"Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR
Sosial
Oxunub: 834
30 avq 2017 | 11:37
"Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR















Etiraz edəndə deyirblər ki, "gedin kimə istəyisiniz şikayət edin”

Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36a ünvanının sakinləri binalarında yaranan təhlükəli vəziyyətdən və yollarının bağlamasından şikayət ediblər. Avtosfer.az-a ünvanlanan məktubda sakinlər bildirir ki, yaşadıqları binanın yanında köhnə tikililər sökülüb və yerində təzə bina tikilir. Binanın özülü isə elə qazılıb ki, sakinlərin yaşadığı binaya təhlükə yaranıb. Həmçinin insanların evlərinə getmək üçün istifadə etdikləri yol bina tikən şirkət tərəfindən bağlanıb.
"Yolumuzu bağlayıblar. Sökdükləri həyət evləri ilə bizim binanın arasında 10 metrlik yol var idi. İndi bu yolu da zəbt ediblər. Demək olar ki, binanın həyəti tamamilə tutulub. Evimizə getmək üçün uzun məsafə qət etməliyik. Bütün günü və gecə səsdən yatmaq olmur. Ətrafı toz-torpaq bürüyüb. Uşaqlar üçün təhlükəli vəziyyət yaranıb. Sakinlər etiraz edəndə də binanı tikən "Baku City" MTK və "Şans" MTK rəhbərliyi bizə deyir ki, "gedin kimə istəyisiniz şikayət edin.”
Sakinlər qeyd edir ki, tikinti standartlara uyğun aparılmır və özül onların yaşadığı binanın lap yanında qazılıb. "Sabah bizim bina uçsa, burda yaşayan yüzlərlə sakinin həyatı təhlükə altında qalar. Buna kim cavab verəcək.”
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın standartlara uyğun tikilmədiyini və layihəyə yenidən baxılmalı olduğunu təsdiq edən məktubla Nərimanov rayon icra hakimiyyətinə müraciət edib.
Sakinlər Avtosfer.az-a ərazidən çəkilmiş fotolar və yuxarıda qeyd edilən məktubun sürətini göndəriblər.
"Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR
"Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR
"Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE