Müəllimlər "Zəkalar" liseyinin direktorunu korrupsiyada ittiham etdi
Sosial
Oxunub: 482
22 sen 2017 | 11:42
Müəllimlər "Zəkalar" liseyinin direktorunu korrupsiyada ittiham etdi














Bakı şəhəri, Xətai rayonu, 287 saylı "Zəkalar” liseyinin bir qrup müəllimi çalışdıqları məktəbin direktorunun əməlləri ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan RespublikasıTəhsil Nazirliyinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Narazı müəllimlər həmin şikayətin bir nüsxəsini də ictimailəşdirilməsi xahişi ilə "azinforum.az"a ünvanlayıblar.

Şikayət məktubuna imza atan müəllimlər: Hüseynov Pərviz, Quliyev Ramil, Rəsulova Zəminə, Məmmədova Sahibə qeyd ediblər ki, Xətai rayonunda yerləşən 287 saylı "Zəkalar” litseyində 20 ilə yaxındır ki, fiziki-tərbiyə müəllimi vəzifəsində çalışırlar: "Bu müddətdə liseyin fiziki-tərbiyə dərsləri qanuna müvafiq şəkildə 2 qrupa bölünürdü. Hər birimizə bölünmüş dərs saatları bizim maddi təminatımızı ödəyirdi. 2016-2017-ci tədris ilində məktəbin direktoru Əhmədli Aygün Əkbər qızı hər birimizə 28 saat dərs yükü bölərək, bunun müqabilində 4 saat dərsin pulunu bizdən tələb edərək, geri alırdı. Aramızda ailə başçısı, məcburi köçkün olduğu üçün, biz məcburən həmin 4 saat dərsin pulunu Aygün Əhmədliyə ödəyirdik. Dəfələrlə biz ona maddi vəziyyətimizin çətin olduğunu bildirib, həmin pulu bizdən almaması üçün xahiş etsək də, bizi təhqir edərək "cibgir və simic” sözlərini demiş , həmin pulun bizə aid olmadığını bildirmişdir. Biz bu barədə yenə ona iradlarımızı bildirmişik, o bizə "kimə deyirsiz deyin,mən heç kimdən qorxmuram” deyərək hədə-qorxu gəlirdi. Və bizi işdən çıxaracağı ilə hədələyirdi. Sonra bildirirdiki, gələn 2017-2018-ci tədris ilində bizə dərs saatı verilməyəcək və bunla da başımıza oyun açacaq.

Biz müəllimlər onun bizdən tələb etdiyi məbləği aşağıdakı şəkildə ödəyirdik:

1.Quliyev Ramil Qənbər oğlu - hər ay 28 saat dərs yükü üçün 100 AZN;

2.Hüseynov Pərviz Müzakir oğlu - 28 saat dərs yükü üçün 68 AZN;

3.Rəsulova Zəminə Əfsər qızın - 28 saat dərs yükü üçün 64 AZN, əlavə gənc idmançılar dərnəyini ona həvalə edildiyi üçün, hər ay 80 AZN;

4.Məmmədova Sahibə Mustafa qızı - hər ay 68 azn alırdı və sonradan imtina etdiyi üçün, onun əməkhaqqı kartı tələb edilib.

Nəhayət, məzuniyyətdən qayıtdıqdan , direktor bizi aldadaraq 14 sentyabr 2017-ci ilə kimi əvvəlki qaydada sinifləri bölməyinə söz versə də, sözünə əməl etmədi.

Belə çıxır ki, cənab Prezident İlham Əliyevin və mərhum Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi qayğını və diqqəti məktəbin direktoru Əhmədli Aygün önəmsiz hesab edir.

Sizdən xahiş edirik, yuxarıda göstərilənlərə əsasən, bizim aramızda ailə başçısı,məcburi köçkün və maddi vəziyyəti çətin olan şəxslərin mövcudluğunu nəzərə alıb,hər birimiz üçün ayrılmış dərs yükünün özümüzə qaytarılmasına köməklik edəsiniz və 287 saylı "Zəkalar” liseyində baş vermiş qanunsuzluğun və rüşvət hallarının qarşısının alınması üçün, qanuna müvafiq tədbir görəsiniz.

İmza:

1.Quliyev Ramil Qənbər oğlu

2.Hüseynov Pərviz Müzakir oğlu

3.Rəsulova Zəminə Əfsər qızı

4.Məmmədova Sahibə Mustafa qızı”.

Qarşı tərəf kimi məktəbin direktoru ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmayıb.
Müəllimlər "Zəkalar" liseyinin direktorunu korrupsiyada ittiham etdi
Müəllimlər "Zəkalar" liseyinin direktorunu korrupsiyada ittiham etdi
Müəllimlər "Zəkalar" liseyinin direktorunu korrupsiyada ittiham etdi
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...