Özbaşınalığın pik həddi...Millətin balalarını göz görə görə qırırlar-VİDEO
Sosial
Oxunub: 566
26 okt 2017 | 00:54
Özbaşınalığın pik həddi...Millətin balalarını göz görə görə qırırlar-VİDEO














Özbaşınalığın pik həddi...Millətin balalarını göz görə görə qırırlar-VİDEO


Ötən sayımızda Bakının Yasamal rayonunda yerləşən Bizim Aptekdə psixotrop dərmanların satışı haqqında yazı dərc etmişdik.Həmin aptek haqqında aidiyyatı orqanlarada məlumat verilmişdir. olub Həmin ərazidə BakuPress.Az saytının yenidən reydi zamanı eyni mənzərə ilə rastlaşdıq.Belə deyək köhnə hamam, köhnə tas...Yenə həmən hicablı satıcı xanım növbəyə düzülmüş gəncləri dərman satmaqla uçurmağa tələsir.Yenidən aptekə daxil olduqda kameramızın üstünə hücum və təzyiqlər oldu.Xüsusi narkomanlar saxlanılır ki,hücuma hazır vəziyyətdə dayanırlar.Göz görə- görə millətin balalarını qırırlar.Bunlar axı kimə arxayındır?Nədən bu qədər rahat açıq bazarda fəaliyyət göstərirlər? Heç kəsdə onlara qaşın üstə gözün var, demir.Videomaterialda açıq -aşkar hər bir şeyi oxucular görəcək Ən əsası videomaterilmıza aidiyyatı orqanlar diqqətlə baxsın.



Kimlərinsə cibləri dolur, gənclərin isə ömürləri kəsilir-Araşdırma-Video

Özbaşınalığın pik həddi...Millətin balalarını göz görə görə qırırlar-VİDEO








Dünyanı cənginə almış narkotika bəlası durmadan bir dəhşətli xəstəlik kimi geniş vüsət alır. Narkotikaya həm passiv, həm də aktiv şəkildə qurşananlar Allahın onlara bəxş etdiyi biricik ömürlərini bu şəkildə məhv edir. Ən acınacaqlı hal isə narkotikanın biz istəməsək də artıq bizim ətrafımızı yabanı sarmaşıq kimi sarımasıdır. Təsadüfü deyil ki, bu gün narkotik vasitələr "qaranlıq məkan"lardan açıq bazara çıxaraq artıq adi apteklərdə də satılır. Bakının bir çox ərazilərində xüsusi apteklər var ki,onlar narkotik tərkibli ,psixotrop dərmanların qanunsuz satışı ilə məşğuldur.BakuPress.Az-ın araşdırması zamanı məlum oldu ki,belə apteklərdən biridə Yasamal rayonunda yerləşən "Bizim aptekdir"Adından göründüyü kimi narkomanların bizim saydığı aptek...Əməkdaşlarımız bu aptekdə həqiqətəndə psixotrop dərmanların qanunsuz satışını araşdırmaq üçün adını çəkdiyimiz aptekə yollandılar.Aptekin girişində apteklərə xas olmayan izdiham yaşanır. Adətən belə növbə çox az hallarda paytaxtda pulsuz keçirilən satış kampaniyalarında müşahidə edilir.
Aptek ola və belə sıxlıq ola, təkcə bu məqam işin içində əmma olduğunu anlamağa kifayət edir.
Kənardan qısa müşahidəmizdən sonra aptekə daxil oluruq. Müştərilərin əksəriyyəti gənclərdir. Aralarında orta yaşlı şəxslərə də rast gəlmək olurdu.
Aptekdəki mənzərə detektiv filmlərindəki səhnələri xatırladır. Sadəcə, bu dəfə belə səhnələri ekran arxasından yox, real həyatda izləyirsən, özün də iştirakçısına çevrilirsən. Ətrafı diqqətlə süzərək üzərində dayanan baxışlar, növbəyə duran müştərilərin pıçıltılı danışıqları, ürkək davranışları səni də ehtiyatlı olmağa sövq edir. Əlbəttə, ifşa olunmaq qorxusu da hakim kəsilir qəlbinə. Bu səbəbdən də naşı olmadığını nümayiş etdirmək üçün digərləri kimi davranmaq məcburiyyətindəsən.
Alıcıların satıcı xanımla (aptekdə xidmət göstərən xanım satıcı hicablıdır) ünsiyyətindən məlum olur ki, gələnlərin əksəriyyəti təkrar müştərilərdir.
Dialoq zamanı tələb olunan "Contramal""Travmal""Lirika" preparatının adı çəkilmir, sadəcə ünsiyyət zamanı "5 dənə ver", "13 dənə ver", "30 dənə ver" kimi ifadələrdən istifadə edilir.
Müştərilərlə çox yaxşı anlaşan satıcı isə hallanmaq istəyənləri "uçurmağa" tələsir, sanki. Ağızdan çıxan rəqəmə uyğun olaraq çevik hərəkətlə masanın altından "Contramal" tabletlərini uzatmaqla.Əməkdaşımız adını çəkdiyimiz preparatlardan istədi və aldı amma deyesen kameranı çevik satıcı xanım görmüşdü.Aləm qarışır və əməkdaşımıza hücum olunr.Onuda qeyd edək ki,keçən ilin sentyabr ayında adını çəkdiyimiz aptekin müdiri Şirvan şəhər sakini Abıyev Tural DİN-inin keçirdiyi əməliyyat zamanı saxlanılmış haqqında cinayət açılmışdır.Bunu bütün mətbuat ,tvlər işıqlandırmışdır.Amma az keçmir ki,Tural Abıyev Yeni Yasamaldakı narkotik satan aptekinin yerini dəyişib Yasamal ərazisində yenisini açır.Beləliklə məkan dəyişir əhəmiyyət dəyişmir.Onuda qeyd edək ki,Tural aptekdə xüsusi narkomanlar saxlayır ki,onlar hansısa çəkliş görəndə bir tableti pulsuz olsun deyə hücum çəkirlər.Məsələ ilə əlaqəli aptekin mudiri Tural Abıyevlə görüşdük.Qanunsuz narkotik tərkibli dərman satışının cinayət olduğunu bilirsiniz.Niyə bu millətin balalarını qırırsınız?Tural Abıyev maraqlı və çox rahat şəkildə belə cavab verdi"Mən narkomanları müalicə edirəm...Nəyi pisdirki?Biz xalqa xidmət edirik" istehza ilə guldü.Maraqlıdır sual verdim ki,görəsən səhiyyə nazirliyi,daxili işlər nazirliyinin sənin yeni narkodispanserindən xəbəri varmı?Sözsüz ki,var çünki 2016-cı ildə bu işlə saxlanılan şəxs həməndə azadlığa buraxılıb və işini davam etdirib.Məsələ burasındadır ki, dəfələrlə sözügedən ünvanda adlarıçəkilən dərmanların açıq satışının həyata keçirilməsi ilə bağlı məlumat verilsə də, görünən odur ki, heç bir tədbir görülməyib. Aptekin müdiri Tural Abıyevin maşınının nömrəsindən bəllidir ki,gəncləri ag ölümlə zəhərləyən bu şəxsin imkanları çox genişdir .Narkotikin açıq bazarda tacirlərindən olan Tural Abıyev arxalandığı adam kimdirsə etdiyi işdən nəinki çəkinmək hətta fəxrlə danışır.Neçə- neçə ailələrin övladları bədbəxt edirlər təki bunlar asan yolla pul qazansınlar.Vicdanlarını itirmiş bu insanlar görəsən Allahdan qorxmurlar?
Səhiyyə Nazirliyi də, hüquq mühafizə orqanları da birmənalı olaraq məsələdən agahdırlar. Heç bir tədbirin görülməməsi isə bu ağrıkəsicilərin satışının yüksək səviyyədə himayə olunması ehtimalı yaradır. Nəticədə isə kimlərinsə cibləri dolur, gənclərin isə ömürləri kəsilir.Mətbuat hər dəfə araşdırır gündəmə gətirir amma nəticəsi keçən ilki kimi əvvəl tuturlar hay küy yaradırlar ki,bizdə nəsə iş gördük amma sonra haqqların alıb buraxırlar.Bir sözlə ölkədə kim qırılır qırılsın təki bəzilərinin cibləri boş qalmasın.Ardı var bizi izləyin ...Araşdırmamız davam edir

P.S Tural Abıyev deyilənə görə idmançıdır .Azərbaycan bayrağını qələbələrində dəfələrlə yüksəklər qaldırıb, pul qazansın deyə Azərbaycanının gənclərini narkotiklə məhv edən şəxs millətin düşmənidir .Onun haqqı çatmır bu bayrağı qaldırmağa...Çünki bayrağımızın müqəddəsliyini qorumaqdan ötəri minlərlə şəhidimiz qurban gedib.Düşmənlə narkotik satanların heç bir fərqi yoxdur.Mən belə düşünürəm .Xalqın nümayəndəsi cibini doldurmaq üçün sağlam gələcəyi məhv edir .Beləsinə sapı özümüzdən olan balta deyirlər...


Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ