ƏQLİQÜSURLULARIN İNSAFIQÜSURLU RƏHBƏRİ
Sosial
Oxunub: 646
23 okt 2017 | 11:30
ƏQLİQÜSURLULARIN İNSAFIQÜSURLU RƏHBƏRİ












Yetim malına göz dikənlər!



Saray qəsəbəsindəki fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunmalıdırlar.
405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır.
Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə internat, aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir.
Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələrinin, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin yaradıldığı internat evində dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi — de-istitusionallaşdırma məsələsi ilə bağlı işlər görülür və artıq bir çox uşağın doğma ailələrinə qovuşmasına nail olunub.

Di gəl, Əmək və Əhalinin Sosial Müdafiəsinin nəzdində olan 405 yerlik, hazırda 125 nəfər uşağın yaşadığı bu müəssisədə dövlətin qayğısı «qayçılanır». Direktor Pərvanə Səfərova burada sözün əsl mənasında korrupsiya çetesi yaradıb. Belə ki, bu çetenin əsas üzvlərindən olan baş təsərrüfatçı Zeynəb Hacıyeva internata gələn əti və digər ərzaq məhsullarını sürücü Əhmədin vasitəsilə daşıtdırıb mağazalarda satdırır. Zeynəb həmçinin uşaqların əksəriyyətinə verilən pensiya müavinət kartını özündə saxlayıb pulu bankomatdan özü çıxarır və direktora verir.

Uşaqlara normativə görə günərzi 4 dəfə xörək bişirilməli halda, cəmi 1-2 dəfə keyfiyyətsiz ətdən hazırlanmış şorba verilir. İkinci növ xörək isə ümumiyyətlə bişirilmir.

Direktor P. Səfərova anbara nəzarəti öz xalası qızına etibar edib, o isə öz növbəsində deyilənə görə həqiqi mənada yezidliklə məşğuldur. İnternatın içindəki informatorun verdiyi məlumata görə, uşaqlara verilməyən yeməyin anbarda qalıb xarab olduğu hallar da olur. Hətta azyaşlılar üçün pampers bezləri də dükanlarda satdırılır. Antisanitariya ucbatından qoxudan otaqlara daxil olmaq olmur, iydən baş çatlayır. Uşaqların əyin-başları səliqəsiz, çirkə bulaşmış vəziyyətdə olur. Bildirilir ki, internata ayrılan vəsaiti mənimsəyən direktor haram kapital hesabına tez-tez özünə zinət əşyaları alır, yay mövsümündə istirahətini Kislovodsk sanatoriyasında keçirir.

Məlumatda həmçinin bildirilir ki, uşaqları müayinə edən tibb bacısı da xanım direktorun dayısı qızıdır ki, o da öz vəzifəsinin öhdəsindən gəlmir. Təsərrüfat müdirinin də direktorun qohumu olduğu deyilir. Dərman preparatlarının özünü deyil, əvəzində həmin dəyərdə pulu alırlar. Direktor bütübn bu maxinasiyaları Nazirliyin ondan pul istəməsi ilə əlaqələndirir.

Ştat cədvəlində «ölü canlar mövcuddur. Guya sanitar işləyən, çörək bişirən Fazilə adlı qadın aylarla işə gəlmir, amma aybaay maaşını alır. Halbuki internata çörəyi normativdən az kəmiyyətdə pulla alırlar.

İşləmədiyi halda məvacib alanlardan biri də Fazilənin qardaşı bərbər Nofəldir. Demaqoq adam sayılır deyə bayram və əlamətdar günlərdə ətindən tutmuş digər ərzaq payına qədər evinə göndərilir.

Məlumata görə, baş mühasib Gülsura qızını yanında mühasib işlədir. Bilinmir rəsmi işçidir, yoxsa qeyri-leqal.

İnteranatın idarəçiliyini faktiki olaraq Zeynəb Hacıyeva həyata keçirir. Direktor isə zəhmətsiz gəlir əldə edir, öz komfortlu otağında istirahəti ilə məşğuldur.

Müəəsisədəki informatorumuz bildirir ki, işlədiyi müddət ərzində günlərlə direktorun üzünü görmür: «Direktor qoyun ətinin kilosunu 8-9 manata qəssablara verir, hər dəfə də 40-50 kilo birdən. Axşam saat 7-də işçiləri yola salandan sonra özü anbara düşüb maşını ərzaqla doldurub aparır və qohum-əqrəbasına pay-püşk edir».

İnterat uşaqlarının ən yuxarı yaş həddi 18 olduğu halda burada 30-dan yuxarı yaşda sakinlər də var. Məsələn, 32 yaşlı Nəzakət və 36 yaşlı Elxan hələ də orada qalıb işləyirlər. Deyilənə görə internatda yaşayanların əksəriyyəti 18 yaşdan sonra orada məskunlaşmaq üçün 500-600 manat pul veriblər.Təxmin etmək asandır ki, onların əməyi qul kimi istismar olunur.

Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar təkcə dövlətin deyil, ictimai qurumların və ayrı-ayrı imkanlı şəxslərin də göstərdikləri qayğıdan yararlana bilmirlər. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən yardım dilənirlər.

Mənbənin verdiyi məlumatlara görə,Pərvanə Səfərovanı ƏƏSMN-də güclü əl qoruyur.Nə vaxt oraya yoxlama gələndə bir neçə gün qabaq direktorun xəbəri olur ki, həmin ərəfədə kollektif səfərbər olur və «tam heyətlə gücləndirilmiş iş rejiminə keçirilir».Binəva xəstələr ömürlərində ən yaxşı günü elə həmin gün,komissiya gələn günü görürlər.

Qarşı tərəfin də mövqeyini öyrənmək üçün dəfələrlə Pərvanə Səfərova ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab vermədi.Odur ki,Pərvanə xanımı da dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE