Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir - İDDİA
Sosial
Oxunub: 557
21 okt 2017 | 12:57
Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir - İDDİA















2017- ilin ilk vəzifədən uzaqlaşdırılan yüksək çinli məmuru nəqliyyat naziri Ziya Məmmədov oldu. Təbii ki, bu son deyil və ekspertlər hesab edir ki, ölkədə kadr islahatları davam edəcək. Gözləntilər budur ki, bir neçə nazirlik ləğv olunacaq və ya birləşdiriləcək. Çünki ciddi dönüş etmək üçün belə addımların atılması, uzun illər eyni postu qoruyan məmurların qismən kənarda saxlanması indi daha vacibdir.

İqtisadi böhran yaşayan dövlətlərin bu vəziyyətdə atdıqları addımlara diqqət etsək görərik ki, ilk qabaqlayıcı addım ölkənin maliyyə sektorunun nəzarətə götürülməsidir. Bunun fonunda indi əsas diqqət Azərbaycan Maliyyə Nazirliyinə, Milli Banka yönəlib. Açıqlanan son iqtisadi rəqəmlər, milli bankın rəhbəri Elman Rüstəmovun manatın güclənməsi ilə bağlı səsləndirdiyi faktlar kifayət qədər maraq doğurur. Baş bankirin manat bağlı “hələlik biz əsaslı qorxu görmürük” deməsi o demək deyil ki, hər şey əladır. Bu o deməkdir ki, hələlik əladır. Sabah nə olacaq onu sığortalamırıq. Təbii ki, manatın güclənməsi, stabilləşməsi üçün ölkə başçısının konkret tapşırıqları istiqamətində addımlar atılır, işlər görülür. Qeyri-neft sektorunun inkişafı üçün dövlər nə lazımdırsa edir. Amma yenə də hələlik bu tam deyil və manat hər an təhlükədədir.

Bu istiqamətdə maliyyə nazirliyinin, daha doğrusu, nazir Samir Şərifovun da çabalarını danmaq olmaz. Lakin əvvəlki illərdən fərqli olaraq əlindəki rıçaqları qismən itirən, bir qədər kənarda dayanmağa üstünlük verən Samir Şərifov sanki nəyisə gözləyir.

Daha böyük postlara, hətta baş nazir olamağa iddialı görünən nazir Şərifovun indi istəyi nədir?

Sabiq bankir Cahangir Hacıyevin məhkəmədə “Samir Şərifov mənim yanımda, barmaqlıqlar arasında oturmalıdır” deməsi, ardınca “qara bazar”ın qaydasız fəaliyyəti, dövlətə və manata açıq savaş acması kimi hallar S.Şərifovu gücdən saldı. Həmçinin qismən gözləmə mövqeyi seçmək məcburiyyəndə qoydu. Odur ki, indi Samir Şərifov susaraq atacağı addımın nə olacağını və ya ona qarşı hansı addımın atılacağını gözləyir.

Bizimxeber.az-a daxil olan məlumata görə, növbəti kadr dəyişikliyi Maliyyə Nazirliyində baş verə bilər. Samir Şərifovun yerinə kimin təyin edilməsi barədə heç bir bilgi yoxdur. Təbii ki, bu kimi dəyişikliklər prezidentin iradəsindədir. Amma Şərifovun Dövlət Neft Fonduna icraçı direktor vəzifəsinə təyin ediləcəyi barədə ehtimallar var. İşində kifayət qədər diqqətli olan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun isə daha yüksək vəzifəyə təyinatı gözlənilir. Ehtimal ki, Şahmar Mövsümov Milli Banka baş bankir təyin olunacaq.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ