"Qaçqınlara ayrılan pullar bu adamın cibində, bank hesablarında, qohumlarındadır" - Bax buna nə deyək?
Sosial
Oxunub: 9 010
27 avq 2017 | 14:13
"Qaçqınlara ayrılan pullar bu adamın cibində, bank hesablarında, qohumlarındadır" - Bax buna nə deyək?












"Qaçqınlara ayrılan pullar bu adamın cibində, bank hesablarında, qohumlarındadır" - Komitə sədrinə ittiham

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat”a açıqlamasında son zamanlar ölkədə məmur övladlarının özbaşınalığından danışıb.

O, əsasən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri ("Qaçqinkom”) Əli Həsənovu hədəf alıb: "Cəmiyyətdə son zamanlar məmur övladları ilə bağlı xoşagəlməz hallar yaşanır. Məsələn, ”Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsinin milyonlarla dollar dəyərində maşın kolleksiyasının olduğunu gördük. Hələ bu, sərvətlərinin çox az bir hissəsidir. Ümumiyyətlə, burada, sadəcə olaraq, məmurun nəvəsinin harınlaşmasından söhbət gedir. Əli Həsənovun özü bir zamanlar Azərbaycan ictimaiyyətinə nəsihət, təlim-tərbiyə verirdi ki, mənim övladlarım belədir, elədir. Axırı gördük nələr çıxdığını. 21 yaşında uşağın 5-6 milyonluq maşın kolleksiyasının olması kiçik məsələ deyil. İndi də vurub 2 nəfəri öldürdü, həbsxanada komfort həyat yaşayır. Burada söhbət baş nazirin müavini Əli Həsənovdan gedir. Əli Həsənov dövlət tərəfindən Azərbaycanın məcburi köçkünlərinə ayrılan pulları mənimsəyib. Bu adamın Sumqayıtda onlarla mənzili var. Bir generalın oğlu hansısa sürücüyə sillə vurdu və dərhal atası vəzifədən kənarlaşdırıldı. O zaman bəs niyə Əli Həsənov vəzifədən getməməlidir? Nə üçün bu adam nəvəsinin sahib olduğu pullara görə hesabat verməməlidir? Bu məsələlər çox ciddidir. Biz yalnız dövlət başçımızı qorumalıyıq. Çünki dövlətin atributu onun başçısıdır. Yoxsa biz daha durub hökumətin üzvlərini qorumamalıyıq. Onların əksəriyyəti korrupsionerdir. Hansını tərpədirsənsə, altlarından milyonlarla dollar, tonlarla qızıl çıxır. Bizim bəzi yoldaşlar dövlətlə hökuməti qarışdırırlar. Baxın, Tağı Əhmədov milyonları yedi, indi də cəzasız ortalıqda gəzir. Eldar Mahmudovla Ziya Məmmədov da onun kimi. Ziya Məmmədov faktiki olaraq milyardları yığdı, indi də aparıb Milli Şuranı maliyyələşdirir. Yaxşı, bunları kənara qoyaq, bəs 70 yaşlı Əli Həsənov niyə vəzifədə qalmalıdır bu qədər hadisədən sonra? İkinci tərəfdən də, bu adam hələ Yeni Azərbaycan Partiyasında da müavin vəzifəsindədir. Heç olmasa, ölkə ictimaiyyətinə hörmət edib, istefa versin. Onun nəvəsini kukla kimi təcridxanada kondisionerli otaqda oturtmağın nə mənası var? Sabah da hansısa adla məhkəmədən azad edəcəklər".


H.Hacıyev hesab edir ki, xalqın arasında Əli Həsənova qarşı çox böyük qəzəb var: "Bu adama xalq arasında nifrət var. Sosial şəbəkələrdə də onunla bağlı müxtəlif fikirlər gəzir ki, bunlar da nəzərə alınmalıdır. Bu adam şəhərciklərdə məcburi köçkün olmayan şəxslərə evlər paylayıb. Sahib olduğu evləri yataqxanalarda yaşayan məcburi köçkünlərə verməlidir. Bu adamın işi ciddi şəkildə yoxlanılmalıdır. Vaxtilə Əli Həsənov mərhum prezident Heydər Əliyevə də xəyanət edib. Onun Azərbaycana gəlməsini istəməyib. İndi nə oldu, belələri vəzifədədir, bu yolda can qoyan bizim kimilər də dilənir. Bunların hamısını nəzərə aldıqda deyə bilərik ki, Əli Həsənov bir gün də olsun vəzifədə qalmamalıdır. Qaçqınlara ayrılan milyardlarla pulun əksəriyyəti bu adamın cibində, bank hesablarında, qohumlarındadır”.

Vilyam Hacıyevin təltif olunması barəsində H. Hacıyev aşağıdakıları söylədi: "Vilyam mənim atamın əmisi oğludur. Onun vətənə hansısa xidmət etməyini görməmişəm. Əgər ölkə başçısı ona orden verilməsini münasib bilibsə, buna qarışmaq bizə düşməz. Görünür, belə məsləhət bilinib. Vilyama ordeni mənim xətrimə veriblər. Yoxsa onun elə bir hörməti yoxdur. Mənim xidmətlərimə görə Vilyam orden alıb”.

H.Hacıyev onu da qeyd edib ki, partiya olaraq ciddi şəkildə prezident seçkilərinə hazırlaşırlar:

"Çox ciddi hazırlaşırıq. Ancaq bir məsələni qeyd edim ki, bizim üçün önəmli olan əsas məsələ dövlətin müstəqilliyi, varlığıdır. Ona görə də seçkilərə tam hazırlığa start vermişik. Müavinlərimiz rayonlara gedir, özüm partiya üzvləri ilə görüşlər keçirirəm. Artıq təbliğat işlərini qurmuşuq. Partiyanın rəhbərliyi yayın qızmar günündə belə insanların içərisində olub, onlarla söhbətlər aparıb. Arzu edərdim ki, rəqiblərim daha güclü olsun və eyni zamanda milliyyət baxımından qarışıqları olmasın”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?