Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olundu və İSTEFA
Sosial
Oxunub: 17 683
19 avq 2017 | 15:50
Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olundu və İSTEFA















Əli Həsənovun istefası tələb olunur – Müraciət

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.
Ağdam rayonunun bir qrup sakini tərəfindən Reyting.az saytına göndərilən müraciətdə qeyd edilir ki, Komitə sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobili ilə törətdiyi dəhşətli qəza hökumət rəhbərlərindən birinin ailə üzvünün Prezident İlham Əliyevin hələ dörd il bundan öncə məmurlara etdiyi xəbərdarlığa sayğısızlıqdır.
Müraciət müəllifləri xatırladırlar ki, dövlət başçısı dörd il öncə, Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də çıxaracağam. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”,- xəbərdarlığını etmişdi.
Müraciət müəllifləri hesab edir ki, əgər prezidentin dörd il əvvəl etdiyi xəbərdarlığa Ə.Həsənovun nəvəsi tərəfindən sayğısızlıq edilməsəydi iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası da baş verməzdi. Buna görə də, müraciət müəllifləri, prezidentin xəbərdarlığının əksinə gedib, belə ağır faciəyə səbəb olan şəxsin ailə böyüyü Ə.Həsənovun mötəbər vəzifə tutmasını doğru saymır və onun istefaya göndərilməsini xahiş edirlər.
Müraciət müəllifləri Ə.Həsənovun 1998-ci ilin sentyabrından bu günə kimi rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin araşdırılmasını da təklif edir, bütün məcburi köçkünləri Əli Həsənovun istefası tələbinə qoşulmağa çağırırlar.
Qeyd edək ki, müraciəti Ağdam rayon sakinləri Yavər Misir oğlu Nəsirov, Möhübbət Süleyman oğlu Süleymanov, Misir Şura oğlu Quliyev və digər şəxslər imzalayıblar.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO