Ekoloqdan Bakı merinə İTTİHAM: - “Xaricdən gətirilən evkalipt ağacları necə oldu?”
Sosial
Oxunub: 763
4 okt 2017 | 13:56
Ekoloqdan Bakı merinə İTTİHAM: - “Xaricdən gətirilən evkalipt ağacları necə oldu?”














Paytaxtda addımbaşı dekorativ ağaclar göz oxşayır. Amma bBu cür ağaclara üstünlük verilməsinə müsbət baxmayan ekoloqlar belə bir tendensiyanın gərəkli olmadığı qənaətindədirlər. Çünki hər bir ağacın ölkənin iqliminə uyğunluq dərəcəsi nəzərə alınmalıdır.
Çoxlarına məlumdur ki, bu cür ağacların kölgəsi olmur. Həm də dekorativ ağacların ölçüsü çox kiçik olur ki, bu da yaşıllıq effektinin zəif olduğunu ortaya qoyur.

Ümumiyyətlə, Bakıda dekorativ ağaclara ehtiyac varmı?

Ekoloq Telman Zeynalov Modern.az-a deyib ki, dekorativ ağaclar birbaşa parklarda, yol kənarlarında əkilməməlidir.

“Uyğunlaşma dövrü keçməlidir”


“Dekorativ ağaclar birdən-birə parklarda, yol kənarlarında əkilməməlidir. Bunun üçün öncə Botanika bağında bəslənməlidir. Ən azı 5 il uyğunlaşma dövrü keçməlidir. Çünki xaricdən gətirilən bitkilərin bizim iqlimə uyğunlaşması üçün bu vacib elementdir. Həmin müddəti keçmək lazımdır. Çünki gətirilən dekorativ bitkilərin yarpaqları arasında cürbəcür quşların yumurtaları olur”.

Xəstəlik mənbəyi olan ağaclar


Ekoloqun sözlərinə görə, bu cür ağaclar birbaşa xəstəlik daşıyıcılarıdır.

“Xaricdən gətirilən bitkilər heç də bizim xeyrimizə deyil. Sadəcə, bəzi qurumların niyyəti pul qazanmaqdır ki, bu yola əl atırlar. Əgər Bakının estetik zövqünü inkişaf etdirmək niyyətindəsənsə, öncə həmin bitkilərin bizim təbiətdə uyğunlaşma dövrü keçməsinə şərait yarat, sonra get, həmin bitkiləri təbiətdə ək. Birbaşa parklara, yol kənarlarına əkilən dekorativ bitkilər xəstəlik mənbəyidir. Onların birbaşa yol kənarına əkilməsi insan orqanizmi üçün də təhlükəlidir. Dediyim kimi, yarpaqlarında həşəratlar yuva salır”.

“Bu yolla ciblərini doldururlar”


Telman Zeynalov deyir ki, dekorativ ağaclar ölkəyə gətirilərkən qəpik hesabına başa gəlmir:

“Dekorativ bitkilərin ölkəyə gətirilməsi od qiymətinə başa gəlir. Əslində, bitkilərin xaricdən baha qiymətə gətirilməsi bəzi qurumlara sərf edir. Bu yolla ciblərini doldura bilirlər. Sonra da həmin dekorativ ağaclar tələf olanda deyirlər ki, bizim təbiətə uyğun olmadığına görə məhv oldu. Hər şey qanunla idarə olunmalıdır. Xaricdən alıb gətirməklə həmin bitkini iqlimə uyğunlaşdırmaq lazımdır. Bir haşiyə çıxım. 12 il bundan qabaq Bakının meri cənab Hacıbala Abutalıbov paytaxtımıza Avstraliyadan evkalipt ağacları gətizdirmişdi. Şəhidlər Xiyabanına gedən yolda evkalipt ağacları əkilmişdi. Bir az şaxta düşən kimi həmin ağaclar məhv oldu. Birincisi, evkalipt ağacları bataqlıq ağaclarıdır. Bizim ərazi isə bataqlıq deyil. Ona görə də xaricdən gətirilən istənilən ağacı təbiətə uyğunlaşdırıb sonra əkmək lazımdır. Həm də mütəxəssis rəyi nəzərə alınmalıdır ki, amma bizdə buna baxılmır.
Ekoloqdan Bakı merinə İTTİHAM: - “Xaricdən gətirilən evkalipt ağacları necə oldu?”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?