Kommunal Xidmətlərlə bağlı əhaliyə bəd xəbər
Sosial
Oxunub: 1 548
6 okt 2017 | 20:59
Kommunal Xidmətlərlə bağlı əhaliyə bəd xəbər














Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq

Kommunal Xidmətlərin Strateji Yol Xəritəsinə uyun olaraq gələn ildən Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq. Bu barədə Lent.az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, sayğacların alınması ilə bağlı hökumətə təkliflər verilib: “Bununla əlaqədar şirkətlərlə danışıqlar aparmışıq, müvafiq təkliflər paketi hazırlayıb hökumətə təhvil vermişik. Sayğaclar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin reyestrinə salınmalıdır. Eyni zamanda həmin sayğacların sertifikatlaşdırılması üçün komitədə akkreditasiya olunmuş laboratoriya quraşdırılmalıdır. Maliyyə təminatı olandan sonra növbəti illərdə bu məsələlər öz həllini tapacaq. Maliyyə təminatı olandan sonra sayğacların quraşdırılması uzun vaxt çəkməyəcək”.

“Azəristiliktəchizat” ASC-nin rəsmisi bildirib ki, ilkin mərhələdə istilik sayğaclarının büdcə təşkilatlarına quraşdırılması nəzərdə tutulub: “Büdcə təşkilatlarında – Səhiyyə Nazirliyinin müəssisələrində bir binanın girişində sayğacın quraşdırılması mümkündür. Eyni zamanda, “Azəristiliktəchizat” tərəfindən isti su ilə təmin olunan yaşayış sahələri və sosial obyektlərdə də sayğacları quraşdırmaq olar. Texniki cəhətdən problem istilik sayğaclarının çoxmənzilli yaşayış binalarında quraşdırılması ilə bağlıdır. SSRİ-nin vaxtında tikilən çoxmənzilli yaşayış binalarında mənzillərdən keçən istilik xətləri bir mərtəbədən digərinə keçir. Bu vəziyyətdə də istilik sayğaclarının qoyulması mümkün deyil. Adətən istilik sayğacları binaların girişində, yaxud blokda paylanmalı olduğu halda mənzillərin girişində qoşula bilər”.

R. Əliyev isti su sayğaclarının quraşdırılmasının doğru hesablama aparılmasını təmin edəcəyini də qeyd edib: “İstilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadrat metrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadrat metrə tarif tətbiq olunanda bizim verdiyimiz temperaturdan asılı olmayaraq eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq. Bu halda da daha doğru hesablama təmin olunacaq”.
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır