Əli Həsənov “Gelandavagen” qəzasında ölən şəxsin ailəsinə baş çəkdi
Sosial
Oxunub: 727
11 avq 2017 | 12:53
Əli Həsənov “Gelandavagen” qəzasında ölən şəxsin ailəsinə baş çəkdi














Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkib.

Qəza qurbanının övladları bu səbəbdən də daha mətbuata heç nə danışmaq istəmədiklərini deyiblər…

74 yaşlı Vaqif Əsədov Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin kəsişməsindəki binada yaşayırmış. O, avqustun 3-də Heydər Əliyev prospektində baş verən qəzanın qurbanlarındandır. Həmin gün axşam saatlarında Nail Abdullayevə məxsus “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza nəticəsində onunla yanaşı, daha 1 nəfər həyatını itirib. İki Türkiyə vətəndaşı isə yaralanıb.

Soraqlayıb Vaqif Əsədovun yaşadığı evi tapırıq. Onun mənzilinə, binanın 5-ci mərtəbəsinə qalxırıq. Aşağı mərtəbələrdəki qapılar bir-birinə bənzəyir, imkanlı olduqları hiss olunur. Yalnız sonuncu qapı öz nimdaş görkəmi ilə seçilir. Həmin qapını döyürük, bir qadın açır, jurnalist olduğumuzu deyirik. Dəhlizdə dayanmış ortaboylu, qaraşın, təxminən 35-40 yaşlarında bir kişi “qonaqsınız, keçin içəri, amma biz müsahibə verməyəcəyik”, – deyir.

Oxu.Az xəbər verir ki, bu barədə Meydan TV-yə mərhumun ailəsi danışıb. İçəri, təmirsiz, darısqal otağa daxil oluruq. Stolun üzərinə halva, xurma düzülüb. Çay gətirirlər. Bir gün əvvəl olke.az saytına atası barədə danışan Ramiz Əsədov yorulduğunu, danışmaq istəmədiyini deyir:

“Jurnalist gəlmişdi, danışdım. Ondan sonra telefonum susmur, jurnalistlər müsahibə üçün zəng edirlər, siz də gəlmisiniz. Heç bilmirəm ünvanımızı haradan alırsınız. Yorulmuşam, bizim tələbimizə əməl olundu, danışmaq istəmirik”.

Bizi qarşılayan kişinin Vaqif Əsədovun böyük oğlu olduğunu öyrənirik. Qapını açan isə qızıdır. Heç biri adını açıqlamır. Öyrənirik ki, Ramiz Əsədovun müsahibəsindən sonra baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ailəyə baş çəkib.

“Gəlmisiniz, qonaq kimi bir stəkan çay içib, gedin. Bizə lazım olanda jurnalist tapacağıq. İndi danışmaq istəmirik. Qardaşım da məndən icazəsiz danışıb. Hadisədir, olubdur, indi mətbuat yazıq uşağın (Nail Abdullayev nəzərdə tutulur – red) üstünə düşüb, onu vurmaq istəyir. Şou yaradırlar”, – böyük qardaş əsəbi şəkildə deyinir.

Bu zaman bacısı da ona dəstək verir: “Əli Həsənov gəldi, nə suallarımız vardı, verdik, cavab da aldıq. 70 yaşı var. O boyda kişi əziyyət çəkib 5 mərtəbəni qalxdı, evimizə gəldi. Özünüz də gördünüz necə çətindir bu pilləkənləri qalxmaq. Əli Həsənov “əlimlə nəvəmi aparıb polisə təslim etdim”, – dedi. Günahkar axı təkcə Nail deyil. Bunların İntellektual İdarəetmə Sistemi var, bu kameralar yolboyu onu görmürdü? Onu niyə yolda saxlamırdılar?”

Otaqda var-gəl edən böyük qardaş danışmasına imkan vermir, bacısına “əsəbiləşirəm, çox danışma”, – deyir.

Bacısı isə onu sakitləşdirməyə çalışır, sonra yenidən söhbətə davam edir: “Hadisə ilə bağlı cinayət işi başlayıb. Günahkarlar cəzasını alacaq. Biz nə vaxt istəsək, onda da jurnalistləri özümüz tapacağıq”.

Qapıya qədər ötürürlər, mərhumun böyük oğlu yenə təkrar edir: “İndi bizə jurnalist lazım deyil. Lazım olanda özümüz əlaqə saxlayacağıq…”
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO