Azərbaycanda bu sürücülər təhlükəsizlik kəmərini TAXMAYA BİLƏR
Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.
BiG.AZ xəbər verir ki, "Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.
"Report” məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət edib. V.Əsədov bildirib ki, həmin siyahı adıçəkilən qanun qüvvəyə mindiyi gündən bu yana baş verən yol-nəqliyyat hadisələrinin təhlili əsasında hazırlanaraq qəbul edilib.
Vaqif Əsədovun sözlərinə görə, sürücü avtomobili təhlükəsizlik kəməri taxılı vəziyyətdə geriyə verirsə, bu, həmin şəxsə çətinlik yaratdığından, ona kəmər bağlamamağa icazə verilir: "Yaxud sükan arxasında və sərnişin qismində oturan hamilə qadına kəmərin bağlanması ona hərəkətlə bağlı problem yaradırsa, həmin şəxslərə də bu səbəbdən icazə verilir. Eyni zamanda 12 yaşınadək uşaqlar qabaqda mütləq xüsusi oturacaqda oturmalıdır. Həmin oturacağın özünün təhlükəsizlik kəmərini əvəz edən 4 və ya 3 nöqtədən ibarət xüsusi kəmər var. Arxa oturacaq məsələsi ölkə qanunvericiliyində nəzərdə tutulmadığından, arxada xüsusi oturacaqların quraşdırılması ilə bağlı inzibati xəta tərkibi yaradan maddə yoxdur. Ancaq bir sıra xarici dövlətlərdə, o cümlədən inkişaf etmiş ölkələrdə yol polisinin cəza yazıb-yazmasından asılı olmayaraq, əksər vətəndaşlar öz övladlarınının təhlükəsizliyini təmin etməyə çalışır”.
Qurum rəsmisi onu da qeyd edib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən və s.) zərurət yarandıqda "Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsinin tələblərini poza bilir: "Qanun buna icazə verir. Belə nəqliyyat vasitələrinin sürücüləri başqa sürücülərdən fərqli olaraq operativlik naminə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təbii ki, təhlükəsizliyi təmin etmək şərti ilə olur”.
İdarə sözçüsü deyib ki, Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə xeyli sayda sürücü saxlanılır və cərimələnir: "Tərtib edilən protokollar əsasında günbəgün kəmərlərdən istifadə edənlərin sayında artımın olduğunu müşahidə edirik. Sürücü ilə yanaşı, sərnişin də kəmər bağlamırsa, onun da barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qanun icazə verir. Təhlükəsizlik kəmərini bağlaması insanın öz həyatını, sağlığını düşünməsi deməkdir. Yəni bu, onun özünə faydalıdır. Belə ki, kəmər düzgün bağlanılırsa, bu həm qanunvericiliyin tələblərinə riayət edilməsi, həm yol mədəniyyətinin formalaşması, həm də baş verəcək qəza zamanı sürücü və sərnişinin həyatının 60 faiz qorunması deməkdir. Unutmaq lazım deyil ki, yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət zamanı kəmərin taxılmaması halları foto-material şəklində hazırlanır”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!