Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)
Sosial
Oxunub: 513
14 okt 2017 | 00:36
Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)














Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı, biznesmen, “Xaliq Faiqoğlu” MMC şirkətinin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seydiov tərəfindən avtomobillə vurulan Eldar Məmmədovun faciəli ölümü ilə bağlı yeni sənədlər üzə çıxıb.

Ölkə.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının həkimləri tərəfindən hazırlanan epikrizdə polkovnikin avtomobillə vurulma nəticəsində aldığı çoxsaylı ağır xəsarətlərdən keçindiyi birmənalı şəkildə göstərilir. Virtualaz.org Mərkəzi Klinik Hospitaldan epikrizin surətini əldə edib və sənəddən məlum olur ki, polkovnikin faciəli ölümünün hansısa yollarla ört-basdır edilməsində, nəticədə biznesmen oğlunun məsuliyyətdən kənarda qalmasında həkimlərin heç bir rolu olmayıb.

Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)











Xatırladaq ki, ötən buraxılışımızda 2014-cü ilin may ayında Bakının 3-cü mikrorayon ərazisində baş vermiş bu qəza ilə bağlı araşdırma dərc etmişdik. Orada göstərilirdi ki, zabit “Mercedes GL” markalı avtomobillə vurularkən çoxsaylı ağır fiziki xəsarətlər alıb və Mərkəzi Klinik Hospitala yerləşdirilib. 4 gün sonra yaralı hospitalda keçinib.

Hospitalın rəisinin vəkil sorğusuna verdiyi yazılı cavabda polkovnikin çoxsaylı ağır xəsarətlər aldığı göstərilirdi, amma sonda bildirilirdi ki, onun ölümü ürək çatışmazlığı səbəbindən baş verib. Bu baxımdan ölüm hadisəsinin sanki fiziki xəsarətlər üzündən deyil, “təbii səbəblərdən” baş verdiyinə dair qənaət yarana bilərdi. Və bəzi suallar meydana çıxırdı. Lakin məqalə dərc olunandan sonra məsələyə Müdafiə Nazirliyi reaksiya verdi. Və Baş Klinik Hospitaldakı mənbələrdən saytımıza polkovnikin epikrizində onun aldığı xəsarətlərdən öldüyünün açıq-aşkar göstərildiyini bildirdilər. Və həmin sənədi təqdim etdilər.

Beləliklə, epikrizdə bildirilir ki, 1969-cu ildə anadan olmuş Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının ortopediya bölməsinə ağır vəziyyətdə daxil olub. Və sənəddə yaralının aldığı çoxsaylı xəsarətlər sadalanır. Bu xəsarətlərin arasında ağ ciyərlərin əzilməsi də var.

“Anamnezindən məlum olub ki, xəstə 17.05.2014-cü il tarixdə, axşam saat 22.30 radələrində 3-cü mikrorayon dairəsi ərazisində avtoqəza nəticəsində travma alıb. Hadisə yerində ona ilk tibbi yardım göstərilib və 1 saylı Kliniki Tibbi Mərkəzə təxiliyyə olunub. Ertəsi gün isə ixtisaslı müayinə və müalicə üçün SQ BKH-ə yerləşdirilib”-epikriz raporunda göstərilir.

Sənəddən məlum olur ki, hospitalın həkimləri 4 gün ərzində reanimasiya şöbəsində polkovnikin həyatını xilas etmək üçün əllərindən gələni ediblər. Lakin bütün görülmüş tədbirlərə baxmayaraq yaralı aldığı xəsarətlərdən yaranan kəskin ürək çatışmazlığı (ağciyərlərin deformasiyası və digər xəsarətlər) nəticəsində keçinib.

Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)











Beləliklə, hospitalın epikriz raporu zabitin faciəli ölümünün məhz avtomobillə vurulma nəticəsində baş verdiyinə şübhə yeri qoymur. Deməli ölümlə nəticələnən avtoqəzaya görə biznesmenin oğlunun barəsində qaldırılmış cinayət işi onun hadisədəki günahının dərəcəsinə uyğun olaraq cəza alması üçün məhkəməyə qədər gedib çıxmalıydı. Bu isə baş verməyib.

Xatırladaq ki, 2014-cü ilin mayında baş vermiş bu hadisə ictimaiyyətin diqqətindən kənarda qalmışdı. O vaxta qədər ki, Faiq Seyidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında kommersiya təyinatlı daşınmaz əmlak məsləsinə görə qarşıdurma yarandı və həmin qarşıdurma Xanməmmədovun həbsinə gətirib çıxardı. F.Seyidovun oğlunun ölümlə nəticələnən avtoqəza törədib məsuliyyətdən kənarda qalması faktı məhz bu qarşıdurmadan sonra mətbuata sızdırıldı və şübhəsiz ki, bu təsadüfi deyildi.

Lakin məsələnin ictimai əhəmiyyət kəsb edən hissəsi budur ki, biznesmen oğlu törətdiyi əmələ görə heç bir məsuliyyətə cəlb edilməyib. Bu isə yüksək rütbəli məmurların övladlarının son vaxtlar bir-birinin ardınca törətdikləri avtoqəza və digər hadisələrə görə məsuliyyətdən yayına bilmədikləri, hətta atalarının vəzifələrini itirdiyi bir vaxtda biznesmenin oğlunun daha mötəbər toxunulmazlıq statusuna malik olduğu haqda yanlış rəy formalaşdıra bilər.

Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)











Azərbaycanda onsuz da ölümlə nəticələnən avtoqəzalara, piyadaların vurulmasına görə cəzalar yumşaqdır. Belə hadisələri törədənlər əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzaçəkmə ilə cəzalandırılırlar. Əlbətdə, piyada vurulması hadisələrinə görə cəzanı, yoxsa yol hərəkəti qaydalarına əməl olunması ilə bağlı tələbləri sərtləşdirməyin daha vacib olduğu ayrı mövzudur. Ancaq indiki halda kimlərinsə biznesmenin övladının törətdiyi hadisəni ört-basdır etməyə çalışdığı və buna nail olduğu ortadadır.

Hansı ki, Faiq Seyidov bu faktın mətbuata sızdırılmasından sonra açıqlama verərək oğlunun avtomobillə MN-nin zabitini vurduğunu təsdiqləmişdi, amma bildirmişdi ki, piyada yüngül xəsarətlər almışdı və onun ölümü sonradan “təbii səbəblərdən” baş vermişdi. Bu, atanın oğlunun törətdiyi hadisəni ört-basdır etməkdə iştirakına dəlalət etmirmi?

Belə görünür ki, ortaya çıxan sənədlərdən sonra hüquq-mühafizə orqanları tərəfindən bu hadisənin yenidən araşdırılması qaçılmazdır. Və virtualaz.org-a daxil olan məlumata görə artıq hüquq-mühafizə orqanları zabitin ölümü ilə bağlı təhqiqatın yenidən başladılmasını qərara alıblar.


Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)Biznesmenin oğlu, "Mercedes GL", yüksək sürət və polkovnikin ölümü... — Bakıda cəzasız qalan cinayət (FOTO)
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?