Məleykə Abbaszadə: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"
Sosial
Oxunub: 470
24 avq 2017 | 11:10
Məleykə Abbaszadə: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"













"Dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hamısı qeydiyyatdan keçib. Hazırda universitetlərə qəbul olan 36 568 nəfərdən 31 764 nəfəri qeydiyyatdan keçib".

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio"ya müsahibəsində deyib.

DİM sədri bəzi abituriyentlərin xaricdə təhsil alması ilə bağlı məsələyə də toxunub: "Belə formada asan ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da hardasa "əldəqayırma diplom" əldə etmək sevdasından irəli gəlir. Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil üçün xaricə göndərən valideyn ilk növbədə keyfiyyətə üstünlük verməlidir. Valideyn bilirsə ki, onun övladı orta məktəbi güc bəla ilə bitirib bizim təşkil etdiyimiz imtahanlarda nəticə göstərə bilmir və oxumağa meyilli deyil, ancaq onun dünya görüşünün artması üçün xaricə göndərirsə, bu, onun öz seçimidir".

O qeyd edib ki, bu il 200 baldan yuxarı nəticə göstərib heç bir yerə qəbul olmayan 1739 nəfər var: "Onlardan 624-ü, ümumiyyətlə, müsabiqədə iştirak etmək üçün ərizə verməyib. Xaricə gedib o qədər maliyyə vəsaiti verənə qədər ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində təhsil almaq olar. Bu il 6000-ə yaxın yer belə təhsil ocaqlarında boş qalıb".

M.Abbaszadə vurğulayıb ki, dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsabiqənin sertifikasiya ilə əlaqədar olan ilk imtahanların oktyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur: “İmtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumları vakant yerlər barədə məlumatı təqdim etməlidirlər. Bu ayın sonuna kimi müxtəlif dövlət qurumlarından bu məlumatlar DİM-ə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl onlayn sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi