"Bizi yaxın buraxmırlar ki, maraqlanaq, araşdıraq, görək balamız nədən öldü..." - GİLEY
Sosial
Oxunub: 512
21 sen 2017 | 12:12
"Bizi yaxın buraxmırlar ki, maraqlanaq, araşdıraq, görək balamız nədən öldü..." - GİLEY















«Telefonda danışdıq, palataya köçürmüşdülər, dedi, «hər şey yaxşıdır, sabah çıxacam». Heç nədən şikayəti yox idi. Axı, qəfil nə baş verdi ki, bu qız öldü? Axı, niyə bizə səbəblə bağlı bir kəlmə demirlər? Bizi yaxın buraxmırlar ki, maraqlanaq, araşdıraq, görək balamız nədən öldü...». DİA.AZ bildirir ki, 32 yaşlı Nuranə Əzizovanın qəfil ölümü həm ailəsini, həm də qohum-qonşularını üzüb. Bu il sentyabrın 10-da dünyaya övlad gətirmək üçün Sabirabaddakı doğum evinə yollanan gənc gəlin doğuşdan bir qədər sonra qəflətən dünyasını dəyişib.

Anası Zivər xanım deyir, Nuranə hamiləliyi normal keçirib, həkimlər ailəyə doğuşun da normal keçdiyini bildiriblər: «Sabirabad Perinatal Mərkəzdə bizə bildirdilər ki, pasiyenti tam vaxtında gətirmisiz. doğuşa qəbul etdilər, hər şeyin normal olduğunu dedilər. Bir oğlu oldu. Elə sevinirdik... Ana da, uşaq da sağlam idi. Hələ nə qədər də muştuluq payladıq...».

Doğuşun normal keçməsinə və Nuranənin səhhətinin normal olmasına rəğmən, elə həmin gün ailə üzvləri onu xəstəxanadan çıxarmağı düşünüblər. Ancaq həkimlər bildiriblər ki, ən azı bir gün xəstəxanada qalmalıdır. Əvvəl xəstənin vəziyyətinin ağırlaşdığını, daha sonra reanimasiyaya köçürüldüyünü deyiblər. Ailə üzvləri İmişlidən Sabirabad xəstəxanasına yetişincə, qapıda onları qara xəbər «yaxalayıb»: «Xəstəxanaya çatanda gördük növbətçi həkimlər bizdən qaçır. Məlum oldu ki, qız ölüb, necə desinlər, bilmirlər. Bircə dedilər ki, qəfil halı dəyişib, reanimasiyaya götürüblər, orda da həyatını xilas edə bilməyiblər».

Ailə üzvlərinin ehtimallarına görə, doğuş zamanı Nuranənin orqanizminə infeksiya düşüb, ölümə səbəb də bu olub. Ancaq 10 gün keçməsinə baxmayaraq, ailəyə ölümün səbəbləri barədə heç nə deyilmir: «Sanki yerdən çıxıb, yiyəsi yoxdur. Çağırıb bir kəlmə demirlər ki, bu adam nədən öldü? Uşağı da özlərində saxlayırdılar, dünən veriblər bizə...».

Sabirabad Rayon Regional Perinatal Mərkəzdən isə bildirilib ki, pasiyentin vəziyyətinin qəfil pisləşməsi və ölümü həkimləri də təəccübləndirib: «Məsələni prokurorluq araşdırır. Həkimlər bir də görüblər ki, ağzından köpük gəlir. Hər şey qəflətən olub, reanimasiya şöbəsinə götürülüb, bütün tibbi yardımlar göstərilib, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb».

Ana ölümünü Sabirabad Rayon Prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, ölümün səbəbləri və istintaq hərəkətləri ekspertiza rəyi açıqlanandan sonra bəlli olacaq.
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM