““Bank Standart” dələduzluq yolu ilə evimi əlimdən alıb” - GİLEY
Sosial
Oxunub: 545
5 okt 2017 | 14:38
““Bank Standart” dələduzluq yolu ilə evimi əlimdən alıb” - GİLEY















Bakı şəhəri, Xətai rayon sakini Tofiq Xəlilov redaksiyamıza gələrək şikayətlənib. 72 yaşlı şikayətçi bildirib ki, ötən il lisenziyası ləğv olunan “Bank Standart”ın əməkdaşı dələduzluq yolu ilə onun evini əlindən alıb:

“2006-cı il tarixində bankın əməkdaşı Emin Abbasov həyat yoldaşım Lətifə Xəlilovanı aldadaraq Xətai rayonu, 2-ci Zeytun sovxozu, Naximov küçəsi, 2-ci döngə, 110D nömrəli evin girovu əsasında 32 000 manat alqı-satqı müqaviləsini imzaladıb. Xəlilovaya 25 000 ABŞ dollar sələmə pul verməklə evi saxtakarcasına ələ keçirib. Əvəzində isə həyat yoldaşım hər ay faiz ödəməklə E.Abbasova cəmi 38.750 ABŞ dolları qaytarıb. Borc müqaviləsi adı altında Emin Abbasov 24 mart 2006-cı il tarixdə alqı-satqı müqaviləsinə imza atdırmaqla onun etibarından sui-istifadə edərək bizə, ər-arvada məxsus evi məndən xəbərsiz ələ keçirib. Olaydan 11 ay sonra Emin Abbasov mənim xəbərim olmadan evə mülkiyyət hüququ əldə edir. Sonra isə Emin Abbasov Lətifə Xəlilovanın ona heç bir borcu olmadığına 20.08.2007-ci il tarixdə etibarnamə vermişdi ki, evi sata bilsin. Həmin etibarnamə 12.08. 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilib”.

Şikayətçinin sözlərinə görə, evi ələ keçirdikdən sonra Emin Abbasov öz çirkin əməllərini davam etdirərək 01 avqust 2007-ci il tarixdə 2871 nömrəli saxta arayış alıb: “28 gündən sonra isə o, ”Bank Standart" KB-nin Nəsimi rayonu filialının işçiləri ilə əlbir olub evi girov qoyub. Bu zaman sənəddə məni ev dələduzu Emin Abbasovun qohumu kimi göstəriblər. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə bank tərəfindən verilən 51.600 manat kreditdən 9.288 manat (18%) bankda saxlanılıb. E.Abbasovla L.Xəlilova arasındakı “razılaşmaya” görə, Lətifəyə çatan 10.000 manat əvəzinə 15.000 manatı banka ödəməli imiş, ancaq banka 14.648 manat ödənilib. Qalan 32.312 manatı Emin Abbasov özü götürüb və bu səbəbdən də 2008-ci ilin oktyabr ayından banka 35.820 manat ödəyib. Bankın məlumatına görə, qalan kreditin faiz borcu 22.423 manat təşkil edir. 3 ildən sonra isə E.Abbasov gəlib mənə dedi ki, evi alıb".

72 yaşlı şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin bir nəticəsi olmadığını deyib:

“Təəssüflər olsun ki, 2009-cu ildən bu günə kimi bütün instansiya məhkəmələri saxta sənədlər əsasında qərarlar verib. Nəticədə 31 avqust 2010-cu il tarixindən etibarən 2 nəvəmlə evsiz qalmışam. Bizim evimizə isə kirayəçi yerləşdiriblər. Mən isə nəvələrimlə birgə kirayədə yaşayıram. Bütün instansiya məhkəmələrində qanunun tələblərinə riayət edilmədən bizim vətəndaşlıq hüquqlarımız kobud şəkildə pozulub. Bu qədər ədalətsizlik, haqsızlıq olar?! 72 yaşımda nəvələrimlə birgə evsiz qalmaq çox ağırdır. Üstəlik, səhhətimdə də ciddi problemlər yaranıb”.

Tofiq Xəlilov düşdüyü durumla bağlı aidiyyəti orqanlardan köməklik göstərilməsini, hüquqlarının bərpa edilməsini istəyib.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

Qeyd edək ki, “Bank Standart” ötən ilin sentyabrında bağlanıb. Belə ki, 30 sentyabr 2016-cı il tarixli qərara əsasən bankın lisenziyası ləğv olunub. Bankın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç isə bu ilin iyul ayından beynəlxalq axtarışa verilib.

Musavat.com
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ