Bu məktəblərdə rus dili intensiv tədris olunacaq - SİYAHI
Sosial
Oxunub: 584
29 avq 2017 | 19:19
Bu məktəblərdə rus dili intensiv tədris olunacaq - SİYAHI













Azərbaycanda 50 ümumi təhsil müəssisəsində həyata keçirilən "Rus dilinin intensiv tədrisi" layihəsi davam etdiriləcək.

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, yeni tədris ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Sənəddə qeyd olunub ki, rus dili intensiv tədris edilən siniflərin 2017-2018-ci dərs ilinə aid tədris planı və tədris planına dair "Qeydlər"ə aşağıdakı bəndlər əlavə olunub:

I-IV (birinci-dördüncü) siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saatlar dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.
V-VII (beşinci-yeddinci) siniflərdə ikinci xarici dilə və dərsdənkənar məşğələlərə ayrılan 1 (bir) saat, VIII-IX (səkkizinci-doqquzuncu) siniflərdə ikinci xarici dilə ayrılan 1 (bir) saat və dərsdənkənar məşğələlərə ayrılan 2 (iki) saat dərs cədvəlinə daxil edilməklə rus dilinin intensiv tədrisinə verilib.
"Rus dilinin intensiv tədrisi" layihəsi həyata keçirilən I-IX (birinci-doqquzuncu) siniflərdə rus dili fənninin tədrisinin səmərəli təşkili məqsədilə sinifdə şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa, həmin fənnin tədrisində siniflər iki qrupa bölünür (dərsdənkənar məşğələlərdən verilən saatlar istisna olmaqla).

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

///report
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi