Dövlət qayğısını pula çevirən kimlərdir? - GİLEY
Sosial
Oxunub: 439
13 okt 2017 | 11:53
Dövlət qayğısını pula çevirən kimlərdir? - GİLEY















“Hərəmiz bir ölkədə öz maddi imkanlarımız hesabına böyrək transplantasiyası keçirmişik. Dərman problemlərimiz hələ də həll olunmayıb. Dərmanlar hər ay gecikir, üstəlik də yarımcan insanlar bu dərmanları yalnız bir ünvandan əldə edə bilirlər”. DİA.AZ bildirir ki, böyrək transplantasiyası keçirmiş bir qrup xəstə bu ilin iyununda yerli KİV-də dövlət tərəfindən ömürlük verilən pulsuz dərmanların gecikməsindən şikayətlənmişdi. Hazırda xəstələr yenə müraciət ediblər. Onlar dərmanların həftələrlə gecikdirilməsi səbəbindən vəziyyətlərinin ağırlaşdığını bildirirlər.

Oqtay Şahbazov: “İmmunosupressiv dərmanlar olmasa, yaşaya bilmərik. Bizi həyatda saxlayan məhz dövlətin pulsuz verdiyi həmin dərmanlardır. Gündəlik qəbul etdiyimiz dərmanlar kəsiləndə vəziyyətimiz ağırlaşır. Bu dərmanlar tapılmır, tapanda isə çox baha qiymətə tapırıq. Hər kəsin almaq imkanı olmur. Aylardır bu gecikmələr hər dəfə təkrarlanır. Hər dəfə söz verirlər ki, gələn ay vaxtında veriləcək, növbəti ay çatanda yenə eyni durumla qarşılaşırıq. Səhiyyə nazirinə müraciətlərimiz cavabsız qalır, o üzdən də artıq birbaşa prezidentə və vitse-prezidentə müraciət edirik, bizi öldürməsinlər. Adam var ki, həyatda qalmaq üçün ev-eşiyini satıb, xaricdə özünə böyrək köçürüb gəlib, burda dərmanları vaxtında qəbul etmədiyindən səhhətində ağırlaşmalar başlayıb”.

Xəstələr dərmanlarla 25 gündən bir təmin olunmalıdır. Ancaq demələrinə görə, aylardır ki, 35-40 günün tamamında dərmanı zorla əldə edirlər. Səbuhi Bayramov 5 il əvvəl əməliyyat olunub, deyir, “Selsep” dərmanını vaxtında qəbul etməsə, böyrəyi funksiyasını dayandıra bilər:

“’Semaşko’da dializ şöbəsinin qarşısında toplaşırıq, saatlarla gözləyirik, dərman tələb edirik, əsəbiləşirik… Təzyiqim 50-yə düşür, birtəhər özümü evə çatdırıram. Artıq yorulmuşam. Xəstə insanların olan-qalan canı da dərman növbələrində, gözləmələrdə əldən gedir”.

Xəstələri narahat edən ikinci məsələ dərmanların bir mərkəzdən verilməsiylə bağlıdır. Səbuhi Bayramov: “Ayrı-ayrı bölgələrdən, qəsəbələrdən gəlirik. Hər ay gəlməliyik. Üstəlik, dərmanlar gecikdiyi üçün hər gün gəlirik. Xəstəliyimizə görə ictimai nəqliyyatdan istifadə edə bilmirik, məcburuq ki, taksi ilə gələk. Həm maddi imkanımız yol vermir, həm də yay-qış bu yolları gedib-gəlmək səhhətimizi ağırlaşdırır. İstədiyimiz odur ki, dərmanlar yaşadığımız ərazilər üzrə poliklinikalarda verilsin. Səhiyyə Nazirliyi üçün bu problemi həll etmək su içimi kimi bir şeydir”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...