Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq - XƏBƏRDARLIQ
Sosial
Oxunub: 662
11 sen 2017 | 13:29
Bu sürücülərə yol polisi saxlamadan cərimə yazılacaq - XƏBƏRDARLIQ













İki ay əvvəl icbari sığortası olmayan nəqliyyat vasitələrinin sürücülərinə elektron protokol tətbiq edilməsinə başlanmışdı. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaracaq elektron prtokolla cəzalandırılır.

Artıq bir neçə sürücüyə bu tip elektron protokollar və ya protokol barədə SMS vasitəsilə bildirişlər gəlməyə başlayıb. Müraciət edən Kənan adlı sürücü bildirib ki, dünən ona belə bir SMS gəlib. SMS-də sürücünün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbini pozduğu üçün MMX protokol tərtib edildiyi qeyd olunur.

Avtosfer.az-ın bir neçə sürücü arasında keçirdiyi sorğudan da məlum olub ki, həqiqətən də son günlər bu tip SMS-lər göndərilir.

Qeyd edək ki, kəmər taxmayanların elektron protokolla cərimə edilməsi yenilik deyil və qanunsuz sayılmır. Belə ki, ötən ilin martında qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bu məsələ aydın şəkildə əksini tapıb. Həmin maddəni olduğu kimi təqdim edirik:

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilir.

329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə 40 manat məbləğində cərimə edilir.

329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat məbləğində cərimə edilir.

Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.

Bu o deməkdir ki, sürücü təhlükəsizlik kəmərini taxmadan avtomobil idarə edirsə kamera vasitəsilə dayanmadan, yəni ard-arda bir neçə kameranın yanından keçərkən hər dəfə cərimə oluna bilməz. Lakin kamera çəkib elektron prtokol tərtib edilməklə yanaşı sürücünü yolda xidmət aparan inspektor da saxlayıb cərimə yaza bilər.

Odur ki, sükan arxasına əyləşən kimi təhlükəsizlik kəmərini taxmağı unutmayın. Kəməri cərimədən yaxa qurtarmaq üçün yox, özünüzün və sevdiklərinizin təhlükəsizliyini qorumaq üçün taxın...
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ