Bank müştərinin bütov maaşına "əl qoyub" - Özbaşınalıq
Sosial
Oxunub: 657
14 sen 2017 | 13:56
Bank müştərinin bütov maaşına "əl qoyub" - Özbaşınalıq














Mingəçevir sakini halal məvacibini bankdan ala bilmir. Belə ki, Esmira Hidayətova adlı müştəri, 2015-ci ildə "Access Bank"ın Mingəçevir filialından götürdüyü krediti 2017-ci ilin 6-cı ayında ödəyib qurtarıb.
Bu barədə ona tam ödəyib qurtardığını təsdiq edən qəbz də təqdim olunub. Bankın müştərisi olan Esmira xanım, məvacibini də sözügedən bankda olan şəxsi hesabına köçürülmə yolu ilə alır.
Bu günlərdə isə xanım müştəri məvacibini almaq üçün banka üz tutsa da, qəribə məqamla üzləşib. Bankdan ona bildirilib ki, "sizin 67 dollar kredit borcunuz qalıb və bu səbəbdən bank tərəfindən məvacibiniz tam olaraq kredit borcunun ödənilməsinə yönəldilib".

Sputnik Azərbaycan-a danışan Esmira Hidayətova, bankın yalnız öz mənafeyini güddüyünü, öz qanunları ilə caamata meydan oxuduğunu bildirib: "Mənə deyirlər ki, maaşımın hamısı kreditə yönəlib. Evdə isə 6 nəfər mənim maaşıma göz dikir. Xəstə uşaq, kommunal və digər xərclər də bu pulla ödənilməli idi".
"Ötən gün işıq kartında məbləğ olmadığına görə işıqlarımız söndü. Tərslikdən suyumuz da qurtarıb ki, o da kartla ödənilməlidir. Başqa yerdən gəliri olmayan adam necə etsin? İndi oturub bir ayda işıqsız, susuz gözləməliyəm ki, gələn ay maaşım köçsün, mən ehtiyaclarımı ödəyim? Hansı qanunda yazılıb ki, müştərinin bank hesabına köçən məvacib 100% tutulsun?" — o, sual edir.
Bankdan isə müştəriyə, ərizə ilə baş ofisə müraciət etməli olduğunu, müraciət əsasında ola bilsin, məvacibin müəyyən faizinin müştəriyə qaytarıla biləcəyi bildirilib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən hüquqşünas Samir İsayev, məhkəmə qərarı olmadan bankların müştərinin məvacib kartlarından, yaxud hesablarından birbaşa pul tutulmasının qanunsuz olduğunu bildirib.

Borcun tam ödənilməsi barədə mədaxil orderi

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bank müştərinin bütov maaşına "əl qoyub" - Özbaşınalıq
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR