Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı
Sosial
Oxunub: 618
13 okt 2017 | 11:58
Yasamalda İbrahim Mehdiyevin qanunsuz tikintisi dayandırıldı
















Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin binaların həyətində 17 mərtəbəli bina tikintisinə dair sərəncamından 300 mənzil sahibinin Birinci Vitse-Prezidentinə şikayəti nəzarətə götürülüb. Xatırladaq ki, rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə «ELİTE CİTY» MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdu. Sakinlərin məlumatına görə müraciət Birinci Vitse-Prezident tərəfindən nəzarətə götürülərək aidiyyatı qurumlara məsələnin araşdırılması və müvafiq tədbir görülməsi tapşırığı verilib.
Həyətlərində 17 mərtəbəli bina tikilməsinə etiraz edən sakinlər Baş nazirin müavini Abid Şərifovun, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun və digər səlahiyyətli şəxslərin qəbulunda olublar. Nazirlər Kabinetinin Tikinti şöbəsində araşdırılan şikayətə dair bildirilib ki, Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan rayon icra hakimiyyətinin başçısının çoxmənzilli və hündürmərtəbəli bina tikintisinə dair sərəncam verməsi özü-özlüyündə qanunsuzdur. Pilot layihə adı altında keçmiş başçı İ.Mehdiyevin belə qanunsuz sərəncamı imzalaması onun səlahiyyət həddini aşmasıdır, belə sənədlər tikintiyə əsas vermir. Sakinlərin bir qrupunu qəbul edən Dövlət Komitəsinin sədri Abbas Ələsgərov da təsdiqləmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 25.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmişdir. Lakin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və ya tikinti şirkəti özbaşınalıq edərək tikinti aparırlarsa, bu, onların özlərinin məsuliyyətinə səbəb ola bilər.
***

Xatırladaq ki, sakinlərin Birinci Vitse-Prezidentə müraciətində «ELİTE CİTY» MMC-nin rəhbərliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşlarının, yüksək vəzifəli şəxslərin, o cümlədən, M.Əliyevanın adından istifadə edərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssürat yaratması, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışmasından şikayətlənmişdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şikayətçilər keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazların Prezidentin bu tapşırığından sui istifadəsinin qarşısının alınmasını xahiş etmişdilər. «ELİTE CİTY» MMC isə bütöv bir məhəllədə 3 böyük yaşayış kompleksi tikməyə cəhd edir. Tikinti şirkəti həyətdəki 3 ədəd cəmi 24 mənzil olan taxta evləri sökərək, guya, həmin sakinlərə mənzil verilməsi üçün həyətdə 17 mərtəbəli bina tikmək istəyir. Mehriban Əliyevaya müraciətdən sonra sakinləri qəbul edən aidiyayatı orqanlarda bildirilib ki, həyətdə çoxmərtəbəli binanın tikintisinin ləğv edilməsinə dair müvafiq göstəriş verilib. Həyətin abadlaşdırılması məsələsi isə müvafiq olaraq icra orqanlarının vəzifəsidir. Sakinlər onların müraciətinə diqqətlə yanaşıldığına görə Birinci-Vitse-Prezident M.Əliyevaya minnətdarlıqlarını bldirirlər. Onlar ümid edirlər ki, həyətdə taxta evlərin özbaşına sökülməsi ilə süni yaradılmış xarabazar da qısa müddət ərzində təmizlənəcək. Bu işin isə Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəsi olduğundan onlar icra başçısı əvəzi S.İslamovun qəbulunda olublar. S.İslamov isə sakinlərə bildirib ki, söküntü işlərini «ELİTE CİTY» tikinti şirkəti özbaşına edib, icra hakimiyyəti buna görə məsuliyyət daşımır. Tikinti şirkətindən isə rəhbərlik iş başında olmadığından həyətdəki zibilliyin yığışdırılmasına münasibət bildirilmir. \\tezadlar.az\\
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş