25-08-2017, 10:15 Oxunub: 217

Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər

Borc pulla qurban kəsmək olarmı? - İlahiyyatçının cavabı və vacib şərtlər













Bayram yaxınlaşdıqca qurbanlıq heyvanların alınması ilə bağlı bir sıra məsələlər meydana çıxır.

Qurbanlıq heyvan hansı pulla alınmalıdır və əməl olunması vacib olan qaydalar hansılardır?

Milli.az bildirir ki, ilahiyyatçı Mirhəmid Məmmədov deyir ki, qurbanlıq alınarkən ən vacib şərt ona verilən pulun halal qazanc olmasıdır. Borca pul götürüb, qurbanlıq heyvan almağın da öz şərtləri var.

Bəzi insanlar isə qurbanlıq heyvan almaq ucun hansısa məqsədlə banklardan götürdükləri kredit pulundan müəyyən məbləğ ayırır və yaxud da bu məqsədlə kredit kartlarından pul çəkirlər.

Mirhəmid Məmmədov deyir ki, əgər bu kreditlər faizlidirsə, yəni bir şəxs gələcəkdə götürdüyü puldan artığını ödəməli olacaqsa, bu, haram sayılır və belə pulla qurbanlıq heyvan almaq olmaz. Həmçinin tək heyvan almağa imkanı olmayanlar 7 nəfərlə pulu bir yerə qoyaraq qurbanlıq heyvan ala bilərlər. Bu halda alınan heyvan mütləq iribuynuzlu olmalıdır.

İstənilən halda əgər imkan varsa, bayramda qurban kəsilməsi və ətin kasıblara təmənnasız paylanılması yaxşı haldır. Lakin bunu hər bir müsəlman İslam dininin buyurduğu şərtlərə uyğun yerinə yetirməlidir.
Siqaretin tərkibinə heyvan sidiyi qatılır - Video Siqaretin tərkibinə heyvan sidiyi qatılır - Video Sosial Qurbanlıq qoyunlar neçəyə satılır? – VİDEO Qurbanlıq qoyunlar neçəyə satılır? – VİDEO Iqtisadiyyat / Video Heydər Əsədovun işçisi qəssablardan pul yığır-VİDEO Heydər Əsədovun işçisi qəssablardan pul yığır-VİDEO Sosial / Video Qurban bayramı ilə bağlı əmr verildi Qurban bayramı ilə bağlı əmr verildi Sosial Mübariz Qurbanlının fikirləri günün lətifəsinə çevrildi Mübariz Qurbanlının fikirləri günün lətifəsinə çevrildi Siyaset