Köçkün deyil, qaçqın deyil... amma "Qaçqınkom"dan narazıdır - "Elə olub ki, kirayə pulunu dostlardan almışıq"
Sosial
Oxunub: 724
8 sen 2017 | 15:20
Köçkün deyil, qaçqın deyil... amma "Qaçqınkom"dan narazıdır - "Elə olub ki, kirayə pulunu dostlardan almışıq"














23 ildir ki, öz qanuni mənzilinə köçə bilməyən 68 yaşlı Rafiq Ağakişiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şikayətçidir.

Bu barədə saytımıza müraciət edən R. Ağakişiyev qeyd edib ki, 1994-cü ildə 20 il mənzil növbəsində dayanandan sonra Bakı şəhəri Bakıxanov qəsəbəsi, S. Vurğun küç. ev 40/41 ünvanında mənzillə təmin olunub: "Amma evim olmasına baxmayaraq, 23 ildir ki, kirayədə qalıram. Çünki məcburi köçkünlər evimizi zəbt edib. Əlimizdə evin bizə aid olduğu sübut edən bütün sənədlər, hətta məhkəmə qərarı olduğu halda icraçılar buna əməl etmirlər. Dəfələrlə Qaçqınkomun sədri Əli Həsənovun qəbulunda olmuşuq. Deyiblər ki, qaçqınlar tezliklə mənzillə təmin olunacaq, siz də evinizə köçəcəksiniz. Amma bu vədə əməl edən yoxdur. Bu illər ərzində gözümün birini itirmişəm. Mübarizə aparmaqdan səhhətimdə ciddi problemlər yaranıb. İki yeniyetmə övladım da dünyasını dəyişib. 1 qızım qalıb. İstəyirik ki, heç olmasa o ömrünü bizim kimi kirayələrdə keçirməsin. Yoldaşım da artıq psixi problemlər yaşayır. İkimiz də pensiyaçıyıq. Elə olub ki, kirayə pulunu dostlardan almışıq. Ömrümüzün qalan hissəsini öz evimizdə yaşayıb orda ölmək istəyirik”.

Şikayətçi qeyd edib ki, onları qaçqınlarla qarşıdurmaya çəkmək istəyirlər: "Deyirlər ki, gedin öz evinizə, onları çıxardın. Belə problemi olan 20 ailəyik. Mübarizədən bezmişik. Əgər məsələ həll olunmasa, hər həftənin bazar günü piket keçirəcəyik”.
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb