Sabiq bələdiyyə sədri məhşər ayağında - Elman Salmanovun daha bir qanunsuzluğu
Sosial
Oxunub: 479
19 sen 2017 | 13:06
Sabiq bələdiyyə sədri məhşər ayağında - Elman Salmanovun daha bir qanunsuzluğu













Binəqədi rayonunun keçmiş bələdiyyə sədri Elman Salmanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, bələdiyyə sədri kimi fəaliyyət göstərdiyi dönəmlərdə ciddi qanunsuzluqlara imza atan E.Salmanov, hətta digər vəzifə sahiblərinin də səlahiyyətini mənimsəyərək bir çox sənədlərə onların adından imza atıb. E.Salmanovun imzasınıə saxtalaşdırdığı bu cür şəxslərdən biri arxitektur olub: “Bələdiyyə sədri postunda çalışdığı dönəmdə minlərlə şəxsə sənədlər verən E.Salmanov bu sənədlərin bir çoxunun verilməsində ciddi qanun pozuntularına yol verib ki, bunlardan da biri imza saxtakarlığıdır. Belə ki, bələdiyyə balansında olan torpaqlarına şəxsi əmlakı kimi yanaşan və onları özünə sərf etdiyi şəxslərə özünə sərf etdiyi qiymətə satan E.Salmanov, bu alqı-satqını “daha çevik və problemsiz şəkildə” reallaşdırmaq üçün maraqlı üsula əl atıb. Keçmiş bələdiyyə sədri bu alqı-satqıların bir çoxunda bəzi vəzifəli şəxslərin adından imza atıb ki, imzası saxtalaşdırılan şəxslərdən biri də arxitektur olub. Hansı ki, bələdiyyə sədrinin öz yeri ilə yanaşı, həm də arxitekturun əvəzinə sənədlərə qol çəkməsi bir müddətdən sonra meydana çıxıb”.
Bir şikayətin yüzlərlə qanunsuzluğa tutduğu işıq
Mənbənin məlumatına görə, E.Salmanovun alqı-satqı prosesində yol verdiyi qanunsuzluqların hüquq müstəvisinə daşınması sıradan təsir bağışlayan bir olaydan sonra reallaşıb: “E.Salmanovun özbaşınalığından, qanunsuzluğundan təngə gələn vətəndaşlardan biri bələdiyyə sədrinin əməlləri ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. Məhz bu müraciətin araşdırılması E.Salmanovla bağlı yeni-yeni faktların üzə çıxmasına səbəb olub. Məlum olub ki, E.Salmanovun qanunsuz əməllərindən əziyyət çəkən çoxlu sayda vətəndaş mövcuddur ki, onların heç biri pozulan hüquqlarını təmin etməkdə çətinlik çəkir. Bununla bağlı cumhuriyyet.az-ın apardığı araşdırma nəticəsində üzə çıxan gerçəkliklərdən biri də sabiq bələdiyyə sədrinin bəzi vəzifəli şəxslərin əvəzindən də sənədlərə imza atmasıdır. Hansı ki, sabiq bələdiyyə sədrinin vaxtiylə saxtlaşdırdığı imzalardan biri də arxitektura məxsusdur. Belə ki, E.Salmanov arxitekturun xəbəri olmadan onun adından çoxlu sayda sənədə imza atıb ki, bu da əlavə hüquqi məsuliyyət deməkdir”.
Keçmiş bələdiyyə sədrinin özü üçün tikdiyi “torba”
Bilgili qaynağın sözlərinə görə, vaxtiylə törətdiyi əməlləri sabiq bələdiyyə sədri üçün bu gün sözün həqiqi mənasında Çin səddindən də hündür maneəyə çevrilməkdədir: “E.Salmanovun Binəqədi bələdiyyəsinin sədri vəzifəsində çalışdığı dönəmdə yol verdiyi çoxlu sayda qanunsuzluqlar hazırda onun azadlığı üçün ciddi problemə çevrilməkdədir. Keçmiş bələdiyyə sədri ilə bağlı hüquq-mühafizə orqanlarında aparılan araşdırma bu əməllərdən bir çoxunu üzə çıxarıb ki, bu da E.Salmanovun aqibəti ilə bağlı yaxşı heç nə vəd etmir. Mediada sabiq bələdiyyə sədri ilə bağlı yeni informasiyaların meydana çıxması, onun adının sabiq MTN generalı Akif Çovdarovla bağlı məhkəmə prosesində halalnması və s. kimi olaylar E.Salmanovun durumunun kifayət qədər ciddi və mürəkkəb olduğunu göstərir. Bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz əməlləri ilə özünə “torba” tikən E.Salmanov, bu gün öz keçmişi qarşısında məğlub olmaqda, gələcəyini bu keçmişə qurban verməkdədir. Şübhəsiz, E.Salmanovla bağlı hansı qərarın verilməsi onunla bağlı hüquqi müstəvidə aparılan araşdırmaların başa çatmasından sonra məlum olacaq. Lakin “hər kəs öz əkdiyini biçər” məsəlini yada salsaq, indidəndemək olar ki, proseslər sabiq bələdiyyə sədrinin yaxın gələcəyi ilə bağlı optimist olmağa əsas vermir və mümkündür ki ,E.Salmanov bundan sonrakı sabahlarını həbsxana barmaqlıqları arasından salamlasın”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ