Hippokratın gorunu çatladanlar... - GİLEY
Sosial
Oxunub: 624
22 sen 2017 | 13:17
Hippokratın gorunu çatladanlar... - GİLEY















Xəstəxanada Maştağa sakininin halı pisləşən 2 yaşlı övladını müayinə etməyə həkim tapılmayıb. "Çox təkid etdilər ki, müayinə olmadan uşağa iynə vursunlar, mən razı olmadım. Tələb etdim ki, həkim gəlsin, əvvəl müayinə etsin, görək bu uşağın dərdi nədir, sonra tibbi yardım göstərsinlər. Gördüm, körpə əldən gedir, heç kəsin vecinə deyil, biri əlində çayla dolu stəkan o tərəfə gedir, biri çaydanı doldurub bu tərəfə gedir... Sanki xəstəxana deyil. Səs-küy saldım, hərəsi bir tərəfə qaçdı".

DİA.AZ-ın məlumatına görə, Maştağa sakini Tural Yasinov danışır ki, iki yaşlı övladının səhhəti qəfil pisləşdiyindən onu yaşadığı ərazi üzrə 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına götürüblər. Lakin burada valideynlərə bildirilib ki, iş vaxtı bitib, həkimlər evə gedib, xəstəxanada yalnız sanitar işçiləri qalıb: "Uşaq qızdırmadan yanır, huşunu itirirdi. Biri şprisə dərman yığdı, uşağa vurmaq istəyəndə dedim, ?sən neynirsən? Sən hardan bilirsən ki, bu uşağın dərdi, azarı nədir? Uşağı yoxlamamış o nə iynədir, vurursan uşağa?.. Bəlkə elə zərərdir?’ Bildirdilər ki, ?iş vaxtı bitib, bir az tez gəlsəydin, həkimlər burdaydılar, müayinə edərdilər’".

Azyaşlı övladının vəziyyətinin getdikcə pisləşdiyini görən atanın səbr kasası daşanda və o, təkidlə həkim müayinəsi tələb edəndə qəribə təkliflə üzləşib: "Dedim, ?iş vaxtı bitsə də, bura xəstəxanadır, növbətçi həkim olmalıdır. Qəfil, bivaxt xəstə gətirilir, bəs onları kim qəbul edib tibbi yardım göstərir?’ Sanitar xanımlar bildirdilər ki, ?əgər uşağın vəziyyəti lap ağırdırsa, bir həkimin nömrəsini verək, əlaqə saxla, özün yola gətir, gəlsin’. Zəng vurdum, bir xanım idi, dedi, ?Zabratda yaşayıram, çox vacibdirsə, taksi göndər, məni xəstəxanaya götürsün’. Bu məni lap özümdən çıxartdı, az sonra bir kişi gəldi, uşağa baxdı, dedi, ?mənlik deyil, mən cərraham’, çıxıb getdi".

Tural Yasinov uşağın vəziyyətinin ağırlaşdığını görüb onu başqa xəstəxanaya götürür: "Gördüm, burda vaxt itirirəm, uşağı götürüb qaçdım Əmircandakı 8 saylı Birləşmiş Uşaq Xəstəxanasına... Orda müayinə edib tibbi yardım göstərdilər".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA