın suyu haradandır?” deyə, düşünməkdə də haqlısınız. Nə bilmək olar, bəlkə də 19 ildi önəmli vəzifələri daşıyan 69 yaşlı Əli müəllim, yemədən, içmədən yalnız nəvələrinin oliqarx həyatı üçün çalışıb.

Hər halda məcburi köçkünlərin “dondurulmuş” maaşlarının kəsilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat verən Əli müəllim nəvəsinə ölkə başçısının sərt çıxışlarını xatırlatmalı, onu bir baba kimi bu yöndə tərbiyə etməliydi. Amma görünür, “Qaçqınkom” sədri daha öncə övladları və nəvələri haqqında mətbuatda yayılan xoşagəlməz xəbərlərdən nəticə çıxarmayıbmış. Bu da ağsaqqalın saqqalının ağlığının bir işə yaramadığının nəticəsi: 2 ölü, biri də nəvəsi Nail Alahverdiyev olmaqla vəziyyəti ağır olan 3 yaralı!

Bütün bunlara görə, cavab verməlisiz, cənab “Qaşqınkom”! Bu məsələ üzləşdikləri çətinliklərə görə “Qaçkınkom”un binasına üz tutan köçkünlərin süründürülməsi qədər asan deyil. Bu məsələ, sizin istefanızı gərəkdirəcək qədər ciddidir! Bir halda ki, bu məmləkətdə adına evi olduğu iddia edilərək məcburi köçkünün “çörək pulu” kəsilirsə, onda hesabat verin görək, bir nəvənizin niyə iki bahalı maşını var?!…
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək