Sürücünün döyülüb pulunun alınmasına DYP-dən reaksiya
Sosial
Oxunub: 470
25 avq 2017 | 10:04
Sürücünün döyülüb pulunun alınmasına DYP-dən reaksiya













Bakı şəhər sakini Mustafa Namazovun mediaya verdiyi açıqlama polisin ictimai nüfuzunu bilərəkdən ləkələməyə yönəlmiş böhtan və iftiradır və bu iftiraya görə lazım tədbirlərin görülməsi üçün artıq hərəkətə keçmişik.

"Qaynarinfo" xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, mediaya müraciət edərək, polisin nüfuzuna zərbə vurmağa çalışan M.Namazov hadisəni tamamilə təhrif edib:

“Məsələ burasındadır ki, maşını, deyildiyi kimi, Mustafa Namazov deyil, onun atası Məhəmməd Mustafa oğlu Namazov idarə edib. Hadisə belə olub: 4 iyun 2017-ci il tarixdə Mersedes-190 markalı 99 KV 892 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakıxanov qəsəbəsindən hərəkət edən zaman yol patrul xidmətinin əməkdaşlarını görərək maşını saxlayıb və istiqamətini dəyişərək arxaya doğru hərəkət etməyə başlayıb. Sürücünün bu şübhəli manevrini müşahidə edən yol polisi əməkdaşları isə dərhal maşının saxlanılması üçün tədbirlər görüblər. Polis özünü təqdim edib sənədləri yoxlamaq istəyərkən isə sürücüdən kəskin alkoqol qoxusunun gəldiyini müşahidə edib. Buna görə də maşının cərimə meydançasına aparılması və sürücünün alkoqol müayinəsindən keçməsi üçün tibb məntəqəsinə getməsini tələb edib”.

V.Əsədovun sözlərinə görə, bu zaman sürücü Məhəmməd Namazov oğluna məlumat verib və olay yerinə yaxınlaşan Mustafa Namazov və onun dostları sükan arxasına keçərək, saxlanılan maşını qaçırmaq istəyiblər:

“Onların bu qanunsuz hərəkətinə müdaxilə edən polis əməkdaşları M.Namazovun qarşısını alıb və olay yerinə əlavə polis qüvvələri çağırıblar. Əlavə qüvvələrin gəlməsindən sonra Məhəmməd və Mustafa Namazovlar polisin qanuni tələbinə tabe olmaq məcburiyyətində qalıb və maşın cərimə meydançasına aparılıb, bu barədə Məhəmməd və Mustafa Namazovların iştirakı ilə akt tərtib edilib, daha sonra Məhəmməd Namazov tibbi müayinədən keçib, onun orta dərəcəli sərxoş olduğu üzə çıxıb və tibbi müayinə protokolu tərtib edilib, bununla əlaqədar ona inzibati protokol yazılıb”

V.Əsədov qeyd edib ki, protokoldan və sənədləşmədən narazı qalan ata və oğul əvəz çıxma, öz düşüncələrinə görə sözügedən polis əməkdaşlarını ləkələmək niyyəti ilə Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət ediblər. Bu şikayətdə onlar bildiriblər ki, guya avtomobildən pulları və telefonları itib:

“Ərizə əsasında DİN-in nəzarəti altında araşdırma aparılıb və hadisə baş verən zaman polis maşınının və yol polisi əməkdaşının üzərində olan kameraların qeydə aldığı video-audio qeydlər çıxarılaraq incələnib. Məlum olub ki, protokol tərtib edən polis əməkdaşları heç bir qanun pozuntusuna yol verməyiblər və qanunvericiliyə uyğun addımlar atıblar. Bu barədə şikayətçilərə məlumat verilib və polis əməkdaşlarının qanunauyğun fəaliyyətini əks etdirən video-yazılar qarşı tərəfin diqqətinə çatdırılıb”.

V.Əsədov daha bir məqamın da üstünü açıb. Bildirib ki, M.Namazovu saxlayan və içkili olduğu üçün onun barəsində tədbir görən polis əməkdaşı sürücü və onun oğlunun tanışı olub:

“Video-yazılardan da görünür ki, Mustafa Namazov dəfələrlə polisə müraciət edərək, atasının və özünün onunla dost olduğunu bildirir və onları buraxmasını xahiş edir. Lakin polis əməkdaşı içkili sürücülərə qarşı dövlətin və DİN rəhbərliyinin barışmaz mövqeyini bildirərək, böyük və insan həyatı bahasına başa gələn qəzaların bu səbəbdən doğduğunu xatırladır və sərxoş sürücüyə heç bir güzəşt etməyəcəyini bildirir. Məhz bundan sonra ata-oğul yol polisi əməkdaşını cəzalandıracaqları ilə dəfələrlə hədələyirlər və görünür, şikayətlərində, mediaya yalan məlumatlarında da məqsəd budur”.

V.Əsədovun sözlərinə görə, DİN-in araşdırmasından narazı qalan şikayətçilər daha sonra rayon prokurorluğuna ərizə ilə müraciət ediblər:

“Sabunçu rayon Prokurorluğunda da araşdırılma aparılıb və polis əməkdaşları bütün sənədləri, o cümlədən audio və video qeydləri prokurorluğa təqdim ediblər. Video-qeydlərə baxış keçirildikdən və sənədlərlə tanış olduqdan sonra Sabunçu Prokurorluğu araşdırmanın nəticəsi barədə şikayətçilərə məlumat verərək, prosesi yekunlaşdırıb. Ancaq M.Namazov qəsdən yalan danışaraq, guya etdiyi müraciətlərə indiyə qədər heç bir cavab verilmədiyini iddia etməklə növbəti dəfə hüquq-mühafizə orqanlarının ictimai nüfuzuna zərbə vurmağa çalışıb”.

V.Əsədov Mustafa Namazovun polisin işgüzar nüfuzuna zərbə vurmağa, onun ictimai dəyərini aşağı salmağa çalışan və bunun üçün şər, böhtanlarını ictimailəşdirən faktların artıq toplandığını da vurğulayıb:

“Sözügedən polis əməkdaşları böhtan və şər xarakterli informasiya yaydığına, polisin ictimai nüfuzunu ləkələməyə cəhd etdiyinə görə M.Namazov barəsində müfaviq addımların atılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə müraciət etməyə hazırlaşırlar. Bildiririk ki, hər kəs polis əməkdaşının fəaliyyəti ilə bağlı böhtan və gözdəlsalma kampaniyası apararsa, təbii ki, adekvat cavabını alacaqdır”.

Qeyd edək ki, Teleqraf.com-un redaksiyasına müraciət edən Bakı şəhər sakini Mustafa Namazov bu il iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz körpünün yaxınlığında idarə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili 348 və 494 nömrəli Dövlət Yol Polisinə məxsus maşında olan 3 əməkdaş tərəfindən saxlanıldığını bildirib.

Şikayətçinin sözlərinə görə, yol polisi əməkdaşları ona sərxoş vəziyyətdə avtomobili idarə etdiyini deyiblər: “Bildirdim ki, sərxoş deyiləm, istədiyiniz yerə gedərək müayinədən keçə bilərəm. Ancaq onlar məni döyərək avtomobilimi əlimdən almaq istədilər. Sonra yanımda oturaraq avtomobilimi “Xəmsə” şadlıq sarayının yanındakı cərimə meydançasına apardılar”.

Şikayətçi bildirib ki, cərimə meydançasının yaxınlığında yol polisi əməkdaşları onu döyüb, avtomobilini əlindən alıblar: “Onlara bildirdim ki, maşında 1150 manatım və “Samsunq” markalı bahalı telefonum qalıb, icazə verin, pulumu və telefonumu götürüm. Amma onlar maşından pulumu və telefonumu götürməyimə imkan vermədilər.

Avtomobili cərimə meydançasına apardılar. Maşının cərimə meydançasında saxlanılması barədə heç bir akt tərtib edilmədi. Sonradan avtomobilimi cərimə meydançasından götürdüm. Amma nə pulum, nə də telefonum geri qaytarıldı”.

Mustafa Namazov qeyd edib ki, həmin gün Yasamal rayonunda sərxoşluq müayinəsindən keçib:

“Müayinə zamanı sərxoş olmadığım müəyyən edildi. Həmin gün ağrılarımla əlaqədar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdim, sonra baş verənlərlə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə şikayət ərizəsi verdim. Bu günə kimi heç bir tədbir görülməyib. Yol polisinin 3 əməkdaşı məni döyərək quldurluq cinayəti törədiblər”.

Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı Baş prokuror Zakir Qaralov, Daxili İşlər naziri Ramil Usubov, Sabunçu rayon prokuroru Ceyhun Şirinova müraciət edib:

“Müraciətimdə mənə qarşı quldurluq törədən yol polisinin əməkdaşları barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə cinayət işi açılaraq, istintaqın aparılması barədə müvafiq göstəriş verilməsini xahiş etdim. Şikayətimdən sonra Sabunçu rayon Prokurorluğunda araşdırma başlandı, prokurorluğa çağırıldım. Müstəntiq izahatımı və ifadəmi aldı. Bundan 2 ay müddət keçməsinə baxmayaraq, nəticə yoxdur”.

Zərərçəkmiş Mustafa Namazovun vəkili Cəfər Cəfərli bildirib ki, yol polisinin əməkdaşları tərəfindən müvəkkilinə qarşı quldurluq hərəkətləri olub:

“Mustafa Namazovun əlindən maşınını alıblar. Maşının içərisində bahalı telefon, bir də 1150 manat pul olub. Həmin telefonu və pulu yol polisinin əməkdaşları götürüblər, götürülmə haqqında protokol tərtib etməyiblər. Bu günə qədər pul və telefon qaytarılmayıb”.

Cəfər Cəfərli qeyd edib ki, baş verən hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma başlanıb:

“Quldurluq cinayətləri ilə bağlı təhqiqat araşdırmasının müddəti yoxdur. Həmin iş Sabunçu rayon Prokurorluğunda material şəkilindədir. Araşdırma aparılır, nəticə ilə bağlı məlumat verəcəklər. Cinayət tərkibi olsa, cinayət işi açacaqlar, yoxdursa, şikayətimizi rədd edəcəklər. Biz hesab edirik ki, burada cinayət tərkibi var. Əgər cinayət işinin başlanması rədd edilsə, biz həmin qərardan şikayət verəcəyik”.

Vəkil bildirib ki, zərərçəkmiş Mustafa Namazovdan ifadə alınıb: “Yol polisinin əməkdaşlarından da ifadə alınacaq, sonra məsələyə qiymət veriləcək. Məsələ prokurorluqda yubanır, bundan bir müdafiəçi kimi narahatam. Güman edirəm ki, yol polisinin əməkdaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Sabunçu rayon Prokurorluğundan baş verən olaya münasibət bildirmək istəmədilər. Bildirildi ki, prokurorluqda fakt üzrə material var, araşdırma aparılır.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?