Həkim danışdı: "Nazim mənim həyatımı məhv eləyib" - FOTO
Sosial
Oxunub: 612
19 sen 2017 | 14:23
Həkim danışdı: "Nazim mənim həyatımı məhv eləyib" - FOTO













"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq yanlış əməliyyat etməkdə günahlandırdığı "ElMed" klinikasının həkimi Elman Əzizov açıqlama verib.

Axşam.az bildirir ki, "Hər şey daxil" verilişində danışan həkim kamera önünə keçmək istəməyib. O, Nazimin onun ünvanına səsləndirdiyi ittihamlarala razılaşmayıb:

"Onun dedikləri real deyir. Sadəcə, mən efirə çxımıram. Gözləyirəm ki, bu insan dərk eləsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün o əməliyyatı eləməsəydim, indi həyatda yox idi. Bir gün qabaq təcili yardım xəstəxanasına gedib. Şəxsən özü yanıma gəlib. Onkologiyadan cavab gəlib, mən sonra əməliyyata girmişəm. Mən ona qabaqcadan demişəm ki, filan problemlər ola bilər. Biz həmin vaxt onu ölümdən qurtarmışıq. Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib. Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul eləmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. Mənim həyatımı məhv eləyib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 ilə yetişmişəm, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır".

Nazim isə veriliş vasitəsilə Elman Əzimovu "yalançı" adlandırıb:

"Elman Əzimov yalançı adamdır. Vəkili də ona istinadən fikirlərini söyləyir. Bu adam hər gün bizdə idi. Mən özüm də məəttəl qalırdım ki, bu niyə hər gün mənə dəyməyə gəlir? Çünki bu insanın problemləri var imiş. O, ailə üzvlərimə deyibmiş ki, Nazim onkoloji xəstədir. Məni Türkiyəyə və İsrailə aparanda demirdilər ki, sən xəstəsən, deyirdilər elə-belə ürəyini yoxlatmağa aparırıq. Onkoloq mənə baxanda dedi, bunu niyə gətirmisiz mənim yanıma? Fateh Ağalar məni sonuncu dəfə əməliyyat etməzdən əvvəl bir də yoxladılar və dedilər ki, səndə onkoloji heç nə yoxdur. İsrailə gedəcəyimi Elman həkim bilirdi. Hətta mən ona dedim ki, mənim İsraildə çoxlu həkim dostlarım var, gəl sən də mənimlə get, sənə də təcrübə olar. İndi yalandan deyirlər ki, mənim İsrailə gedəcəyimdən xəbərləri yox idi. Elman həkim evdəkilərə, şəxsən bacıma deyib ki, bunun 6-7 ay ömrü qalıb, kimyəvi terapiya olunmalıdır. Əməliyyat zamanı qanaxma olub və bunu da bizdən gizlədib. Bundan başqa, əməliyyat zamanı bu insan mənim yoldaşımı əməliyyat otağına aparıb ki, gəl bax. Belə şey harda var? Bu 4 ayda mən 14 saat narkoz aldım. Elman həkim, niyə sizin səhviniz ucbatından mən 14 saat narkoz almalıyam? Niyə sizə görə mənim 77 yaşlı anam, ailə üzvlərim sarsıntılar keçirməlidir? Səhviniz yoxdursa, niyə məni Türkiyədə, İsraildə yenidən əməliyyat etdilər?"

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqozu qoyduğunu və öd əməliyyatı zamanı öd yollarını tikdiyini iddia edib. O, təkrar əməliyyatlarına 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.
Həkim danışdı: "Nazim mənim həyatımı məhv eləyib" - FOTO
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ