Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN
Sosial
Oxunub: 2 022
25 okt 2017 | 12:40
Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN













Azərbaycanda nəsli kəsilməkdə olan flora nümunələrinin qorunması üçün Milli Parkların yaradılması əvəzsizdir. Belə parklardan biri də ölkənin cənubunda, Lənkəranda yerləşir. Bu parkda gördüklərimiz ölkəmizin florasının nadir nümunələrinin mövcudluğunun canlı ifadəsidir.

Prezidentin sərəncamı ilə yaranan Milli Park
Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN












1936-cı ildə salınmış və əvvəlki adı Hirkan qoruğu olan bu ərazi prezident İlham Əliyevin 2004-cü ildə 9 fevral tarixli 81 №-li Sərəncamı ilə Milli Park kimi yaradılıb. Hazırda Milli Parkın ümumi ərazisi 40358 hektardır. Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Talış dilində “Dumanlı məkan” mənasını verən Hirkan Parkı Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının”Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da ( 1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilb. Bütövlükdə Hirkan Milli Parkının florası həddən artıq zəngindir. Parkda 1204 ali bitki növü var. Bu da Azərbaycanda olan bütün flora növlərinin üçdə biri deməkdir. Hirkan ağac və kol bitkiləri ilə də zəngindir. Burada 144 növə yaxın ağac və bitki növü var. Bu isə Azərbaycanda olan 450 növ ağac növünün yarısı deməkdir. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir.

Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN













Hirkanda pələng də olub…

Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi,

Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılıb. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur. Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib.

Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaradır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. novlərə rast gəlmək olar. Ötən əsrin əvvəllərinə qədər bu meşələrdə Lənkəran pələngi, bəbir,Qafqaz maralı,qonur ayı geniş yayılıbmış. Lakin sonralar bu nadir heyvanların sayı sürətlə azalmağa başlayıb,sonuncu pələng və maral isə 50-60 il bundan əvvəl məhv edilib. 1976- cı ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə əvvəlcə Altıağac meşələrinə buraxılmış İssuri vilayətindən gətirilmiş Xallı marallar orada təbii mühitə uyğunlaşa bilmədiyindən onların bir hissəsi Hirkan Parkına köçürülüb. Hazırda Xallı marallar burada özlərini çox yaxşı hiss edir və nəsil artırırlar.

Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN













Suda batan ağac-dəmirağac

Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır. Hirkan Milli Parkında 3-cü dövr florasının relikt ağac növləriylə zəngindir. Parkda yaşı mini ötmüş 170-ə qədər ağac var. Bu fakt ərazinin 100 min il əvvəl baş verən sonucu buzlaşmaya məruz qalmadığını təsdiqləyir. Milli Parkda böyük massivləri olan Dəmirağac Azərbaycanın III dövr relikt bitkisi olub, Talış dağlarının mərkəzi və cənub hissələrində rast gəlinir. Ağacın hündürlüyü 20-25 m.-dir. 200 ilə qədər yaşayır. Mütəxəssislər bildirir ki, relikt, həm də endemik bitki növü olan dəmirağacı yalnız Azərbaycanın cənub bölgəsində -Astara, Lənkəran, Lerik rayonlarında dəniz səviyyəsindən 1000-1200 metr yüksəkliyə kimi ərazilərdə geniş yayılıb. Əgər Talış meşələrinin örtüyü gəzilsə, kompakt şəkildə, yəni lokal ərazilərdə ancaq dəmirağacından ibarət olan sahələrə çox rast gəlinır .Dəmirağac ləng böyüyən çoxbudaqlı bitkidır. Bu da onun ətraf mühitin mənfi təsirinə qarşı davamlı olduğunu göstərir. Dəmirağacın spesifik xususiyyətləridən biri suda batması, digəri isə qışda yarpaqlarının saralmadan tökülməsidir. Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur Hirkan Milli Parkının nadir relikt növündən biri də Lənkəran akasiyasıdır (Güləbrişin) . Bu ağac III dövr relikt bitkisi olub, Talış meşələrində yayılıb. Ağacın hündürlüyü 18 m.-

ə qədər olur. Yarpaqları ikiqat lələkvaridir. Akasiya dəniz səviyyəsindən 600 m yüksəkliyə kimi aşağı qurşağın dağlıq meşələrində yayılıb. Bu ağaca dağınıq halda çox kiçik sahələrdə təsadüf edilir. Növün sayı sürətlə azalır. Meyvəsi paxlameyvədir və oktyabr ayında yetişir. Lənkəran akasiyasının dekorativ əhəmiyyəti var, həm də yaxşı bal verən bitkidir. Ağac qabığı müəyyən miqdarda aşı maddələri saxlayır, həmçinin yerli əhali tərəfindən parçaların rənglənməsində də istifadə olunur. Qurudulmuş erkəkcik saplaqlarından xalq təbabətində öskürəyə qarşı istifadə edilir. Güləbrişin işıqsevən bitkidir. Kəsilmə nəticəsində enliyarpaqlı bitkilər sürətlə inkişaf edir akasiya cücərtiləri kölgəli mühitə davam gətirməyib məhv olur. Kütləvi olaraq mal-qara otarılmasından və göbələk xəstəliyindən zərər çəkir. Bu nadir ağac Təkcə Azərbaycanda – Lənkəran (Hirkan və Səidətürbə kəndləri), Astara (Şüvi k.) rayonlarında qalıb. Azərbaycandan kənarda isə İranda,Hindistanda, Çində, və Yaponiyada bitir. Hirkan Milli Parkının ərazisində şabalıdyarpaq palıd, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat, və s. endemik ağaclar da mühafizə olunur.

YUNESKO-nun qeydiyyatınd, cənab Hüseyn Bağırovun daim nəzarətində

Qeyd edək ki, Hirkan Milli Parkı YUNESKO-nun tərtib etdiyi, Ümmumdünya Mədəni və Təbii İrs Siyahısına salınması üçün qeyydiyyata alınıb. Bu məqsədlə YUNESKO-nun Milli Parklar üzrə eksperti kimi fəaliyyət göstərən Almaniyadakı ”Nabu” Təbiəti Mühafizə İttifaqının işçi qrupu Lənkəran və Astarada olub. İşçi qrupu Hirkanda meşələr, flora və fauna ehtiyatları və mədəniyyət abidələrinin dəqiqləşdirilməsi işi aparıb və parkla bağlı müvafiq xəritələr hazırlayacaqlar. Hirkan Milli Parkına daxil olacaq meşələr, flora və fauna nümunələri YUNESKO-nun Ümumdünya Mühafizə irsi siyahısına, parkın ərazisində mövcud olan təbii mədəniyyət abidələri isə Cənubi Qafqazda ilk dəfə olaraq Ümumdünya Mədəni İrs siyahısına daxil ediləcək. Hirkan Milli Parkı xarici ekoloqların da diqqətini cəlb edib. Onun sahəsindən Biosfer ehtiyatının yaradılması üçün də ayrılıb. Bu, Hirkan florasının və burada məskunlaşan nadir, endemik və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvanlar aləminin qorunmasına imkan verəcək. Qeyd edək ki, bu yazı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında çap edilib.

Və ən əsası Hirkan Milli Parkı cənab nazir Hüseyn Bağırovun daim şəxsi nəzarətindədir. Məhz onun dövründə parka ikinci nəfəs veriilib, məhv edilməkdən qorunub.

Hüseyn Bağırovun ikinci nəfəs verdiyi Milli Park- AZƏRBAYCAN İNCİSİ HİRKAN














Ekotrizm inkişaf yolunda

Hirkan Milli Parkında turizm və istirahət zonaları da yaradılıb. Artıq İstisuya, Yardımlı şəlaləsinə və başqa sahələri əhatə edən yerlərə turizm marşrutları müəyyələşdirilib.

2016-cı ilin ikinci rübündə Milli Prkda ekoturizmin inkişafı ilə bağlı xeyli işlər görülüb. Turist çadırlarının qurulması, piknik yerlərinin seçilməsi, lövhələrin yerləşdirilməsi- bunlar turistlərin əraziyə cəlb edilməsində zəruri olan işlərdir ki, hamısı yekunlaşıb. “Xanbulan”, “Moskva” düzən meşə, “Şəlalə”, “İstisu”, “Sim-şəlalə”, “Siyov-Dilmədi” marşrutlarında yenidən bərpa işləri aparımışdır.

Əməkdaşlarımız görülən işlərin şahidi olub. Bütün bunlar göz oxşayır.

Parkın direktoru Azər Mirzəyevdir. Ona etuimad olunan işin öhdəsindən tam gəlir. Parkla verdiyi məlumatlara , səyahətə görə Azerinfo.az saytı adından təşəkkürümüzü bildiririk.

Söz ardı kimi...

Əlbətdə mətbuatda Hirkan Milli Parkı haqda gedən əsassız yazılar ekoloqları narahat edir. Bir belə görülən işlər varkən yalan məlumatlar,əsassız ittihamlar kimi istəsən həvəsdən salar. Odur ki, nazirlik belə mətbu orqanlar barəsində məhkəməyələrə müraciət edir və qanunla cəzalanmasını tələb edir. Onlardan bəziləri barəsində hüquq-mühafizə orqanlarında müvafiq tədbirlər görülmüşdür. Ümid edirik ki, media orqanlarında belə neqativ və əsasız məlumatlar bir daha işıq üzü görməyəcək.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO