Bakıda köklü dəyişiklik qərarı: hər kəs istədiyi kimi yaşaya biləcək
Sosial
Oxunub: 557
26 avq 2017 | 12:34
Bakıda köklü dəyişiklik qərarı: hər kəs istədiyi kimi yaşaya biləcək














Sensor işıqforları, panduslar və digər xüsusi avadanlıqlar quraşdırılacaq, səkilərin hündürlüyü dəyişdiriləcək

Nəhayət, paytaxt rəhbərliyi əlillərin şəhərdə hərəkəti məsələsini həll etmək niyyətindədir. Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayevin Sputnik Azərbaycan-a dediyinə görə, fiziki cəhətdən qüsurlu insanlar üçün Bakının beş rayonunda sensor işıqforları, panduslar və digər xüsusi avadanlıqlar quraşdırılacaq, səkilərin hündürlüyü dəyişdiriləcək.

BNA bütün bu yenilikləri yaxın zamanlarda gerçəkləşdirməyi düşünür. Ağayevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev agentlik təsisi edildiyi zaman, şəhər nəqliyyat infrastrukturunun qaydaya salınmasını tapşırıb. Bu məqsədlə BNA-nin yol hərəkətinin təşkili şöbəsi paytaxt yollarının əlillərin hərəkəti üçün nə dərəcədə yararlı olduğunu aydınlaşdırmaq məqsədilə şəhər yollarının vəziyyətini araşdırıb.

"Nəticədə, əlil arabasında olan şəxslər üçün şəhərdə sərbəst hərəkət etmək çətin olduğu müəyyənləşib. Bunu siz özünüz də görə bilərsiniz" – deyə agentliyin nümayəndəsi bildirib.

Şəhər küçələrində pandusların demək olar ki, olmadığını təsdiqləyən M.Ağayev, eyni zamanda, bunu bir an içində dəyişməyin mümkünsüz olduğunu söyləyib. İlkin mərhələdə yolların yenidənqurulması Bakının beş rayonunu əhatə edəcək. Şəhər prospektlərinin və yollarının gələcəkdə necə olacağını Yasamal rayonunun yenilənmiş "Sovetski" adlanan məhəlləsinin timsalında görmək olar.

Layihəyə əsasən, şəhərdə səkilərin, hündürlüyü və eni eyni olacaq, işıqforların yanındakı piyada zolaqlarının əvəzinə bütün dünyada olduğu kimi, qısa perpendikulyar xətlər çəkiləcək, görmə qabiliyyəti zəif olan piyadalar üçün xüsusi yer yönləndiriciləri və "səsli" işıqforlar quraşdırılacaq. Ən ideal halda, artıq bir neçə ildən sonra əlil insanlar şəhərin bir başından digər başına özləri çata biləcəklər.

Hətta yeraltı keçidlərdə xüsusi qaldırıcı qurğuların quraşdırılması nəzərdə tutulur. Hal-hazırda orada mövcud olan panduslar heç bir standartlara cavab vermir və əlil arabasında şəxslər digər insanların köməyi olmadan onlardan istifadə etmək iqtidarında deyillər. Yeraltı keçidlərin sərt (sıldırım) çıxışını nəinki əlillər, hətta uşaq arabalı qadınlar belə, qət edə bilmirlər.

Əslinə qalsa, əlillərin Bakıda hərəkəti problemi onilliklərlə var. Avropa şəhərlərindən fərqli olaraq, paytaxtımızda fiziki məhdudiyyətləri olan insanlar ömürlərini dörd divar arasında keçirməyə məhkumdurlar. Sərbəst olaraq hərəkət edə bilməyən bir adam, mənzili tərk etdikdən dərhal sonra pilləkən qarşısında çıxılmaz vəziyyətə düşür.

Möcüzə baş verərsə və əlil şəxs dayanacağa çatarsa, onu daha bir sınaq gözləyir – avtobusa necə minməli? Paytaxtda yalnız "BakuBus" avtobusları fiziki imkanları məhdud insanların minməsi üçün yararlıdır. Burada başqa bir problem də var: sürücülər bəzən nəqliyyatı səkilərdən xeyli aralı saxlayırlar və əlillərin avtobusa minməsi mümkün olmur.

Digər şəhər avtobuslarıni isə ümumiyyətlə utilizasiya etmək lazımdır. Bunu BNA-dan də söyləyirlər. Müəssisədə bu cür sınıq-salxaq avtobusların artıq 2018-ci ilə qədər, nəqliyyat vasitələrinin utilizasiya proqramı işə düşdüyü zaman yollardan yığışdırılacağına söz verirlər.

Avtobuslarla olduğu kimi, metronun da əlillər üçün olmadığı hamıya məlumdur. Hələ ötən əsrdə tikilən stansiyalarda lift deyilən şey yoxdur. Amma bu, təkcə həmin stansiyalara aid deyil. Bu, hətta 2000-ci ildən sonra təhvil verilən metro stansiyalarına da aiddir.

Lakin Mais Ağayevin dediklərinə görə, tezliklə Bakı şəhərinin mərkəzi, fiziki məhdudiyyətləri olan insanların sərbəst hərəkəti üçün uyğunlaşdırılacaq, daha sonra isə paytaxtın kənar rayonları da əlillər üçün rahat yollarla təmin ediləcək.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb