23-10-2017, 11:32 Oxunub: 78

«293″ÜN KÖHNƏ VƏ TƏZƏ DIREKTORU ARASINDA MƏRƏKƏ QOPDU

«293″ÜN KÖHNƏ VƏ TƏZƏ DIREKTORU ARASINDA MƏRƏKƏ QOPDU














VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILAN MƏKTƏB DİREKTORUNUN QIZI DA İŞDƏN QOVULDU

Sadiq oxucularımız xatırlayarlar, «Dəryaz» qəzetinin tutarlı faktlara söykənən tənqidi yazılarının ardından Bakının Sabunçu rayonundakı 293 saylı məktəbin direktoru Xuraman Rzayeva vəzifədən kənarlaşdırıldı. Ondan miras qalan problemlər həll olunmaq əvəzinə dərinləşdiyi üçün mövzunu davam etdirmək qərarına gəldik. Sabiq diorektorunh qızının evdə otura-otura 16 il məktəbdə adının ingilis dili müəlliməsi getməsini və bütün bu uzun müddət ərzində haqq etmədiyi maaşı alıb mənimsədiyini ictimailəşdirdik. Nəticəsiz qalmadı.

Öyrənmişik ki, hazırda direktor vəzifəsini icra edən Sədanə müəllimə X. Rzayevanın qızının işdən çıxarılmasını rəsmiləşdirən əmri imzalayıb ki, bu da sabiq direktora möhkəm toxunub. Belə ki, Xuraman xanım məktəbə gələrək, heç nədən çəkinmədən hamının gözü qarşısında Sədanə müəlliməni küçə söyüşləri ilə təhqir edib, necə deyərlər, “abrını ətəyinə büküb”.

Xuraman Rzayevadan miras qalan problemlərdən biri kimi məktəb idarəçiliyində yaranmış qütbləşmənin mənfi nəticəsi olan hərc-mərclikdən narazı qalan, cana doyan valideynlər yenidən redaksiyamıza müraciət edərək məktəbdəki yiyəsizlikdən yazmağı xahiş ediblər. Məktəbə növbəti səfərimizdə nə müvəqqəti direktor əvəzi Sədanə müəlliməni, nə də direktor vəzifəsinə iddialı olan direktor müavini Zümrüd müəlliməni yerində tapmadıq. Doğrudur, bizim yazdığımız tənqidi məqalələrdən sonra texniki işçilər tapılıb işə cəlb olunublar. Yəqin elə buna görəydi ki, təsərrüfat müdiri Nurəddin Şahbazov bu dəfə qabağımıza “üzüağ” çıxdı. Valideynlər iddia eedirdilər ki, təkcə rəhbər vəzifəlilər deyil, müəllimlərin də çoxu dərsdə deyillər və bizdən təkid edirdilər ki, müəllimsiz sinif otaqlarına baş çəkib şagirdləri dindirək. N. Şahbazov bizi içəri buraxmasa da, bir neçə valideyni müşayiət edərək içəri apardı. Qayıdıb gələndə valideynlər doğru dediklərini bir daha təsdiqlədilər: “Ştatdakı 2-3 ingilis dili müəlliməsinin heç biri yoxdu deyə həmin fənnin yerinə sinif müəlliməsi rəsmxət dərsi keçir…”

Əslində bu mnəktəbdə qanunsuzluqların, neqativ halların baş alıb getməsi gözümüzdə adiləşib. Amma bu səfərimizdə də təəccübümüzə səbəb olan hadisə baş verdi: İbtidai siniflər üzrə direktor müavini Lətafət müəllimə peyda olub valideynlərə ironik sual verdi: “Bəs biz axı AzTV ilə “Xəzər”TV-nin əməkdaşlarını gözləyirdik. Gətirdiyiniz jurnalistlər elə bunlardı?”

Maraqlıdı ki, Lətafət müəllimə də məktəbdə barəsində narazılıqlar çox olan vəzifəli şəxslərdəndi. Onun ironiyası belə mülahizə yürütməyə əsas verir ki, dövlət televiziyalarının həqiqəti lentə alacaqlarına inanmır, müstəqil KİV-in yazdıqlarına isə əhəmiyyət verilməyəcəyinə əmindir. Görəsən, onda və onun kimilərdə bu qənaəti kim formalaşdırıb? İlk növbədə ağıla gələn səbəbkar isə əlbəttə ki, bütün bu tənqidi yazılarda ehtiva olunan məsələlərə, yazdığımız məktublara reaksiya verməyən Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyevadır.